Avro sürətlə ucuzlaşır, manatı nə gözləyir?

16 may, 2022 15:11

Avropa pulu dollara və digər əksər səbət valyutalara nisbətən dəyər itirməkdə davam edir. Rusiya-Ukrayna müharibəsi başlanan gün dollara nisbətən 1.13 məzənnəsi ilə dəyişdirilən arvo artıq 1.04 kursunadək ucuzlaşıb. Bu, avronun müharibə başladıqdan sonra 14 faiz dəyərsizləşməsi deməkdir.

İqtisadçı-ekspert Natiq Cəfərli yenisabah.az-a açıqlamasında deyib ki, bu prosesə əsas təsir edən amil dolların bahalaşması oldu:

“Dollar indeksi iki ayda 104 punktdan artıq bahalaşdı. Bütün valyutalara nisbətən bu oldu. Bunun da əsas səbəbi Amerika Birləşmiş Ştatlarının Federal Rezerv Sisteminin çox aqressiv şəkildə siyasətini sərtləşdirməsi idi.  O uçot dərəcəsini 0,50 faiz artırdı.

Bazarda problemli aktivlər alınırdı, əvəzində bazara pul ötürürdü ki, birjalarda problemlər yaşanmasın. O proqramlar da azaldıldı. Əvvəllər hər ay 90 milyon dollara yaxın vəsait bazara təqdim edilirdisə, indi bu 30 milyarda qədər azaldıldı. İyuldan ümumiyyətlə sıfırlandı. İyul ayında növbəti faiz artımı proqramı ola bilər. Əsas səbəb təbii ki, Federal Rezerv sisteminin yəni Amerikanın faiz artımına getməsidir”.

İqtisadçının sözlərinə görə, Avropa Birliyinin sərhədlərində Rusiya və Ukrayna müharibəsinin davam etməsi də öz təsirini göstərir:

“Müharibənin Avropa sərhədlərində baş verməsi, Rusiyanın Ukraynaya təcavüzü, ərzaq problemlərin yaşanması, yanacağın qiymətinin artması və inflyasiyanın sürətlənməsi bütüün bunlar avronun zəiflənməsinə səbəb olan əsas amillərdir.

Nə qədər ki, Avropa Birliyinin sərhədlərində Rusiya və Ukrayna müharibəsi davam edəcək, bunun hansı fəsadlar törədəcəyi ilə bağlı hələ ki, tam aydınlıq da olmayacaq. Müharibənin nə qədər davam edəcəyi, hansı təhlükə və fəsadlar yarada biləcəyi ilə bağlı aydın təsəvvürlər yoxdur. Həm Federal Rezerv Sisteminin atdığı addımlar, həm müharibə avronu zəifləməsinin əsas amillərindən birinə çevriləcək”.

N.Cəfərli qeyd edib ki, avro zonadan gələn mallar ucuzlaşmalıdır, lakin təəssüflər olsun ki, bunun təsirlərini görmürük:

“Azərbaycanda dollar manat məzənnəsi əsas götürülür. Bu sabit məzənnə rejimidir. Mərkəzi Bank və hökumətin inzibati qayda da tənzimlədiyi bir rejim var. Artıq 5-ci ildir ki, dollar manat məzənnəsində heç bir dəyişiklik yoxdur. Digət valyutaların məzənnəsi dolların həmin valyutalara olan məzənnəsinə görə, Azərbaycan manatında ifadəsidir.

Dollar bahalaşdıqca, avro manat qarşısında ucuzlaşır. Son iki ayı götürsək, kifayət qədər ciddi geri çəkilmə var. İki ay bundan öncə bir avro iki manata bərabər idisə, indi 1 avro 1 manat 76 qəpik olduğuna işarət edir. Avronun manata nisbətən ucuzlaşmasını görürük.

Bunun Azərbaycan bazarına təsiri ola bilər. Avrozonadan gətirilən malların ucuzlaşmasını görə bilərik. Əgər normal bazar olsa, bazar qaydalarına uyğun olaraq, avrozonadan gələn mallar ucuzlaşmalıdır. Amma təəssüflər olsun ki, bunun təsirlərini görmürük”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR