2023-cü ildə inflyasiya aşağı düşəcəkmi?

15 dekabr, 2022 10:48

Son günlərini yaşadığımız 2022-ci il bütün dünyada və ölkəmizdə yüksək inflyasiya göstəriciləri, ərzaq böhranı və bahalaşma ilə yadda qaldı. Dünya miqyasında yaşanan qlobal problemlər ölkə iqtisadiyyatına da təsirsiz ötüşmədi. Xüsusən də ərzaq qiymətlərində müşahidə edilən kəskin inflyasiya, əhalinin alıcılıq qabiliyyətinin böyük ölçüdə azalmasına səbəb oldu.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2022-ci ilin yanvar-noyabr aylarında istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2021-ci ilin yanvar-noyabr aylarına nisbətən 13,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 19,5 faiz, qeyri-ərzaq məhsulları üzrə 8,3 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 10,4 faiz artıb.

Xatırladaq ki, 2022-ci ilin yanvar-oktyabr aylarında inflyasiya göstəricisi 2021-ci ilin yanvar-oktyabr aylarına nisbətən 13,7 faiz artmışdı. Cari ilin noyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1 faiz, əvvəlki ilin noyabr ayına nisbətən isə 15,1 faiz yüksəlib.

2022-ci ilin noyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1,2 faiz, əvvəlki ilin noyabr ayına nisbətən 20,1 faiz artıb.

Cari ilin noyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma unun, manna yarmasının, makaron məmulatlarının, peçenyenin, mal və toyuq ətinin, balıq konservlərinin, qatılaşdırılmış şəkərli südün, pendirin, yumurtanın, qarğıdalı yağının, bananın, xiyarın, pomidorun, kartofun, soğanın, şəkər və şəkər tozunun, konfetlərin, çayın, meyvə şirəsinin, ucuzlaşma isə əsasən narın, heyvanın, xurmanın, almanın, naringinin, limonun, kələmin, çuğundurun, sarımsağın qiymətlərində müşahidə olunmuşdur.

Hesablama Palatasının rəyində bildirilib ki, 2023-cü ildə orta inflyasiya dərəcəsi 6,9 % proqnozlaşdırılır. Dünya Bankı isə Azərbaycanda inflyasiyanın bu il 12,5 %, 2023-cü ildə isə 9,5 %-ə yüksələcəyini proqnozlaşdırır.

Bəs növbəti il üçün istehlak bazarında vəziyyət necə olacaq?

Bu mövzuyla bağlı iqtisadçı-ekspert Xalid Kərimli azpolitika.info-ya şərhində bildirib ki, açıqlanan rəsmi göstəricilər ümumi inflyasiyanı göstərir: “Ölkədə 13,8 faiz inflyasiya olduğu açıqlansa da, ərzaq qiymətlərində inflyasiyanın 21 faiz olduğu bildirilir. İnflyasiya hesablanarkən ödənişli xidmətlər, qeyri ərzaq məhsulların qiymətləri, istehlak səbətindəki məhsulların dəyəri nəzərə alınır. Bu gün elə ərzaq məhsulu var ki, qiyməti 40-50 faiz bahalaşıb. Ancaq qiymətində dəyişiklik baş verməyən ödəbişli xidmət sahələri də mövcuddur. Məsələn, cari ildə metronun, avtobusun, kommunal xidmətlərin bir çoxunun, 92 oktanlı benzinin qiymətində bahalaşma qeydə alınmayıb”.

Ekspert 2023-cü ildə inflyasiyanın aşağı düşəcəyini proqnozlaşdırır: “Hökumət cari il üçün inflyasiyanın 12,5 faiz olacağını planlaşdırsa da, bu göstərici bir qədər yüksək oldu. Gələn il üçün inflyasiyanın 7 faiz olacağı proqnozlaşdırılır. 2023-cü ildə inflyasiyanın təkcə Azərbaycanda yox, qlobal miqyasda zəifləyəcəyi gözlənilir. İnkişaf Etməkdə olan Ölkələrin proqnozlarına əsasən, gələn il inflyasiya göstəricisi 9-10 faizdən aşağı düşəcək”.

“Təbii ki, Rusiya-Ukrayna müharibəsinin gedişatı inflyasiyaya müəyyən qədər təsir göstərəcək. Rusiya və Ukrayna həm ərzaq, həm də əmttə ölkələri olduğu üçün bu müharibənin mənfi təsirlərindən qorunmaq mümkün deyil. Ancaq hazırda taxıl dəhlizi açılıb, gələcəkdə bu yolla qeyri-ərzaq məhsullarının daşınması gözlənilir, həmçinin enerji qiymətləri də adaptasiya olunub. Ona görə də növbəti ildəki inflyasiyanın indikiindən daha yüksək olacağı gözlənilmir.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının hesabatlarına əsasən 8 aydır ki, ümumdünya ərzaq indeksində azalma baş verir. Hesab edirəm ki, biz bu azalmanı tədricən öz bazarlarımızda da görəcəyik”,-deyə ekspert bildirib.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR