Azərbaycan dövləti rəsmi qurumları media ilə işləməyə çağırır - İslahatların növbəti bəhrəsi

19 aprel, 2022 16:50

Mediamız uzun illərdir ki, dövlət qurumları ilə təmasların qurulmasından əziyyət çəkir. Bəzən gündəmin ən əhəmiyyətli mövzusu ila bağlı rəsmi qurumların vaxtında reaksiya verməməsi əlavə manipulyativ iddiaların peyda olmasına yol açır. 

Sosial, yaxud iqtisadiyyatla, eləcə də digər sahələrlə bağlı hadisə baş verir, yaxud hansısa iddia irəli sürülür, rəsmi qurumlar həqiqəti açıqlayana qədər bu iddialar tirajlanır, daha kütləvi hal alır. Real məlumatın gec açıqlanması isə artıq heç bir effekt vermir.

Bu məsələdə ən çox çətinliyi çəkən mediamızdır. Çünki medianın işi baş verən hadisəni araşdırmaq və həqiqəti ortaya çıxarmaqdır. Rəsmi qurumların, mətbuat katiblərinin bəzən laqeyd münasibəti, yaxud qeyri-operativliyi medianı çətin vəziyyətə salır. Bu kimi hallar məhz sosial şəbəkələrdəki iddiaların peşəkar medianın önünə keçməsinə, həqiqətin yox, iddiaların geniş yayılmasına gətirib çıxarır. Dəfələrlə maraqlı qrupların baş verən istənilən hadisəni siyasi manipulyasiyaya çevirdiyinin, birbaşa dövləti hədəfə aldığının şahidi olmuşuq.

Yeganə çıxış yolu dövlət qurumlarının media ilə daha sıx işləməsinə nail olmaqdır. Dövlətin media siyasəti və bu sahədə həyata keçirilən son islahatlar artıq dövlət qurumları ilə jurnalistlər arasında keçmişdə yanmış olan körpülərin bərpasını göstərir.

Artıq son dövlər bu istiqamətdə irəliləyişlərin olduğunu görürük. Bu, iki məsələdən irəli gəlir:

- Birincisi, Azərbaycan dövlətinin media siyasətidir. Dövlət manipulyativ informasiyaların tirajlanmasında maraqlı deyil. Bu baxımndan, Prezident İlham Əliyevin genişmiqyaslı islahatlar paketinə daxil olan media islahatlarının məqsədi də məhz Azərbaycan mediasının inkişafı ilə yanaşı, dövlət-media münasibətlərinin də yaxşılaşmasına hesablanıb.

- İkincisi, dövlət başçısının yeni media siyasətinin nəticəsi olaraq yaradılan MEDİA Agentliyinin fəaliyyətidir. Agentlik artıq dövlət qurumlarının mətbuat xidmətlərinə mütəmadi olaraq seminarların keçirilməsini həyata keçirir. Məqsəd məhz dövlət-media münasibətlərinin qurulması, feyk xəbərlərin yayılmasının qarşısının alınması, eyni zamanda, peşəkar medianın inkişafıdır.

MEDİA Agentliyinin ADA Universitetinin birgə imzaladığı əməkdaşlıq memorandumu çərçivəsində “Media və kommunikasiya siyasəti medianın gözü ilə” mövzusunda həyata keçirdiyi seminarlar prosesin praktiki mərhələdə həyata keçirildiyini təsdiqləyir. Seminarlar dövlət sektorunda fəaliyyət göstərən qurumların mətbuat xidmətlərinin rəhbərləri, ictimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşları üçün aparılır. Məqsəd dövlət orqanları (qurumları) ilə media subyektləri arasında əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsinə şərait yaratmaq, qarşılıqlı etimadın artırılması ilə əlaqədar tədbirlər həyata keçirməkdir.

Bu kimi tədbirlər və son dövrlər müsbətə doğru dəyişən mənzərə isə dövlətimizin media siyasətinin səmərəliliyinə nümunədir!

Vasif Həsənli
"Demokrat.az" xəbər portalının baş redaktoru

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR