Azərbaycanda icra başçıları pulları necə mənimsəyirlər? - Sabiq məmur danışdı

22 aprel, 2022 00:19

Ölkə bələdiyyələrinin büdcə gəlirləri ötən 19.1 faiz artıb. Yəni 34.970600 manat əvəzinə ötən il 41.654.600 manat maliyyə vəsaiti toplanlıb. Ümumi artım bütün rayonlarda müşahidə edildiyi halda Qazax, Daşkəsən, Ağdam, İsmayıllı və Göyçay bələdiyyələrində gerilmə olub. Ən çox azalma isə İsmayıllı rayonunda olmuşdur, rayon bələdiyyələrinin büdcə gəliri 30 faiz azalıb. Bununda kökündə bələdiyyələrə sənədləşdirmə və yeni torpaq ayrımalarında RİH-in rəy məktublanın aylarla ləngidilməsi, bələdiyyələrin fəaliyyətinə yersiz müdaxilələrlə bağlı olduğu deyilir. Bu günlərdə rayon bələdiyyələrinin birinin möhürünun alınaraq icra hakimiyyətində saxlanılması yəqin ki, bu fikri təsdiq edir.

Nəsimi Rayon Bələdiyyəsinin keçmiş sədri Nazim Qaraxanov bu mövzu ilə bağlı demokrat.az-a fikirlərini bildirib. O, qeyd edib ki, bələdiyyə yığımlarının çoxalmasının səbəbləri müxtəlifdir:

“Əmlak Məsələləri üzrə Dövlət Komitəsi çoxdan bəri tikilmiş və sənəd almamış binaların sənədləşdirilməsini həyata keçirir.Səyyar qruplar şəklində, elanlar verilib və çoxdan həllini özləyən məsələlər həllini tapıb. Yerli vergi ödənişləri ancaq kupçalı (reyestr xidmətindən çıxarış) mənzillərdən yığmaq mümkündür. Belə mənzillərin də sayı xeyli çoxalıb. Bu da bələdiyyə gəlirlərinin artımına birbaşa təsir edən amildir. 

Milli məclis tərəfindən təsdiq olunmuş “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” qaydalara dəyişiklər var. Vaxtilə, biz bu təcrübədən istifadə etmişik. Əmlak məsələləri üzrə Dövlət Komitəsi binalardakı mənzillər barədə, onların kvadrat metrləri barədə sorğuya cavab vermək şəraiti yaradıblar. Bizim dövrümüzdə də, təxminən 2016-2017-ci illərdə bu məsələ qüvvəyə minmişdi. Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə rəsmi məktubla müraciət edib, ödənişləri həyata keçirib, binalardakı mənzillərin kvadrat metrləri barədə dəqiq məlumat alırdıq. Sonra qanuna icra haqqında dəyişiklik oldu. Orda göstərilirdi ki, bələdiyyə məhkəmələrə müraciət etmədən, birbaşa bələdiyyə kollegiya iclasının qəbul etdiyi qərar əsasında, reyestrdən çıxarış üzrə məlum kvadratlara görə mənzil sahibinə, bələdiyyənin qərarı əsasında bildiriş göndərilir, əgər mənzil sahibi cavab vermirsə, artıq məhkəmə icraçılarına göndərilir. İllər ərzində müxanizm güclənib. Vətəndaşlar da artıq başa düşüblər ki, bələdiyyə məhkəməyə müraciət etmədən, birbaşa öz vergisini məcburi qaydada tələb edə və ala bilir.”

Nazim Qaraxanov əlavə edib ki, yığımların artımına daha bir səbəb də ödənişlərin rahat üsulla- online ödənilmə imkanının olmasıdır. 

“Artıq müxtəlif ödəniş portalları vasitəsilə, post-terminallar vasitəsilə bu proses asanlaşıb. Online ödəniş sisteminin müəllifi Nəsimi bələdiyyəsidir. Mən rəhbərlik etdiyim dövrdə, ilk dəfə olaraq daşınmaz post-terminallarda ödənişi mümkün etdik. Bu, həm də korrupsiyaya qarşı ideal addım idi. Orda həm də xüsusi kalkulyator sistemi formalaşdırılmışdı, orda hər bir vətəndaş mənzil kvadratına uyğun olaraq, hesablaya bilərdi ki, ödənişin məbləği doğrudur ya yox?!  Bələdiyyə müfəttişləri və vətəndaş arasında olan canlı ünsiyyət aradan qaldırıldı.”

Keçmiş bələdiyyə sədri vurğuladı ki, bələdiyyə seçkili orqandır və o, rəsmi olaraq, İcra Hakimiyyətinin tərkibində heç bir funksiyanı icra edə bilməz.

“Buna mexanizm yoxdur. Bələdiyyə öz topladığı pulu özü xərcləməlidir. Vaxtilə öz mövqelərindən çıxış edərək, bələdiyyə orqanlarını hansısa bir layihənin icra olunmasına məcburi şəkildə cəlb edib və bələdiyyənin gəlirini mənimsədiyi üçün vəzifəsindən uzaqlaşdırılan icra başçıları olub.”

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR