Bayden "Şimal axını-2" layihəsinə sanksiyaları dayandıdı - Qərarın Azərbaycana təsiri olacaqmı?

22 may, 2021 13:21

ABŞ prezidenti Co Bayden geri çəkildi. Ağ Evin keçmiş sahibi Donald Tramp Rusiyanın “Şimal axını -2” layihəsinə və bu layihədə iştirak edən şirkətlərə qarşı müxtəlif sanksiyalar tətbiq edirdi. Bu sanksiyalar Almaniyaya qaz nəql etmək istəyən Rusiyanın işini çətinləşdirmişdi. Çünki, Amerika sanksiyalarından çəkinən bir qrup şirkət layihəni tərk etmişdilər. Digər tərəfdən Amerikanın Avrpodakı əsas müttəfiqlərindən biri Almaniya üzərində Vaşinqtonun artan təzyiqini hiss edirdi. Trampdan fərqli olaraq Bayden Almaniyaya rahat nəsəf almağa imkan vermək üzəridir.

Baydenin təlimatıyla Dövlət Departamenti “Şimal axını – 2” layihəsinə qarşı sanksiyaları dayandırmağa qərar verib. Bu qərarın izahı belədir ki, boru xəttinin təxminən 95 faizi tikilib, ona görə də prosesə mane olmaq mümkün deyil. Bu izah xaricdə Ukrayna və Polşanı, daxildə isə respublikaçıları qane etməyib. Ukrayna prezidenti Vladimir Zelenski son çıxışında Ağ Ev administrasiyasının qərarından məyus olduğunu gizlətməyib. Zelenski ona işarə edib ki, Rusiya ilə mübarizədə Amerikaya çox da arxayın olmaq mümkün deyil. Kiyev hesab edir ki, “Şimal axını – 2” layihəsi işə düşdükdüdən sonra Moskvanın Ukraynaya qarşı hərbi təzyiqi artacaq. Digər tərəfdən Rusiya “Şimal axını – 2” boru xətti ilə Avropaya qaz nəqlinə başladıqdan sonra Ukraynadan keçən boru xəttinə ehtiyacı olmayacaq. Demək, Moskva bu yolla Ukraynaya iqtisadi təzyiqini də artıracaq. Varşava da Baydenin qərarından narazıdır. Çünki, Varşava da Kiyev kimi düşünür ki, Rusiya “Şimal axını – 2” layihəsi vasitəsilə həm Avropanın enerji bazarında möhkəmlənəcək, həm də Arvopaya təzyiq imkanı qazanacaq.

Buna baxmayaraq, Ukrayna və Polşa ABŞ-dan asılıdırlar və Vaşinqtonda hesab edirlər ki, Varşava ilə Kiyevi yola gətirməyi bacaracaqlar. Ağ Ev üçün əsas problem daxildədir, Respublika Partiyasının üzvləri Baydenin qərarını tənqid edir və bununla Ağ Ev sahibinə qarşı ilk dəfə böyük cəbhə açmaq imkanı qazanıblar. Məsələ burasındadır ki, respublikaçı prezident Donald Tramp Rusiya ilə münasibətləri nizamlamağa qərar verəndə demokratlar, o cümlədən Co Bayden onu sərt tənqid edirdilər. 

Ancaq Bayden prezident olduqdan sonra faktiki Moskvanın istəyini yerinə yetirdi – boru xəttinə qarşı sanksiya qərarını ləğv etdi. Təsadüfi deyil ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Dövlət Departamentinin qərarını “müsbət siqnal” kimi dəyərləndirib. Elə bil müsahibəsində Rusiya prezidentini qatil adlandıran Bayden deyildi.

Baydenin boru xəttinə qarşı sanksiyadan imtina etməsinin başqa səbəbi də var. ABŞ prezidenti Avropa turnesinə hazırlaşır. Ağ Ev sahibi boru xəttinə qarşı sanksiya qərarından imtina etməklə Almaniyaya səfərinin uğurlu nəticələnəcəyinə ümid edir. Tramp Avropaya yuxarıdan aşağı baxırdı, Bayden isə göstərmək istəyir ki, Avropa ilə ittifaqa sadiqdir.

Buna baxmayaraq, Bayden respublikaçılarla mübarizəyə hazır olmalıdır. Baydeni satqınlıqda ittiham etməkdən tutmuş Mərkəzi və Şərqi Avropadakı müttəfiqlərinin maraqlarını qurban verməsinə qədər addımlarda ittiham edə bilərlər. Elə Donald Trampın özü də Baydeni sancmağı unutmayacaq.

Beləliklə, Putin nisbi qələbəsini qeyd edə bilər. Doğrudur, Vaşinqqtonun Rusiyaya qarşı digər ünvanlı sanksiyaları qüvvədə qalır, hələ yeniləri də əlavə oluna bilər. Ancaq Putin üçün əsas məsələ “Şimal axını – 2” layihəsini bitirmək idi ki, bu boru xəttin ilin sonuna qədər işə düşəcək.

Baydenin qərarı və “Şimal axını – 2” layihəsinin işə düşməsinin Azərbaycana hər hansı təsiri ola bilərmi? Məsələ burasındadır ki, Azərbaycan da bu ildən başlayaraq qazını Avropaya nəql edir. TAP boru xətti “Şimal axını – 2” boru xəttinə rəqib deyil, qaz fərqli bazarlara nəql olunur. Bəlkə də “Şimal axını – 2” boru xəttinin işə düşməsi Avropa ölkələrinin və Amerikanın TAP-a marağını artıra bilər. Çünki, həm Avropa İttifaqı ölkələri, həm də ABŞ köhnə qitənin tamamən Rusiya qazından asılı olmasını istəmirlər. Bu isə Azərbaycan qazına marağı artıracaq.

“Atlas” Araşdırmalar Mərkəzi

23 noyabr

11:22 - "Putin vacib güzəşt edib": Sülh yaxınlaşırmı? - "The Washington Post"

18 noyabr

16:49 - Özəlləşdirilməsi təklif olunan dövlət müəssisələri açıqlandı16:46 - Paşinyan yeni Konstitusiya layihəsini paylaşdı

01 noyabr

18:31 - Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli "Məhsul bayramı" keçirilib - FOTOLAR18:28 - Azərbaycanla sərhəddə raketlər yerləşdirildi18:26 - İran Zəngəzur dəhlizi ilə bağlı iki tələb irəli sürdü18:24 - Rusiya Türk Dövlətləri Təşkilatına qoşulmağı məqsədəuyğun sayır

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR