İrəli doğru yeganə addım birgə yaşayışdan keçir?

01 iyul, 2022 15:08

Azərbaycan xalqının işğaldan azad edilmiş ərazilərə, bütün regiona və onun hüdudlarından kənara olan sevgisi azad edilmiş ərazilərin yenidən həyata qayıtmasına və heç vaxt olmadığı qədər çiçəklənməsinə səbəb olacaq.

Bu barədə jurnalist, fəal və “İsraildə Qərb sivilizasiyasının irsi” (Western Civilization Heritage Israel Program - CHIP) proqramının yaradıcısı Nurit Qrincer Şuşaya səfərindən və Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa şəhəri istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov ilə görüşündən sonra yazdığı məqaləsində bildirib.

“İrəli doğru yeganə addım birgə yaşayışdan keçir. Azərbaycan Ermənistana əməkdaşlıq, dinc və qarşılıqlı hörmətə əsaslanan birgə yaşayış təklif edir. İndi Ermənistan üçün qərar anıdır – o, ya regionun bir parçası olmalı, mehriban qonşuluq münasibətlərin qazandırdığı üstünlüklərdən faydalanmalı və inkişaf etməli, ya da geriləyən iqtisadiyyat və artan yoxsulluq fonunda təcrid şəraitində qalmaqda davam etməlidir”, - məqalədə deyilir.

Jurnalistin sözlərinə görə, Ermənistan beynəlxalq ictimaiyyətin məsul üzvü olmağa iddia edir, lakin Azərbaycan ərazilərini işğal altında saxladığı 30 il ərzində burada nə daşı-daş üstə qoyub, nə də bir ağac əkib.

“Ermənistan əsas “nailiyyəti” – Azərbaycanın 7 şəhərini və 900 kəndini yer üzündən silməsi olub. Los-Ancelesin ərazisindən 4-5 dəfə böyük, təxminən 10 000 kvadrat kilometrlik ərazidə ermənilər evləri sökərək daşlarını tikinti materialları qismində Ermənistana və İrana satıblar”.

Onun sözlərinə görə, işğal dövründə ermənilər Şuşa şəhərində qarət və yanğınlar törədib, məscidləri, müqəddəs yerləri və digər mədəni irs obyektlərini təhqir və məhv ediblər. Ermənilər 3 azərbaycanlı musiqiçi və şairin şərəfinə ucaldılmış bürünc heykəlləri sökərək satıb, şəhərin kənarında yerləşən azərbaycanlılara məxsus qəbristanlıqda qəbirdaşlarını söküb təhqir ediblər”, - o yazır. Nurit Qrincer vurğulayır ki, Azərbaycan bu əraziləri işğaldan azad etdikdən dərhal sonra bərpa və yenidənqurma işlərinə başlayıb və artıq bu işə milyardlarla vəsait xərcləyib.

Məqalədə bildirilir ki, BMT Təhlükəsizlik Şurasının Ermənistanı qınayan və Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxmasını tələb edən 4 qətnaməyə, ATƏT-in Minsk qrupu həmsədrlərinin (ABŞ, Fransa və Rusiya) fəaliyyətinə baxmayaraq, 30 il ərzində Azərbaycan əraziləri erməni işğalı altında qalıb. Beynəlxalq ictimaiyyət bu işdə Azərbaycana heç bir kömək etməyib. Amansız və qanunsuz işğala son qoymaq üçün Ermənistana qarşı heç bir sanksiya tətbiq olunmayıb.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR