"Ermənistan Dağlıq Qarabağın Azərbaycanın bir hissəsi olduğu ifadəsinə səs vermişdi" - Paşinyan

31 may, 2021 12:24

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Vanadzor sakinləri ilə görüş zamanı Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesində erməni tərəfinin güzəştlərindən danışıb.

Azsiyasət.com xəbər verir ki, bu barədə “Armenpress” məlumat yayıb.

Paşinyanın sözlərinə görə, 1999-cu ildə Mehri mübadilə variantı gündəmə gətirilib. Amma bu versiya Azərbaycan tərəfindən rədd edilib.

"Azərbaycan tərəfi çox mühüm əhəmiyyət kəsb edən bir şey əldə etmişdi: danışıqların məzmununda qeyd edilmişdi ki, Şuşa rayonu Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisində ayrıca bir hadisədir. Göstərilmişdi ki, Şuşa Dağlıq Qarabağdan ayrı-xüsusi bir rayondur və Laçın rayonu ilə bir sıraya qoyulmuşdu. Laçın rayonu isə 1999 - cu və sonrakı illərdə xarici işlər naziri Vardan Oskanyanın işğal olunmuş ərazi adlandırdığı sırada qərarlaşmışdı",-deyə Ermənistanın baş naziri səlahiyyətlərinin icraçısı bildirib.

Paşinyanın sözlərinə görə, növbəti güzəşt 30 noyabr 1999 - cu ildə baş verib-ATƏT-in Zirvə Toplantısında qəbul edilmiş Avropa Təhlükəsizliyi Xartiyası Dağlıq Qarabağ münaqişəsinin, əslində, yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna biləcəyini açıq şəkildə ifadə edib.

"Bu, belə bir ifadəni tətbiq etmək üçün ilk cəhd deyildi. 1996-cı ildə ATƏT-in Lissabon zirvə görüşündə belə məzmun təqdim etməyə cəhd göstərilmişdi, lakin o zaman Ermənistan ona veto qoydu. ATƏT-də qərarlar konsensusla qəbul olunur. 30 noyabr 1999-cu ildə, oktyabrın 27-dən sonra isə Ermənistan bu ifadəyə səs verdi",-deyə N.Paşinyan qeyd edib.

Paşinyanın sözlərinə görə, faktiki olaraq, çox qısa zaman kəsiyində - 1998-1999 - cu illərdə Azərbaycan danışıqlar məntiqini daha da inkişaf etdirmək üçün lazım olan danışıq məzmununu aldı.

Paşinyan hesab edir ki, növbəti vacib məqam Madrid prinsiplərinin daxil edilməsi olub: Ermənistan tərəfi bu prinsiplərin formalaşdırılmasında iştirakını inkar etməyib. "Lakin ən əsas fakt 2007-ci ildən sonra baş verib: Madrid prinsipləri danışıqların əsasını təşkil edib, qeyd olunub ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə bir nömrəli prosesin məqsədi yeddi rayonun qaytarılmasıdır. Madrid prinsiplərində "Qarabağın aralıq statusu" terminindən istifadə olundu və 2016-cı ilə qədər danışıqlar prosesində bu terminologiya mövcud idi. 2016-cı ilin yanvarında isə vasitəçilər Yerevana Ermənistanın Qarabağın müvəqqəti statusunun məntiqindən imtina etməli olduğu mövqeni təqdim ediblər. Ermənistan tərəfi imtina etdi və 2016 - cı ilin aprel müharibəsi baş verdi, bundan sonra ilk dəfə olaraq 2016-cı ilin yayında həmsədrlər Dağlıq Qarabağın müvəqqəti statusunun qeyd edilmədiyi danışıqlar sənədini təqdim etdilər", - deyə Paşinyan vurğulayıb.

Onun sözlərinə görə, Kəlbəcər və Laçının geri qaytarılması müəyyən mənada Qarabağın statusunun dəqiqləşdirilməsi ilə bağlı olub. 2018-ci ilin yanvar ayından etibarən qeyd olunub ki, Kəlbəcər və Laçın Ermənistan tərəfindən Dağlıq Qarabağın statusu dəqiqləşdirilənədək, yəni məhz 2018-ci ildə qaytarılmalıdır. Bundan sonra Azərbaycan 2016-cı ildəki mövqeyinə qayıdıb və Dağlıq Qarabağın müvəqqəti statusunun məntiqi ilə bağlı danışıqlar aparmaqdan imtina etdiyini bildirib.

"Bütün problem ondan ibarətdir ki, 2018-ci ilin may ayından etibarən artıq imtina etməyin mümkün olduğu hər şeydən imtina edilib. Faktiki olaraq, biz danışıqlar prosesini güzəşt etmək mümkün olan hər şeyin artıq güzəşt edildiyi mərhələdə miras almışdıq. Mən məsuliyyətlə bəyan edirəm ki, əgər 2018 - ci ildə mövcud olan paket imzalansaydı, bu, o demək olacaqdı ki, Ermənistan Qarabağın sülh yolu ilə Azərbaycanın tərkibində saxlanmasına razılaşır", - deyə o vurğulayıb.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR