"Zəngəzur dəhlizinin reallaşdırılması məsələsinin Ermənistanla aydınlaşdırılmasına ehtiyac var" - İlham Əliyev

19 aprel, 2022 18:52

Aprelin 6-da Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin Ai Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə keçirilən görüşü Bakı və Yerevan arasında danışıqlar prosesinin başlanğıc nöqtəsi oldu. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev çərşənbə axşamı Aİ-nin Cənubi Qafqazda xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edərkən bildirib.

Əliyev sərhədin delimitasiyası üzrə Komissiyanın və sülh sazişi üzrə İşçi Qrupun yaradılması haqqında razılıq əldə olunduğunu qeyd edib.

"O vaxtdan bəri biz işləyirdik, Xarici İşlər Nazirliyi çalışırdı və mənim administrasiyam sizin komandanızla təmasda idi və biz razılaşdığımız kimi, başlamaya hazırıq. Hesab edirəm ki, bu irəliləyişi davam etdirməyimiz və hər iki tərəfin razılaşmalara riayət etməsi mühüm əhəmiyyət kəsb edir", deyə Əliyev bildirib.

Bununla belə, Ermənistan tərəfi ilə aydınlaşdırılmasına ehtiyac olan məsələlərdən biri də Azərbaycanla və Naxçıvan Muxtar Respublikası ilə kommunikasiyalar (avtomobil və dəmir yolları) məsələsidir.

"Biz dəmir yolunun Azərbaycan ərazisində 100 kilometrdən artıq 60 kilometrlik hissəni tikmişik və tikintini gələn il tamamlayacağıq.

Avtomobil yoluna gəldikdə, Azərbaycan tərəfindən fəal tikinti işləri gedir və yolun böyük hissəsi artıq inşa olunub. Biz, həmçinin ümid edirik, yəqin ki, növbəti ilin sonuna kimi avtomagistralı Ermənistan sərhədinə çatdıracağıq. Lakin əfsuslar olsun ki, Ermənistanda onlar heç bu işin texniki-iqtisadi əsaslandırılmasına başlamayıblar, bu da prosesin ləngiyə bilməsini göstərir", deyə Əliyev qeyd edib.

Onun sözlərinə görə, aprelin 6-da Brüssel görüşündə Ermənistan baş naziri avtomobil yolunun coğrafi koordinatlarını təqdim etməyib. "Mən fevralın 4-də videokonfrans vasitəsilə keçirilən görüşdə bu məsələni qaldırdım, lakin cavab olmadı. Aprelin 6-da mən yenidən yolun coğrafi koordinatlarının təqdim edilməsini istədim, lakin cavab olmadı. Ümidvaram ki, tezliklə onu əldə edəcəyik", deyə Əliyev vurğulayıb.

Ümumilikdə Əliyev Ermənistanın Azərbaycanın münasibətlərin normallaşdırılması üçün təklif etdiyi 5 prinsipi qəbul etməsi faktını "dönüş nöqtəsi" adlandırıb. "Düşünürəm ki, müsbət şərhlərdir. İndi hər iki tərəfin bu rəsmi açıqlamasından sonra biz ciddiyyətimizi masa üzərində sübuta yetirməliyik", deyə Əliyev bildirib.

Toivo Klaar öz növbəsində qeyd edib ki, onun Azərbaycana səfərinin məqsədi razılaşdırılmış məsələlərin həyata keçirilməsini təmin etməkdir. O, həmçinin qeyd edib ki, həftənin ikinci yarısında Yerevana yola düşəcək.

"Mən Sizin növbəti addımları nədə gördüyünüzü eşitmək və Avropa İttifaqı olaraq normallaşma prosesini (Ermənistan-Azərbaycan münasibətləri) dəstəkləmək, əhatəli nizamlanma istiqamətində çalışmaq üçün nə edə biləcəyimizi öyrənmək üçün bu gün burada olacağam, həftənin ikinci yarısında isə İrəvana gedəcəyəm", deyə Klaar qeyd edib.

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"