Azərbaycan 3-cü, 4-cü ölkələr vasitəsilə Ermənistana sərmayə yatırmalıdır: İrəvana sanksiya resursları formalaşdırmalıyıq - TƏHLİL

29 iyun, 2022 14:37

Azərbaycanın 31 illik müstəqilliyi dövründə baş verən hadisələr - torpaqların işğalı, daha sonra azad edilməsi, fantastik neft gəlirləri, yerləşdiyimiz münbit və riskli coğrafiyada cərəyan edən proseslər dövlətimizin strateji qərarlar almasını qətiləşdirməlidir. 44 günlük Qarabağ müharibəsində Azərbaycanın qələbə qazanması strateji əhəmiyyət daşıyan boşluqları da ortaya çıxarmış oldu. Qarabağda müharibə getdiyi zaman biz Ermənistanı daxildən bölə, ərzaq qıtlığı yarada və ölkənin iqtisadiyyatına öldürücü zərbələr vura bilərdik. Sadəcə bircə qərarla, bir düymənin basılması ilə...

Dövlətimiz 10, 20 illik strategiya müəyyənləşdirməli və 3-cü, 4-cü, 5-ci ölkələr vasitəsilə Ermənistana sərmayə yatırmalıdır. Ermənistanın sənaye, qida, tikinti, bank sektoruna sirayət etməliyik. Belə olacağı təqdirdə bir düymənin basılması ilə Ermənistanda böhran yarada bilərik. Bu da Ermənistanın özünü necə aparacağından asılı olacaq. Biz, bunu ingilislərin, rusların, yəhudilərin əli ilə həyata keçirə bilərik. Zəncirvari iqtisadiyyatın mənbəyi hər hansı ölkədə azərbaycanlılardan ibarət milli qüvvələrin əlində olmalıdır.

Heç şübhəsiz, biz sülh tərəfdarıyıq, Azərbaycanın bu istiqamətdəki davamlı təşəbbüsləri də vacibdir. Amma sülh müqaviləsi bağlansa belə bu, Azərbaycanı Ermənistanın gələcək hücumlarından, təxribatlarından sığortalamayacaq. Situasiyaya uyğun, taktiki addımlar atmaq Azərbaycan üçün ciddi risklər vəd edir, odur ki, Ermənistanla münasibətlər sistemi Qarabağa kontekstində formalaşmamalıdır.

Güclü olmaq istəyən ölkələr maraqlarının olduğu digər ölkələrə iki üsulla sərmayələr daşıyıblar: Leqal (qanunla yol verilən), qeyri-leqal (bunun əksi)... Qeyri-leqal yolla daxil olan sərmayələrin strateji əhəmiyyəti daha böyükdür. Bizim Ermənistanla dostluq, mehriban qonşuluq münasibətimiz olmadığına görə, ciddi plan hazırlayaraq, müxtəlif ölkələr vasitəsilə ora daxil olmağı, strateji əhəmiyyətli sahələrdə güc əldə etməyi bacarmalıyıq. Bu, həm də gələcəkdə Ermənistanın borclandırılması imkanlarını bizə qazandırmış olacaq.

Hindistanda, Uzaq Şərqdə ədviyyat sektorunda fəaliyyət göstərən əksər böyük şirkətlərin “ana nöqtəsi” İngiltərədədir. Bu şirkətlər həmin ölkələrə 150-200 il əvvəl leqal yolla daxil olmuşdularsa, ötən əsrin ortasından sonra 3-cü, 4-cü ölkələr vasitəsilə həmin ölkələrə giriş imkanı əldə etməyi daha məqsədəuyğun hesab etdilər. Hazırda bu şirkətlər ingilislərin həmin ölkələrdəki maraqlarının əsas təminatçısına çevriliblər. ABŞ Cənubi Amerikada yerləşən ölkələrə Avropa, yaxud Şərq ölkələrinin tacirləri vasitəsilə ciddi şəkildə müdaxilə imkanları əldə edib. Bu gün Rusiya bütün dünyanı ərzaq qıtlığı ilə sınağa çəkib təhdid edə bilir. Qərb ölkələri illərdir müxtəlif ölkələrin vasitəsilə Rusiyada leqal və qeyri-leqal yollarla iqtisadi resurslar formalaşdırırdı. Ukraynaya hücum başlayan kimi Qərbin birinci mərhələdə ilk sanksiya paketi (qida, bankçılıq və s.) Rusiyada fəaliyyət göstərən şirkətlərin oranı tərk etməsi oldu. Həmin şirkətlərdə minlərlə, on minlərlə rus vətəndaşları çalışırdı. Qərb öz sərmayəsini Rusiyaya birbaşa daşımamışdı, nə də ruslar Qərbin sərmayələrini təftiş etmədən öz ölkəsinə buraxmamışdı. Rusiya bilirdi ki, Qərbin oradakı yüzlərlə şirkəti gələcəkdə ona qarşı əsas sanksiya resursları kimi istifadə olunacaq.

Müəllif: Samir Feyruzov 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR