Azərbaycan BRICS-ə niyə üzv olmaq istəyir?

05 iyul, 2024 18:30

İyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Astanada keçirilən zirvə toplantısı çərçivəsində Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın qurulması haqqında birgə bəyannamə qəbul olunub. Bəyannamədə deyilir ki, Azərbaycan BRICS-ə daxil olmaq arzusunu ifadə edir, Çin BRICS əməkdaşlığında Azərbaycanın iştirakını alqışlayır.

Xarici İşlər Nazirliyinin (XİN) Təhlil və Strateji Araşdırmalar İdarəsinin müdiri Mahir Qasımov "Azərbaycan və BRICS: imkanlar və perspektivlər" adlı tədbirdə deyib ki, Azərbaycan Çin və digər BRICS üzvləri ilə aktiv əməkdaşlıq edir: "BRICS-in üzv dövlətləri böyük əmək bazarına, təbii resurslara malikdirlər. BRICS-in üzvləri BMT Təhlükəsizlik Şurası, G20 və Şanxay Əməkdaşlıq Təşkilatı kimi böyük təşkilatların da üzvləridir. Ərazi bütövlüyü, suverenliyin toxunulmazlığı kimi məsələlər BRICS sənədlərində xüsusi vurğulanır. Siyasi və təhlükəsizlik, maliyyə və iqtisadiyyat, eləcə də mədəni və xalqlar arasında münasibətlər kimi üç istiqamət BRICS çərçivəsində əsas istiqamətlərdir".

BRICS 2006-cı ildə yaranıb. 2024-cü ilə qədər beş üzvü var idi- Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası. Bu ilsə təşkilata Birləşmiş Ərəb Əmirlikləri, İran, Efiopiya və Misir də qoşulub.

İqtisadçı, Milli Məclisin VI çağırış deputatı Tahir Mirkişili "Turan"a bildirib ki, Azərbaycanın 2023-cü ildə xarici ticarət dövriyyəsinin 20 faizi BRICS üzvlərinin payına düşür: "Rusiya və Çin bizim ən çox ticarət etdiyimiz üçüncü və dördüncü ölkədir. Azərbaycanın iqtisadi niyyəti BRICS-in nəqliyyat, kommunikasiya və ticarətlə bağlı fəaliyyətlərində aktiv şəkildə iştirak etməkdir. Bu bizim üçün yeni perspektivlər və imkanlar aça bilər".

Onun fikrincə, Çin-Avropa, Rusiya-Hindistan-İran arasındakı ticarət dövriyyəsində Azərbaycan önəmli yer ala bilər: "Uzun illər böyük səylər əsasında yaradılan "Şərq-Qərb", "Şimal-Cənub" koridorlarının intensivləşməsi bizə böyük iqtisadi fayda vəd edir. Azərbaycanın həm Avropa Birliyi ilə tərəfdaşlıq münasibətləri, həm də BRICS, Şanxay Əməkdaşlıq Təşkilatı ilə tərəfdaşlıq münasibətləri ölkəmizin iqtisadi siyasətinə və dünyada yaranan yeni reallıqlara uyğun olaraq atılan addımlardır".

T.Mirkişili bildirir ki, BRICS-ə üzv olan ölkələr Qərblə bərabərhüquqlu münasibətlərin tərəfdarıdır, üzv ölkələr öz bölgələrində liderliyə iddialıdır: "BRICS-in daha bir yaxşı özəlliyi onun digər birliklərə üzvlüklə bağlı məhdudiyyətlər qoymamasıdır. Yəni, üzv ölkələr digər iqtisadi və güc mərkəzləri ilə milli maraqlara uyğun əməkdaşlıq edə bilər. BRICS-ə üzvlük Azərbaycanın xarici siyasətindəki çoxtərəfli əməkdaşlıq prinsiplərinə cavab verir, iqtisadi siyasətimizin hədəflərinə uyğundur. Hesab edirəm ki, həm Qərblə, həm də Şərqlə yaxşı tərəfdaşlıq əlaqələri quran Azərbaycan öz milli maraqlarını hər iki qütbdə təmin edəcək".

İqtisadçı Natiq Cəfərli xatırladır ki, zaman-zaman BRICS təşkilatına yeni üzvlərin qəbulu məsələsi müzakirə olunur: "Hətta qardaş Türkiyə də belə bir istəyini səsləndirir. Qonaq qismində BRICS-in bəzi toplantılarda Türkiyə də iştirak edib. Əgər Azərbaycan Türkiyə ilə birgə bu təşkilata üzv olmaq istəyəcəksə, bunun bir anlamı var".

Ekspert deyir ki, amma iqtisadi nöqteyi-nəzərdən baxanda Azərbaycan iqtisadiyyatı daha çox Qərbə bağlıdır: "İxracatımızın 80 faizi Avropa ölkələrinədir. Əgər Avropa Birliyinin üzv ölkələri olmayan Böyük Britaniyanı, İsraili və İsveçrəni də saysaq, bu rəqəm daha çoxdur. İnvestisiya baxımından da biz Qərblə daha bağlıyıq. İllərdir ki, ən böyük ticarət tərəfdaşımız İtaliyadır".

N.Cəfərlinin sözlərinə görə, BRICS-ə üzvlük əlavə iqtisadi fürsətləri yarada bilər. "Srağagün Çinlə strateji tərəfdaşlıq müqaviləsi imzalandı. Bu da normaldır, Azərbaycana idxalda son 20 ildə Çin həmişə ilk üçlükdədir. Bu tipli addımlarla Azərbaycan bir növ çoxşaxəli iqtisadi və siyasi münasibətlər formatı yaratmağa çalışır. Bu nə qədər uğurlu olacaq, BRICS-də iştirakı Azərbaycanın Qərblə münasibətlərinə təsir edəcəkmi, bunu gələcək göstərəcək".

10 dekabr

18:22 - Azərbaycan təhlükəsizlik orqanları niyə hədəfə alınıb? - VİDEO15:47 - "İran Ermənistana kömək etməyəcək" - Hrant Baqratyan 15:32 - "MİDA-nın sistemi güvən yaratmaq əvəzinə şübhələr doğurur" - Ekspert15:29 - Agentlik bu şirkətdən 567 min manata 14 ədəd minik avtomobili alır

09 dekabr

13:20 - Azərbaycan dollar satışı niyə artıb?13:14 - Rusiyadan müttəfiqlərinə çağırış - "Hazır olun"13:11 - Azərbaycanın Suriyadakı sonuncu səfiri...13:06 - Veysəloğlu Şirkətlər Qrupu ölkəmizə daha bir irihəcmli xarici investisiya cəlb etdi13:04 - Muxtar Babayev ov sezonunu niyə açmır?

06 dekabr

12:32 - Sülh danışıqları dalana dirənib?12:30 - "Ermənistan Azərbaycandan üzr istəməlidir" - Korotçenko12:25 - Fernandu Santuş Millidən göndərilir?

05 dekabr

14:35 - Fələstinlilər Qəzzadan çıxarılır? - Plan açıqlandı14:33 - Rusiyanın Suriyaya yardımı... - Kreml14:30 - "Ermənistan Qərbi Azərbaycan İcması ilə danışıqlara başlamalıdır" - İlham Əliyev

04 dekabr

15:01 - Dörd ölkədən əngəl: Ukraynanı NATO-da görmək istəmirlər - "Suspilne" 14:53 - Problemli kreditlər: bank tələb edir, əhali qaytara bilmir - Problem necə çözüləcək?14:47 - Cənubi Koreya prezidenti niyə birdən hərbi vəziyyət elan etdi? - SƏBƏBLƏR

03 dekabr

15:42 - Elman Rüstəmovun 5 milyonluq kredit dosyesini buna görə gizlədirlər - TƏFƏRRÜAT15:05 - Elçibəyin köməkçisi Şahlar Əsgərova cavab verdi15:00 - Gələn il inflyasiya builkindən çox ola bilər - Mərkəzi Bank

02 dekabr

22:14 - "Veysəloğlu" Şirkətlər Qrupu Naxçıvanda silsilə market açılışlarını davam etdirir - FOTOLAR11:00 - "Müharibənin dondurulmasına bu şərtlərlə razıyıq..." - Zelenksi Avropa İttifaqı və NATO-dan zəmanət istəyir10:54 - İşsizlər üçün nəzərdə tutulan 17 milyon manat kimlərə veriləcək? - AÇIQLAMA10:52 - Gürcüstanda etirazlar davam edir

29 noyabr

12:56 - Dövlət qurumları noyabrda 25 milyon manatlıq avtomobil alıblar - TAM SİYAHI12:45 - Erməni terrorçuların başçısı Azərbaycanla sərhədə gəldi 12:42 - Bu şirkət 51 milyon dollarlıq məhsulun pulunu ölkəyə qaytarmayıb

28 noyabr

16:02 - "Rusiya bu raketin sınaqlarını davam etdirəcək" - Putin16:00 - "Hizbullah" İsrailin məğlubedilməzliyi mifini yenə dağıtdı - Əraqçı