"Dünyanın 9 nüvə dövləti öz nüvə arsenalını modernləşdirməkdə davam edir" - SIPRI

14 iyun, 2022 00:14

"ABŞ və Rusiya birlikdə dünyada nüvə silahı ehtiyatlarının 90 faizdən çoxuna malikdir"

Dünyada nüvə silahının tətbiq edilməsi riski pik həddinə çatıb.

Bu fikirləri Stokholm Beynəlxalq Dünya Problemlərinin Tədqiqi İnstitutunun (SIPRI) rəhbəri Den Smit bəyan edib.

"Nüvə silahı və tərksilah üzərində nəzarət məsələlərində bir neçə mühüm uğurlara rəğmən, nüvə silahının tətbiq edilməsi riski "soyuq müharibə"nin pik həddindən bəri ən yüksək səviyyəyə çatıb", - Smit qeyd edib.

SIPRI- nın məruzəsində deyilir ki, doqquz nüvə dövləti (ABŞ, Rusiya, Böyük Britaniya, Fransa, Çin, Hindistan, Pakistan, İsrail və KXDR) öz nüvə arsenalının modernləşdirilməsini davam etdirir, və "nüvə silahının ümumi miqdarının 2021-ci ilin yanvarından 2022-ci ilin yanvarınadək bir qədər azalmasına rəğmən, növbəti onillikdə, ehtimal ki, artacaq".

O cümlədən, qeyd edilir ki, Böyük Britaniya 2021-ci ildə nüvə başlıqlarının ehtiyat limitinin artırılacağı anonsunu verib. Fransa öz növbəsində rəsmi olaraq nüvə silahı ilə təchiz edilən üçüncü nəsil sualtı qayıqların işlənib hazırlanması proqramını işə salıb.

Ekspertlər həmçinin xatırladıb ki, Hindistanla  Pakistan atom silahının ehtiyatlarını artırır və onun daşınması üçün yeni sistemləri işləyib hazırlayır, İsrail isə öz nüvə arsenalını modernləşdirir. Bundan başqa, KXDR aktiv şəkildə nüvə silahını sınaqdan keçirir, Çində isə 300 yeni buraxılış şaxtasının quraşdırılması üzrə işlər aparılır. Bu zaman ABŞ və Rusiya birlikdə dünyada nüvə silahı ehtiyatlarının 90 faizdən çoxuna malikdir.

SIPRI ekspertlərinin məlumatına görə, 2022-ci ilin əvvəlində 12.705 döyüş başlığının təxminən 9440-ı potensial istifadə üçün hərbi ehtiyatda olub. Onlardan 2000 vahidi - demək olar ki, hamısı ABŞ və ya Rusiyaya məxsus olan- yüksək döyüş hazırlığı vəziyyətində olub.

Təşkilatın nümayəndəsi Uilfred Vanın qeyd etdiyi kimi, nüvə silahına malik dövlətlər öz ritorikasını kəskinləşdirir və bu tip silahların hərbi strategiyalarında oynadığı rolu artırır.

Xatırladaq ki, Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev ötən ay bəyan edib ki, Rusiya ilə NATO-nun birbaşa toqquşması nüvə müharibəsinə çevrilə bilər və bu, bütün dünya üçün fəlakətli ssenari ola bilər.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR