Ölkəmizə narkotik daşıyan İran vətəndaşları - Onları ekstradisiya etməliyikmi?

08 iyun, 2022 14:29

2022-ci ilin yanvar-aprel ayları ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilən 2353 nəfər şəxsdən 36 nəfəri xarici ölkə vətəndaşıdır.

Onların 17-si İran İslam Respublikası, 9-u Rusiya Federasiyası, 6-sı Türkiyə, 3-ü Gürcüstan, 1-i Ukrayna vətəndaşları olmuşdur.

Xarici ölkə vətəndaşlarından ümumilikdə 576 kq 717,042 müxtəlif növ narkotik vasitə, 325 kq 863,92 qr  psixotrop maddələr  və 1,125 qr güclü təsir edən maddə götürülmüşdür. Əcnəbi vətəndaşlardan götürülən narkotik maddələr dəyəri 40 milyon manat dəyərində qiymətləndirilir.

Azərbaycanda narkotik maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilən əcnəbilər içərisində İran vətəndaşları çoxluq təşkil edir.

Həbs edilən İran vətəndaşlarının öz ölkələrinə ekstradisiya olunması nə dərəcədə doğrudur?

İrandan ölkəmizə daşınan narkotik maddələrin qanunsuz dövriyyəsinin təşkili Azərbaycanda gələcək nəsillərinin şikəst edilməsinə hesablanıb. Xalqının genefondunun dağıdılmasına hesablanan narkoterror antiAzərbaycan layihəsinin tərkib hissəsidir. Cənub qonşumuza Azərbaycan sərhədlərini qorumaq gücü olmayan, Qarabağı əlində saxlamağı bacarmayan və İranda yaşayan 40 milyonluq azərbaycanlıya qarşı milli rəğbət hissi duymayan nəslin yetişməsi sərf edir.

Qeyd edək ki, 37 kiloqram 550 qram narkotik maddəni ölkəmizə keçirərək Azərbaycan vətəndaşlarına təhvil verən İran vətəndaşları vətəndaşları 1966-cı il təvəllüdlü Mehriban Latif Mohsen və 1980-ci il təvəllüdlü Parsa Jaffarlou Amrrza Ramazan bir neçə gün bundan əvvəl dövlət sərhədində saxlanıldılar. Məsələ bundadır ki, Latif Mehriban daha əvvəl də eyni əməllərə görə 2008-ci ildə Azərbaycanda saxlanılaraq 15 il müddətinə azadlıqdan məhrum edilmişdi, ancaq 2014-cü ildə cəzasının qalan hissəsini çəkməsi üçün vətəndaşı olduğu İrana təhvil verildi. İran da onu azalığa buraxdı. 

Narkotik cinayətlərinə görə Azərbaycanda həbs edilən, daha sonra cəzasını çəkmək üçün öz ölkəsinə ekstradisiya oluna  İran vətəndaşları çoxdur.

Bəs biz bu problemə  hansı istiqamətlərdən baxa bilərik?

Birincisi, narkotik cinayətlərinə görə həbs edilən İran vətəndaşları öz ölkəsinə müxtəlif şərtlərlə təhvil verilməlidir. Məsələn, eyni əməli təkrar törətdikdə həmin şəxsin növbəti dəfə ekstradisiyanın mümkün olmaması təsbitini tapmalıdır. Bu məsələ iki dövlət arasında ciddi şəkildə və müxtəlif formatlarda da razılaşdırıla bilər. Bunun üçün Azərbaycanda Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında qanunun müvafiq maddələri də təkmilləşdirilməlidir. Nə vaxtsa Azərbaycanda həbs həyatı yaşamış (xüsusilə, narkotik, adamöldürmə və s.), cəzasını burada tam, yaxud cəzasının qalan hissəsini də öz ölkəsində tam şəkildə çəkmiş xarici ölkə vətəndaşlarının ölkəyə girişi də qadağan olunmalıdır. 

İkincisi, bu şəxslər ömürlük cəzaya məhkum edilməlidirlər və Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında qanun ömürlük həbs cəzasına məhkum edilmiş xarici ölkə vətəndaşlarının ekstradisiyasını mümkünsüz hesab olunması bu qanunda təsbit olunmalıdır. Bu zaman dövlət bu şəxslərin ömürlük həbsxana xərclərini də (qida, geyim, tibbi və s.) qarşılamalı olacaq. 

Üçüncüsü, proses olduğu kimi davam etməsinə göz yummalıyıq, yəni, onlar narkotik maddələri ölkəmizə gətirməli, biz onları həbs etməli və öz ölkələrinə ekstradisiya etməliyik. Beləcə özümüzü aldatmalıyıq. 

Məsələ ilə bağlı millətə vəkili Fazil Mustafanın fikirlərini öyrəndik.

F.Mustafa bildirdi ki, biz bu şəxsləri ekstradisiya edirik ki, gedib İranda cəzasının qalan hissəsini çəksin, ancaq onları azad edirlər, deməli, bu şəxslər dövlət orqanları ilə əməkdaşlıq edirlər və Azərbaycanda narkotiklərin yayılmasına maraqlı olan qüvvələrin işlərini görürlər:

"Biz İran vətəndaşını burada ömürlük saxlasaq, bu haramzadalara Azərbaycan büdcəsindən yemək verməliyik. Bunu niyə etməliyik? Elə etməliyik heç bir casus narkotik daşıyaraq ölkəmizə daxil ola bilməsin. Belə şəxsləri ömürlük saxlasaq, nə olacaq ki… İranda onları qəsdən açıb buraxırlar. Bu problemin həlli ilə bağlı müxtəlif yollar ola bilər. Bu barədə səlahiyyətli şəxslər düşünsünlər. Amma bu istiqamətdə bizim də fikirlərimizi öyrənmək istəyərlərsə, öz təkliflərimizi verə bilərik. Bizi də dinləyən yoxdur”.

Müəllif: Samir Feyruzov

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR