Şuşa Bəyannaməsinin imzalanmasından bir il ötür - Azərbaycan nə qazandı?

15 iyun, 2022 09:12

2021-ci ilin iyun ayının 15-də Azərbaycan və Türkiyə liderləri arasında Şuşa Bəyannaməsinin imzalanmasından bir il ötür. Bəyannamə hər iki ölkə arasında taktiki deyil, strateji hədəflərə hesablanan və qlobal proseslər fonunda daha monolit münasibətlər sisteminin yaradılmasını özündə ehtiva edir.

Bəs bu bir il ərzində Azərbaycan üçün Bəyannamədən irəli gələn hansı pozitiv hadisələr baş verib?

Əvvəla, qeyd etmək lazımdır ki, Bəyannamədə ciddi siyasi və iqtisadi hədəflər qərarlaşdırılıb, üstündən bir il keçməsinə baxmayaraq, ortada ciddi nəticələr də var. Bəs söhbət hansı ciddi nəticələrdən gedir?

Birincisi: 2021-ci il oktyabr ayının 26-da Zəngəzur dəhlizinin təməli qoyuldu.

İkincisi: Şuşa Bəyannaməsi son aylarda ABŞ-Azərbaycan arasında intensiv hal alan müsbət görüşlərin, sistematik münasibətlərin möhkəmləndirilməsinin mütləq və “əsas baza”larından biridir. Şəksiz, ABŞ-Azərbaycan arasındakı münasibətlərin müxtəlif səviyyələrdə möhkəmləndirilməsi həm də Türkiyənin əlahiddə təşəbbüskarlığının mühüm nəticələrindən biridir. Bəyannamənin imzalanmasından sonra Türkiyənin vasitəçiliyi ilə Azərbaycanın Qərbə inteqrasiyası prosesinin sürətlənəcəyi gözlənilən idi. Təsadüfi deyil ki, ABŞ prezidenti C.Baydenin iki ölkə arasındakı diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Prezident İ.Əliyevə ünvanladığı məktubun məzmununun təhlili mühüm və tarixi təsbitlərlə yadda qaldı. Azərbaycan-Türkiyə arasındakı strateji mütəffiqlik ABŞ-Azərbaycan arasında strateji tərəfdaşlıq əlaqələrinin tarixdə heç vaxt olmadığı qədər və daha geniş platformasını ərsəyə gətirməkdədir.

Üçüncüsü: Ölkədə (Hadrut qəsəbəsində) yeni “Komando briqada”lar yaradıldı. Bir müddət sonra Azərbaycan ordusunun NATO standartlarına uyğunlaşdırılması istiqamətində daha qərarlı addımlar atılacağı qaçılmazdır.

Dördüncüsü: Milli iqtisadiyyatın yaradılması və Bəyannamədən irəli gələn birgə istehsal, sənaye və invesitisa əməkdaşlığı ilə bağlı məsələlər istiqamətində mühüm addımlar atılıb. Bu ilin may ayının 26-30-u iki ölkənin təşkilatçılığı ilə “TEKNOFEST” festivalı baş tutdu. Bu, Türkiyənin texnologiya sahəsindəki elmi biliklərinin ölkəmizə gətirilməsinin təminatı istiqamətində atılan ən mühüm addımlardan biridir. Həmçinin, Azərbaycanın neftdən asılılığının azaldılmasının prioritet olması öz nəzəri əhəmiyyətini itirərək praktiki mərhələyə qədəm qoyub. Ölkəyə xarici investisiyaların cəlb edilməsi, şaxələndirilmiş iqtisadiyyatın (neftdən asılılığın minimum endirilməsi) yaradılması tarixi zərurətə çevrilib. Hətta C.Bayden İ.Əliyevə sonuncu məktubunda bu məsələyə xüsusi önəm verərək, ABŞ-ın ən yaxın strateji tərəfdaşlarından biri kimi Azərbaycanın iqtisadi əhəmiyyətinin artırılmasında maraqlı olduğunu ifadə etmişdi.

Beşincisi: Avropanın Azərbaycan qazına olan tələbatı daha ciddi şəkil aldı. 2022-ci ilin fevral ayının 4-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısı keçirildi. Bu, Avropanın Azərbaycana olan ehtiyac limitini daha da artırmış oldu. Rusiya-Ukrayna müharibəsi fonunda Qərb ölkələrinin rus qazından asılılığını azaltmaq istəyi Azərbaycanı əsas alternativ kimi önə çıxarır. Heç şübhəsiz ki, Azərbaycanla Rusiya mütəffiqdir və hər iki ölkə arasında ciddi dostluq münasibətləri mövcuddur. Azərbaycan müstəqil, tərəfsiz və praqmatik siyasət kursu qurduğuna görə, ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoyması Moskvada heç bir qıcıq yaratmır və yarada da bilməz.

Altıncısı: Bəyannamədən irəli gələn “Tərəflərdən birinin müstəqlliyinə qarşı” müddəası bir il ərzində şimaldan və cənubdan gələn təhdidlərin miqyasını da kiçildib. Çünki Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə yaranan təhlükə Türkiyə üçün də təhdid və təcavüzü kimi qiymətləndiriləcək.

Yeddincisi: Ermənistan üçün əsas istinad nöqtə hesab olunan KTMT bu bir il ərzində Cənubi Qafqazda özünün praqmatiki əhəmiyyətini tamamilə itirmiş olub.

Müəllif: Samir Feyruzov

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"12:07 - ABŞ-də səssiz çevriliş olub