"Ermənilərə indiki halda xətər yetirməyimiz Vətənə xəyanətdir" - Zərdüşt Əlizadə

26 dekabr, 2022 10:17

Ermənilərlə azərbaycanlı etirazçılar arasında toqquşma yaşana bilər?

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası on dörd gündür davam edir. Maraqlıdır ki, artıq Qarabağ separatçıları da adekvat addım ataraq, azərbaycanlı etirazçılara qarşı yürüşə başlayıblar. Rusiya sülhməramlıları onların keçidinə mane olsa da, proseslərin səngidiyini demək olmaz.

Azərbaycan Sosial Demokrat Partiyasının qurucusu, politoloq Zərdüşt Əlizadə baş verənlərlə bağlı konkret.az-a müsahibə verib.

Müsahibəni təqdim edirik:

– Zərdüşt bəy, Qarabağ erməniləri azərbaycanlı etirazçılara qarşı cavab etirazına başlayıblar. Tərəflər arasında hər hansısa təmas və ya qarşıdurma yaşana bilər?

– Burada iki ehtimal var. Birinci ehtimal odur ki, tərəflər üz-üzə gələcəklər və başlayacaqlar münasibətlərə aydınlıq gətiməyə. Danışıqlar zamanı da məlum olacaq ki, kimin nə problemi var və kim nə tələb edir. Ola bilsin ki, bu danışıqlarda hər iki tərəfdən ziyalı adamlar iştirak eləsin. Çünki bizim istəyimiz odur ki, iki icma arasında mükalimə başlasın, bir-birinin dərdini dinləsinlər və kimin nə istədiyi aydınlaşsın. İkinci ehimal isə odur ki, tərəflər üz-üzə gələn kimi toqquşma baş verəcək. Toqquşma baş verəndə isə Rusiya sülhməramlıları onlara müdaxilə etməlidirlər. Təbii ki, bizim tərəfi də qoruyanlar var, onları da qoruyanlar var. Bu da o deməkdir ki, sülhməramlılar bu təmasa müdaxilə etməsə, toqquşma qaçılmaz olacaq.

– Əgər, belə bir hal baş versə? hadisələr necə istiqamət ala bilər?

– Bizə bu həssas dönəmdə lazım deyil ki, dünyaya göstərək ki, biz erməniləri döyürük. Biz dünya ictimaiyyətinə bəyan edirik ki, Qarabağ erməniləri bizim vətəndaşlarımızdır və onların hüquqlarını qoruyacağıq. Bunu dediyimiz halda, onlarla dalaşmağımız, onlara hər hansı xətər yetirməyimiz bizə qətiyyən sərf etmir. Bunu etmək birbaşa Vətənə xəyanətdir. Yəni gərək Vətən düşməni olasan ki, belə bir addıma əl atasan. Düzdür, vaxtında hər iki tərəf ya xainlikdən, ya cahillikkdən bunu edib, amma indiki məqamda bizə sülh lazımdır. Hər halda, mən düşünürəm ki, rus sülhməramlıları imkan verməz ki, tərəflər arasında fiziki təmas baş versin. Onlar da dünyaya göstərsin ki, bizim də geniş miqyasda vətəndaş cəmiyyətimiz, ictimai fəallarımız var. İndiki məqamda sadəcə, siyasi çəkişmə gedir. Proseslərin gedişatını isə zaman göstərəcək.

– Rusiya xarici işlər naziri Sergey Lavrov baş verənlərə görə məsuliyyətin Qarabağ hakimiyyətinin üzərinə düşdüyünü deyir. Bu, əslində onların ayaqlanmasına daha da rəvac vermir? Çünki bu açıqlama Qarabağ hakimiyyətini tanımaq anlamına gəlir.

– Mənə elə gəlir ki, Lavrov Ermənistana ismarıc göndərir ki, siz bizim istəklərimizi qəbul etməsəiniz, biz keçəcəyik Azərbaycanın tərəfinə və siz tək qalacaqsınız. Çünki Qərb sizə uzaqdır, Qərbin burda ordusu yoxdur və sizə heç bir kömək edə bilməz. Qərb ən yaxşı halda regiona 5-10 nəfər diplomat, 20-30 nəfər müşahidəçi göndərə bilər. Amma burada qoşun da bizimdir, güc də bizimdir. Həm də sizin taleyiniz də bizim əlimizdədir. Yəni, siz ancaq bizim istəyimizi yerinə yetirməlisiniz.

– Rusiyanın istəyi nədir?

– Rusiyanın istəyi odur ki, Zəngəzur dəhlizi tamamilə Rusiyanın nəzarətində olsun. Ermənistan da deyir ki, onsuz da hər şeyi götürmüsən, barı Zəngəzur dəhlizi bizim nəzarətimizdə qalsın. Azərbaycan isə faktiki olaraq Rusiyanın vasitəsi ilə Ermənistana təzyiq edir, dəhliz məsələsini ortaya qoyur və Ermənistanı çıxılmaz vəziyyətə salır. Ermənistanın çıxış yolu odur ki, Azərbaycana təklif etsin ki, Laçın dəhlizi Azərbaycanın nəzarətinə verilsin, Zəngəzur dəhliz isə Ermənistanın. Brüssel görüşündə də deyildiyi kimi, hər bir dövlət öz ərazisindən keçən nəqliyyat xətlərinə nəzarət etmək imkanına malikdir. Tərəflər buna razı olsalar, proseslər də normal istiqamətdə cərəyan edə bilər. Çünki Azərbaycan Laçın dəhlizinə nəzarət etməklə, ermənilərə heç bir təhlükə yaratmayacaq, sadəcə onların yüklərini yoxlayacaq ki, hər hansı silah, mina və ya bu kimi ləvazimatlar keçirməsinlər.

– Bəs, belə olan halda, Rusiya həmin Qarabağ hakimiyyətini niyə zərərsizləşdirmir? Çünki onlar faktiki olaraq separatçı fəaliyyətlə məşğuldur və 10 noyabr Üçtərəfli Bəyannaməsinə görə onların fəaliyyətini məhdudlaşdırmaq məhz Rusiya sülhməramlılarının üzərinə düşür.

– Həmin separatçıları Rusiyanın özü yaradıb. Öz yaratdığını niyə zərərsizləşdirsin? Separatçılar Rusiyanın alətidir. Moskva separatçılardan istifadə edib Ermənistanla Azərbaycanı münaqişəyə cəlb edir, onlar arasında şərtlər qoyur və bu şəkildə təsirini saxlayır. Yəni, Rusiyaya separatçıları ram etmək yox, qorumaq lazımdır.

– Yəni, separatçıları daha da qızışdırıb münaqişəni aktiv fazada saxlamaq…

– Əlbəttə. Nə qədər ki, onlar da bu fəaliyyəti davam etdirəcəklər, nağıllara uyub, məntiqsiz siyasət yürüdəcəklər, qazanan da yalnız Rusiya olacaq.

– Proseslərin bu şəkildə cərəyan etməsi gələcək perspektivdə nə vəd edir?

– Ümumi məcraya baxanda, biz müharibəni udmuşuq. 75 faiz ərazimizi azad etmişik, qalıb 25 faizi. 25 faizi də yavaş-yavaş geri qaytaracağıq. Burada əsas məsələ sülhməramlıların Qarabağı tərk etməsidir. Onların da möhləti 2025-ci ildə bitir. 5 ilin tamam olmasına 6 ay qalmış bilinəcək ki, onlar qalır, yoxsa gedir. Əgər, getsələr, irəliləyiş əldə etmək olacaq. Çünki separatçılar məhz Rusiyaya arxalanıb belə ötkəm davranırlar.

16 fevral

12:33 - Postsovet ölkəsinə xəbərdarlıq olundu - Ukraynanın aqibəti ilə üzləşəcəksiniz12:29 - "Müharibə olsa, İrana köməyə hazırıq..." - Taliban sözçüsü12:27 - "Müharibə bu il bitməyəcək" - Amerikalı general ABŞ-ı ittiham etdi

11 fevral

11:30 - "Rusiya ilə bizi qarşıdurmaya sürükləyə bilməzlər" - Paşinyan11:27 - "Bakı və İrəvan arasında sülh anlaşması pozularsa..." - Pol Qobl11:22 - "Azərbaycan Ermənistan mallarının öz dəmir yolu ilə ixracı imkanını təsdiqləyib" - Paşinyan

09 fevral

15:13 - Peskov Ankoriç ruhunun sirrini açdı - Ukrayna müharibəsində böyük sıçrayışın 28 gizli bəndi15:11 - Şagirdlər "İdrak" liseyini tərk edir15:08 - Dələduzluğa görə həbs edilən dəstə başçısı - Ev dustaqlığına buraxıldı

02 fevral

14:25 - FED-də dəyişiklik bazarları silkələdi - Qızıl və gümüş "çökdü", neft ucuzlaşdı14:23 - "Xalq" qəzetində keçirilən görüşdə Veysəloğlu Şirkətlər Qrupu tərəfindən qocaman jurnalistə dəstək ifadə edilib - FOTOLAR12:37 - Azərbaycanda MTK-ların "qara siyahı"sı yaradıla bilər12:34 - Prezidentdən Azərbaycan gənclərinə müraciət - YENİLƏNİB09:47 - İran ABŞ üçün şərtlərini açıqladı

28 yanvar

14:53 - 60 min boş iş yeri haradadır? - Agentlik sədrinin müəmmalı açıqlaması14:52 - Orduya böyük sərmayə qoymuşuq...14:50 - Ohanyan üzə çıxdı - "Azərbaycan XTQ-ni, Ermənistan isə polisi gücləndirir"14:48 - "Araz" supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir

26 yanvar

14:38 - ABŞ-da qətl: təhlükəsizlik qüvvələri vətəndaşı güllələdi - Bəs demokratiya nağılı?14:34 - "Təcavüzə ağır cavab veriləcək" - Bəqai14:31 - Çinin ikinci şəxsi ABŞ casusu olub? - QALMAQAL

21 yanvar

10:27 - "Biz üç ildən artıq dövrdə Avropaya qaz ixracını 13 milyard kubmetrə çatdırmışıq" - İlham Əliyev10:22 - Azərbaycan Trampın dəvətini qəbul edib, Sülh Şurasına qoşulub10:17 - Qızılın qiyməti yenə rekord qırdı - Bu il qızılın qiyməti nə qədər olacaq?

16 yanvar

10:41 - Azərbaycandakı sayt və sosial şəbəkələrdə əxlaqsız paylaşımlar qadağan edildi - DETALLAR10:37 - Qəddafinin qızı İran xalqına müraciət edib - "İmperialistlərin aldatıcı sözlərinə və şüarlarına inanmayın"10:36 - Avropa Komissiyası 8 ölkə üçün silah kreditini təsdiqlədi

07 yanvar

16:40 - Erməni təcavüzü nəticəsində nə qədər vətəndaşımız itkin düşüb? - Dövlət Komissiyası16:34 - Ucuz məhsul keyfiyyətsizdirmi? - Ekspertlərdən açıqlama16:32 - "Cənab səfir, bizə cavab verin!"