Lukaşenko sona qədər müqavimət göstərəcək: Putin Belarusa niyə gedir? - "ISW"

17 dekabr, 2022 12:58

Məlum olduğu kimi, bu günlərdə Vladimir Putinin Belarusa səfəri gözlənilir. Səfərin məqsədi ilə bağlı müxtəlif versiyalar səsləndirilməkdədir.

ABŞ Müharibə Araşdırmaları İnstitutunun(ISW) mütəxəssislərinin fikrincə, Putinin Belarus səfərinin əsas məqsədi Aleksandr Lukaşenkonu Rusiya ilə inteqrasiya məsələlərində daha çox güzəştlərə vadar etməkdir. Yəni, Rusiya başçısı Belarusun öz suverenliyini Rusiya ilə birgə yaradılan “İttifaq dövləti”nə qurban verməsini istəyir.

Lakin Lukaşenko artıq səfər öncəsi açıqlamaları ilə bu prosesə boyun əyməyəcəyinin siqnallarını verib. Belə ki, Belarus Prezidenti son açıqlamasında öz hakimiyyətini nəzərdə tutaraq, “Belarusu bizdən başqa heç kim idarə etmir”, -deyə bildirib. O, deyib ki, Rusiya ilə sıx əlaqələrin tərəfdarıdır, lakin bu zaman mütləq “Belarusun suveren və müstəqil dövlət olduğundan” çıxış etmək lazımdır.

İnstitutun ekspertləri Putinin səfərini həmçinin, son zamanlar Rusiyanın yenidən Kiyevə hücuma hazırlaşdığına dair aparılan informasiya əməliyyatı ilə əlaqələndirir. Belə ki, Putinin bu səfəri Rusiyanın doğrudan da belə bir niyyətdə olduğuna dair qənaəti gücləndirməyə xidmət edir. Bu yolla Ukraynaya və Qərbə təzyiq göstərilir ki, Zelenski haklimiyyəti gözlənilən hücumdan çəkinərək, güzəştə getsin və danışıqlar masasına otursun.

Lakin amerikalı ekspertlər və eləcə də bir çox müstəqil müşahidəçilər bu təzyiqlərin lazımi effekt verməyəcəyi qənaətindədirlər. Onlar hesab edirlər ki, Belarus Prezidenti nə yolla olursa olsun, öz ordusunun Ukraynaya qarşı savaşa qoşulmasına imkan verməyəcək. Çünki ən azından bu, onun öz hakimiyyət maraqlarına uyğun deyil. Digər yandan, Belarus ordusunun və xalqının böyük hissəsi ölkənin bu müharibədə iştirakının əleyhinədir. Ona görə də amerikalı ekspertlər hesab edirlər ki, Lukaşenko Belarus ordusunun nə müstəqil şəkildə, nə də Rusiya ordusu ilə birgə Ukrayunaya qarşı hücumda iştirakına tərəfdar deyil və sona qədər Putinin təzyiqlərinə müqavimət göstərəcək.

ISW mütəxəssislərinin fikrincə, Rusiya hakimiyyəti Qərbdə belə bir qənaət yaratmağa çalışır ki, Ukraynaya qarşı hərbi güc tətbiqini daha da gücləndirəcək və Ukrayna Ordusunun cəbhə xəttində hansısa irəliləyiş əldə etməsi artıq qeyri-mümkündür, vəziyyət dalana dirənib və sair. Lakin institutun mütəxəssisləri qeyd edirlər ki, bu hesablamalar yanlışdır və Ukrayna işğal olunmuş ərazilərin əhəmiyyətli hissəsini qaytarmaq iqtidarındadır.

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI