Putinin Zəngəzur dəhlizi ilə bağlı mövqeyi necədir?

02 dekabr, 2022 10:38

Azərbaycan Zəngəzur dəhlizinin tezliklə açılmasında maraqlıdır və bu istiqamətdə işləri davam etdirir. Danışıqlar artıq Ermənistanla yox, birbaşa Rusiya tərəfi ilə aparılır. Ötən günlərdə Zəngəzur dəhlizi ilə bağlı önəmli mesajlar verən Prezident İlham Əliyev Ermənistanın asılı ölkə olduğunu, bu səbəbdən danışıqların Moskva ilə aparıldığını bəyan edib. 

“Biz faktiki olaraq Zəngəzur dəhlizi ilə bağlı müzakirələrimizi Ermənistanla deyil, Rusiya ilə aparırıq. Ermənistanın regionda nə coğrafi, nə başqa bir imkanı, yaxud üstünlükləri yoxdur. O, faktiki olaraq dalana dirənmiş ölkədir, Ermənistandan heç bir nəqliyyat marşrutu keçmir. Onların nəqliyyat şəbəkəsi köhnəlib və onlara məxsus deyil. Onların dəmir yolları Rusiya Dəmir Yolları Şirkətinə məxsusdur. Biz faktiki olaraq Zəngəzur dəhlizi ilə bağlı müzakirələrimizi Ermənistanla deyil, Rusiya ilə aparırıq. Çünki Ermənistan asılı ölkədir. Onun müstəqilliyi çox simvolikdir. Ona görə də, biz onlarla danışıqlar apararaq vaxt itirmək istəmirik, Rusiya ilə danışıqlar aparırıq”,- deyə dövlət başçısı çıxışında vurğulayıb.

Bəs, Rusiyanın Zəngəzur dəhlizi ilə bağlı niyyəti nədir? Moskva regionun iqtisadi mənzərəsini dəyişəcək dəhlizin açılmasını istəyirmi?

Rusiyalı ekspert, Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin analitik layihələr direktoru Mixail Neyzhmakov bildirib ki, Moskva üçün Azərbaycan və Ermənistan arasında nəqliyyat kommunikasiyalarının blokunun açılması mühüm mövzudur: 

“Buna baxmayaraq, Rusiya bu məsələdə sadəcə vasitəçi deyil. 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanatın 9-cu bəndinə əsasən, Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında “nəqliyyat kommunikasiyalarına nəzarət” Ermənistan ərazisindən keçməlidir. Prezident Vladimir Putinlə Azərbaycan və Ermənistan rəhbərliyi arasında aparılan danışıqlarda kommunikasiyalar mövzusu mütəmadi olaraq qaldırılır. Elə noyabrın 26-da Rusiya Prezidenti ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı zamanı bu məsələyə toxunulub. Zəngəzur dəhlizinin açılması Rusiyanın da maraqlarına uyğundur. Həmçinin Moskva istəyir ki, məhz onun vasitəçiliyi ilə irəliləyiş əldə olunsun. Çox güman ki, Moskva bu mövzunun Bakı ilə İrəvan arasında imzalanacaq sülh müqaviləsində daha ətraflı şəkildə qeyd olunmasını istəyəcək. Digər tərəfdən nəzərə almaq lazımdır ki, nə qədər ki, Azərbaycan və Ermənistan sərhədində gərginlik riski var, nəqliyyat əlaqəsi belə vəziyyətlərdə təhlükə altında olacaq”. 

Rusiyalı politoloq, tarix elmləri namizədi, Rusiya Federasiyasının Etnik və beynəlxalq araşdırmalar mərkəzinin elmi direktoru Anton Bredix qeyd edib ki, Prezident İlham Əliyev tamamilə düzgün bəyanatla çıxış edib. ​​​​​​​

“Rusiya bu yanaşmaya, ümumilikdə Zəngəzur dəhlizinin açılmasına müsbət yanaşır. Dəhlizin açılması hələ 2020-ci ildə Cənubi Qafqazın transformasiyası üzrə böyük prosesin bir hissəsi kimi müzakirə olunub. İlk növbədə Zəngəzur dəhlizi vasitəsilə iqtisadi inkişafa nail ola bilərik. Rusiya öz növbəsində dəhlizdə təhlükəsizliyin təminatçısı ola bilər, onun mühafizəsini və daşınan yüklərin bütövlüyünü təmin edə bilər”. 

Rusiyalı politoloq Sergey Markov da Moskvanın Zəngəzurla bağlı mövqeyinin müsbət olduğunu və dəhlizin açılması üçün çalışdığını bildirib. Onun sözlərinə görə, Zəngəzur dəhlizinin açılması nəqliyyat axınının intensivliyini xeyli artıracaq və bu da Rusiya üçün çox faydalıdır:

"Rusiya dəhlizin açılmasında maraqlıdır. Nəqliyyat dəhlizi regionun inkişafının təməlidir. İnanıram ki, digər qonşu ölkələr də buna maraq göstərir. Ermənistanın daxilində olan qüvvələr də artıq anlamalıdırlar ki, ölkələrinin inkşafı üçün nəqliyyat və digər əlaqələr açılmalıdır. Bu, gec-tez baş tutacaq".(modern.az). 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR