2022-ci ilin iki mühüm pozitiv nəticəsi... - Ölkə daxilində gərginlik yaradan hansı amillər aradan qaldırılır?

28 dekabr, 2022 10:56

Bir neçə il idi ki, dövlətin daxili siyasətinə neqativ təsir edən proseslər cəmiyyətdə xüsusi həssaslıqla izlənilirdi. Ölkədaxili proseslərin təhlili göstərir ki, bu proseslər vətəndaş-dövlət münasibətlərində dərin çat yaradır və fərqli ampluada narazı sosial elektoratın formalaşmasına səbəb olurdu. Amma İkinci Qarabağ Müharibəsinin nəticələri dövlətin daxili siyasətdə qətiyyətli tədbirlər həyata keçirəcəyini qaçılmaz etmişdi və bu, gözlənilən idi.

Daxili siyasətdə gərginlik yaradan iki mühüm amilin aradan qaldırılması ilə bağlı təsirli tədbirlərin həyata keçirilməsi 2022-ci ilin əsas spesifikasını müəyyənləşdirdi. Bu baxımdan 2022-ci il əvvəlki illərdə üst-üstə yığılıb qalan və daxili siyasətdə neqativ istiqamətlər formalaşdıran halların aradan qaldırılması üçün əhəmiyyətli il oldu.

Söhbət hansı neqativ istiqamətlərdən gedir?

BİRİNCİSİ, “Tərtər işi” - Ermənistana casusluqda ittiham olunaraq, 2017-ci ilin may-iyun ayları ərzində ağır fiziki və psixi işgəncələrə məruz qalan (həmçinin öldürülən) hərbçilərlə bağlı prosesin yenidən və obyektiv şəkildə araşdırılması təmin edilməyə başlanıldı. “Tərtər işi”nin tam şəffaf şəkildə araşdırılması üçün Prezident İlham Əliyevin tapşırığı əsasında 2021-ci ilin dekabrında Baş prokurorluqda yeni istintaq komissiyası yaradılmışdı. 2022-ci ildə bu istiqamətdə ciddi araşdırmalar aparıldı və artıq yeni istintaq komissiyasının müsbət nəticələr əldə etdiyini demək olar. Belə ki, 19 nəfər bəraət alıb, 400-dən artıq insanın isə hüquqları bərpa olunub, ən əsası, hazırda bütün ölkə həqiqi cinayətkarların kimliyindən xəbərdardır. “Tərtər işi” Azərbaycan ordusunun imicini zədələmək, xalq-ordu arasında bərpası mümkün olmayan inamsızlığın yaradılmasını təmin etmək və Dövlət başçısının Qarabağın işğaldan azad olunması istiqamətində həyata keçirdiyi tədbirləri tormozlamaq məqsədi daşıyırdı. Həqiqi cinayətkarların və vəzifəsindən sui istifadə edərək Azərbaycan hərbçilərini ağlagəlməz üsullarla zorakılığa məruz qoyan vəzifəli şəxslərin aşkarlanaraq, məsuliyyətə cəlb edilməsi dövlət əhəmiyyətli məsələdir. Bu, mütləq təmin edilməlidir. Daxili siyasətdə mənfi atmosferin yaranmasına səbəb olan bu hadisənin aşkarlığa qovuşmasını təmin etmək Qarabağ probleminin həlli qədər vacib və əhəmiyyətlidir.

İKİNCİSİ, narkotik vasitələrin dövriyyəsinə və narkomaniyaya qarşı mübarizə - 2022-ci ildə bu istiqamətdə müsbət nəticələr əldə olundu, hansı ki, əvvəlki illərdə eyni həcmdə nəticələr əldə olunmamışdı.

Belə ki, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 293 kiloqram çox, yəni ümumi dəyəri 40 milyon manat təşkil edən 3 ton narkotik vasitə və 300 kiloqramdan artıq psixotrop maddə, o cümlədən narkotiklərin onlayn satışı ilə bağlı 241 fakt müəyyən edilərək, qeyri-leqal dövriyyədən 1 ton 400 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə çıxarılıb. Daxili İşlər naziri 9 ayın yekunlarına dair keçirilən kollegiyada narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə yüksək vətəndaşlıq mövqeyi nümayiş etdirən jurnalistlərə, blogerlərə, ictimai fəallara və qeyri-hökumət təşkilatlarının nümayəndələrinə minnətdarlıq da bildirmişdi. Əvvəlki illərdən fərqli olaraq, 2022-ci ildə bütün media qurumları, sosial şəbəkələr narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə kütləvi şəkildə qoşulub. Araşdırmalar göstərir ki, 2021-ci ilin 11 ayı ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən daha qətiyyətli tədbirlər həyata keçirilib və qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 861 kq 969,079 qr, qrup halında olan cinayətlərin sayı 32 fakt, bu kateqoriyadan olan digər cinayətlərin sayı 6 fakt azalıb.

Müəllif: Samir Feyruzov

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR