London-Bakı-Pekin: Böyük sərvət yolu - Hansı ölkələr müqavimət göstərir?

23 may, 2021 11:32

Ermənistanı dəstəkləyən ABŞ, Fransa, İran və Avropa Birliyi yeni beynəlxalq layihəni iflasa uğratmağa çalışırlar. 

Cənubi Qafqaz regionunda önəmli proseslər cərəyan edir. Bu region tədricən bütün dünya üçün ən strateji bölgələrdən birinə çevrilməyə başlayıb. Və ona görə də, hazırda baş verən hadisələrin bu regionun gələcək taleyində həlledici xarakter daşıya biləcəyi qətiyyən istisna deyil.

Məsələ ondadır ki, Cənubi Qafqaz ətrafında cərəyan edən qlobal proseslər yaxın gələcəkdə ümumiyyətlə, yeni dünya düzəninin formalaşmasında xüsusi rol oynaya bilər. Hər halda, hazırda bu region üzərində kifayət qədər çoxşaxəli maraqların mövcud olduğu nəzərə çarpır. Bu baxımdan, indi Cənubi Qafqaz uğrunda mübarizənin əvvəlki dövrlərdən daha fərqli məzmun daşıdığı qətiyyən şübhə doğurmur.

Bütün bunları nəzərə aldıqda, Ermənistanın son avantürist davranışları və siyasi təxribatları olduqca mənasız görünür. Rəsmi İrəvan istəsə belə, yeni dünya düzəninin qurulması prosesinin tərkib hissəsi olan ssenarilərə əngəl ola bilməz. Buna göstərilən inadkar cəhdlər isə Ermənistanı regionun xəritəsindən silə bilər.

Azərbaycan Prezidenti İlham Əliyev Zəngəzur dəhlizi layihəsinin reallaşdırılacağını artıq bir neçə dəfə qətiyyətlə vurğulayıb. Dövlət başçısı əmindir ki, rəsmi İrəvan buna əngəl olmaq imkanından çox-çox uzaqdır. Və rəsmi Bakı bu hədəfinə çatmaq üçün bütün addımları atmağa hazır olduğunu da qətiyyən gizlətmir.

Digər tərəfdən, Zəngəzur dəhlizinin bəzi önəmli dünya güclərinin də əsas prioritetləri sırasına daxil olduğu artıq qətiyyən şübhə doğurmur. Yəni Cənubi Qafqaz mövzusuna bir də beynəlxalq güclər arasındakı hesablaşma kontekstində baxılmasına ehtiyac olmamış deyil. Bu halda, dünyada gərginləşmələrin bəzi səbəblərinə təmas etmək də nisbətən asanlaşmış olur.

Əvvəlcə onu qeyd edək ki, ABŞ başda olmaqla, bəzi nəhəng dünya dövlətlərinin Böyük Britaniya ilə əsas ziddiyyətlərinin arxasında Cənubi Qafqaz mövzusunun yatdığını ehtimal etmək olar. Artıq heç kəsə sirr deyil ki, Böyük Britaniya və Çinin dünyanın mövcud düzənini ciddi şəkildə sarsıda, hətta dağıda biləcək ortaq layihəsi mövcuddur. İllər öncə planlaşdırılmış və artıq reallaşdırılma mərhələsində olan bu layihə bəzi ənənəvi müttəfiqləri amansız rəqibə, keçmiş rəqibləri isə müttəfiqə çevirib.

Bu layihənin reallaşdırılması qarşısında əsas əngəl Cənubi Qafqazda münaqişə ocağının mövcudluğu idi. Ermənistana qarşı 44 günlük savaşda tarixi zəfər qazanan Azərbaycan bu əngəli də artıq aradan qaldırıb. İndi Böyük Britaniya-Çin layihəsinin önü ciddi şəkildə açılıb.

Bu layihənin hansı ölkələrə sərfəli, hansı dövlətlərə ciddi problemlər yaratdığı verilən reaksiyalardan da aydın olur. Belə ki, ABŞ Böyük Britaniyadan Çinlə ortaq layihədən imtina olunmasını tələb etsə də, rəsmi London buna əhəmiyyət vermir.

Ağ Evdə isə anlayırlar ki, Böyük Britaniyadan başlayaraq, Cənubi Qafqaz üzərindən Çinə qədər uzanacaq yeni iqtisadi-ticari marşrut dünyada bir çox şeyləri dəyişəcək. İlk növbədə ABŞ-ın əsas beynəlxalq rəqibi olan Çin ciddi şəkildə güclənərək, yeni superdövlətə çevrilə bilər. Eyni zamanda, dünyanın maliyyə-iqtisadi və siyasi-hüquqi mərkəzinin Qərbdən Şərqə doğru dəyişmə ehtimalı da var.

Ona görə də, Ağ Ev bu layihədə iştirak edə biləcək ölkələri fərqli istiqamətlərə yönəltməyə də cəhd göstərir. Məsələn, son vaxtlara qədər ABŞ Rusiyanı Almaniya, o cümlədən, Avropa ilə birləşdirəcək "Şimal axını-2" layihəsini əngəlləməyə çalışırdı. Ancaq indi bu mövqeyə müəyyən düzəlişlər edilib.

Artıq Ağ Ev ağır təzyiqlər göstərdiyi Almaniya da daxil olmaqla, "Şimal axını-2" layihəsində iştirak edən heç bir ölkəyə sanksiyalar tətbiq etməyəcək. Əsas səbəb isə odur ki, Rusiya son vaxtlar öz iqtisadi-ticari maraqlarını Böyük Britaniya-Çin layihəsi üzərindən reallaşdırmaq niyyətini gizlətmir.

Kreml indi Ermənistanı əvvəlki kimi, xüsusi canfəşanlıqla müdafiə etmir. Əksinə, Rusiya rəsmi İrəvana Zəngəzur dəhlizinin reallaşmasına imkan verən addımların atılması üçün təzyiqlər belə, göstərir.

Təbii ki, bütün bunlar Ağ Evi və onun bəzi önəmli müttəfiqlərini narahat etməyə bilməz. Məsələn, hazırda ABŞ, Fransa və Avropa Birliyi Cənubi Qafqazda hərbi münaqişə vəziyyətinin yenidən bərpa edilməsi məqsədilə Ermənistana dəstək verirlər. Son vaxtlar ABŞ, Fransa, o cümlədən də, Avropa Birliyinə aid qurumlardan Azərbaycana yönəlik təzyiqlərin artması da məhz bununla bağlıdır.

Əsas səbəb odur ki, hazırda Ermənistanı dəstəkləyən dövlətlər və bəzi beynəlxalq qurumlar Böyük Britaniya-Çin layihəsinin Cənubi Qafqaz regionu üzərindən reallaşacağı təqdirdə, hətta mövcudluq problemləri ilə üzləşə biləcəklərini anlayırlar. ABŞ və Qərbin qarşısında bu layihədə ortaq iştirak edən Böyük Britaniya, Türkiyə, Azərbaycan, Rusiya və Çinin timsalında yeni qlobal güc mərkəzinin yaranma ehtimalı da var. Ona görə də, bütün mümkün vasitələrlə müqavimət göstərməyə çalışırlar.

Ancaq bəzi önəmli məqamları nəzərə aldıqda, bu layihənin reallığa çevrilməsinin əngəllənə biləcəyi artıq o qədər də inandırıcı görünmür. Çünki müqavimət göstərib, nəsə bir nəticə əldə etmək üçün uyğun zaman əldən buraxılıb. İndi bu iqtisadi-ticari marşrutun yaradılması yalnız onun ideya müəlliflərinin deyil, üstəlik, eyni coğrafi xətdə yerləşən ölkələrin də maraqlarına cavab verir. Hətta bu yeni dünya düzəninə indidən hazırlaşmağa başladıqlarını da qətiyyən gizlətmirlər.

Əslində, bu, o qədər də təəccüblü deyil. Çünki yeni iqtisadi-ticari marşrut müəyyən mənada, Böyük Britaniyadan Çinə doğru uzanacaq "böyük sərvət yolu" kimi də xarakterizə olunur. Bu "böyük sərvət yolu" ilə addımlayaraq, faydalanmaq şansı qazanmaq üçün onun reallaşmasına dəstək vermək əsas şərtlərdən biri sayılır.

Təbii ki, əleyhdarları da kifayət qədərdir. ABŞ, Fransa, İran və Avropa Birliyi "böyük sərvət yolu"nun açılmasına müqavimət göstərməyə çalışırlar. Əgər, bu müqavimət nəticəsiz qalarsa, yəni Cənubi Qafqazda dağıdıcı savaşa nail ola bilməzlərsə, özlərini layihədən kənarda buraxmış olacaqlar. Dünyanın əsas iqtisadi-ticari prosesləri məhz "böyük sərvət yolu" üzərində cəmləşəcəyindən bu layihədən kənarda qalanlar ümumiyyətlə, "bata" bilərlər.

Musavat.com

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"12:07 - ABŞ-də səssiz çevriliş olub

06 aprel

12:38 - Tehran bütün ölkələrə müraciət etdi12:34 - "Bu təhlükəli və psixi problemli adam..." - Məşhur senator Trampa qarşı12:31 - Prezidentin rəsmi qarşılanma mərasimi oldu - FOTOLAR

01 aprel

12:18 - ran raketləri türk siyasətçinin adı ilə bəzədildi12:15 - BƏƏ Hörmüzə görə İranla müharibəyə hazırlaşır - "The Wall Street Journal"12:12 - "Onlar Hörmüzdən keçə bilməz" - Pezeşkian12:10 - Bu qurumların istintaq orqanları birləşir - Nə yenilik olacaq?

24 mart

15:53 - "Bəzi ölkələrdə iqtisadi çöküş qaçılmaz olacaq" - Hörmüz boğazı bağlı qalarsa...15:51 - "Euronews" Qlobal Bakı Forumu ilə bağlı reportaj yayımladı15:49 - Pezeşkianın fərmanı ilə yeni təyinat - Laricaninin yerinə o gətirildi

21 mart

20:22 - Ya Donbasdan geri çəkil, ya da yardım kəsiləcək!20:19 - İran müharibənin bitməsi üçün şərtlərini açıqladı

18 mart

13:09 - Vaşinqtonda istefalar başladı: Antiterror Mərkəzinin direktorundan Trampa ittihamlar - "İsraillilərin bizi minlərlə amerikalının həyatına başa gələn fəlakətli..."13:02 - DTX-nın ifşa etdiyi şəxsin arxasında xaricdəki qüvvələr dayanır - Komitə sədri12:59 - "İran atəşkəsə razı deyil, amma..." - Əraqçi sülh şərtlərini açıqladı

05 mart

19:31 - İlham Əliyev İrandan tələb edir - "İran Azərbaycana izahat verməlidir, üzr istəməlidir"19:25 - Yaxın Şərqdəki müharibəni kim dayandıra bilər? 19:23 - PUA-ların sayı 4 imiş: "İran dərs vaxtı məktəbi hədəf alıb" - Müdafiə Nazirliyi19:22 - "Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib" - İlham Əliyev

16 fevral

12:33 - Postsovet ölkəsinə xəbərdarlıq olundu - Ukraynanın aqibəti ilə üzləşəcəksiniz12:29 - "Müharibə olsa, İrana köməyə hazırıq..." - Taliban sözçüsü12:27 - "Müharibə bu il bitməyəcək" - Amerikalı general ABŞ-ı ittiham etdi

11 fevral

11:30 - "Rusiya ilə bizi qarşıdurmaya sürükləyə bilməzlər" - Paşinyan11:27 - "Bakı və İrəvan arasında sülh anlaşması pozularsa..." - Pol Qobl11:22 - "Azərbaycan Ermənistan mallarının öz dəmir yolu ilə ixracı imkanını təsdiqləyib" - Paşinyan

09 fevral

15:13 - Peskov Ankoriç ruhunun sirrini açdı - Ukrayna müharibəsində böyük sıçrayışın 28 gizli bəndi