Qars müqaviləsinin yüz ilində Şuşa Bəyannaməsi - Ekspertlər tarixi sənədi şərh edir

17 iyun, 2021 10:43

Azərbaycanla Türkiyə arasında iyunun 15-də Şuşada imzalanan bəyannamə bütün dünyada əks-səda doğurdu. Düşmənlər təlaş keçirir, dostlar sevinir.

İmzalanan sənəd bütün sahələri əhatə edir.

Eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Şuşada verdikləri hər bir açıqlama geniş müzakirələr doğurur.

Məsələn, Ərdoğan deyib ki, “sənəddə tarımdan siyasətə qədər hər şey əks olunub”.

Dövlət başçımız İlham Əliyevin işlətdiyi bir cümlə isə yüz il üzərindən keçən Qars müqaviləsini aktuallaşdırıb. Cənab Prezident deyib ki, bu, yəni Şuşa Bəyannaməsi Qars müqaviləsinə istinad edilən müqavilədir.

Azərbaycan Prezidentinin işlətdiyi bu cümlə də diqqətləri çəkib: “Türkiyə kimi müttəfiqi olan Azərbaycan İkinci Qarabağ savaşında bundan ruhlanaraq tarixi missiyanı yerinə yetirdi, ədaləti bərpa etdi, ərazi bütövlüyünü bərpa etdi”.

Sənədin bir cümləlik tərifi budur: Türkiyə və Azərbaycan üçüncü ölkədən təhlükə olarsa, bir-birini qoruyacaq.

Əslində bu düsturu İlham Əliyev ötən ilin oktyabrında, yəni Vətən müharibəsinin getdiyi günlərdə xalqa müraciətində açıq ifadə etmişdi. Demişdi ki, Türkiyənin F16-ları ona görə Azərbaycandadır ki, üçüncü ölkədən müdaxilə olarsa, o təyyarələr havaya qalxacaq.

Şuşa Bəyannaməsi ilə gündəmə gələn Qars müqaviləsinin tarixi barədə qısa məlumat verək.

Ermənilərin, Naxçıvanı Azərbaycandan qoparmaq niyyətində olanların “burunlarının ovulduğu” müqavilə 1921-ci il oktyabrın 13-də Azərbaycan, Ermənistan və Gürcüstan sovet sosialist respublikaları ilə Türkiyə arasında imzalanıb. Naxçıvanın muxtariyyət statusuna təminat verən çox mühüm hüquqi, siyasi və beynəlxalq sənəddir. Qars müqaviləsi 1922-ci ilin mart-iyun aylarında müqaviləni imzalayan ölkələrin qanunvericilik orqanlarında təsdiq edilib və həmin il sentyabrın 11-də qüvvəyə minib. 20 maddə və 3 əlavədən ibarət olmaqla müddətsiz imzalanan müqavilənin 5-ci maddəsi bilavasitə Naxçıvanın statusu ilə bağlıdır. Həmin maddəyə əsasən tərəflər Naxçıvanın muxtar respublika kimi Azərbaycanın tərkibində qalması məsələsində razılığa gəliblər. Naxçıvan olan bölmədə göstərilir ki, Naxçıvan vilayətinə Azərbaycanın himayəsi altında muxtar status verilir və bu şərtlə ki, Azərbaycan onu üçüncü dövlətə güzəştə getməyəcək.

Asim Mollazadə: “Bu sənədin təməlində məhz sülh istəyi, sabitlik, sosial problemlərin həlli durur”

Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə bəyannaməni bu cür şərh etdi: “Şuşada imzalanan sənəd Qars müqaviləsinin məntiqi davamıdır. Bu sənəd qarşılıqlı olaraq Azərbaycan-Türkiyə milli təhlükəsizliyini, ərazi bütövlüyünü, müstəqilliyini dəstəkləyən bir sənəddir. Bununla yanaşı, Şuşa Bəyannaməsi bilavasitə BMT-nin nizamnaməsinə uyğun, müasir dövrün, gələcəyin münasibətlərini formalaşdıran bir sənəddir. Söhbət ilk növbədə inkişafdan, tərəfdaşlıqdan, qarşılıqlı maraqlar əsasında əməkdaşlıqdan gedir. Bu sənədin təməlində məhz sülh istəyi, sabitlik, sosial problemlərin həlli durur. Bu bəyannamə Azərbaycan-Türkiyə münasibətlərini daha da möhkəmləndirməklə yanaşı, eyni zamanda dünyada ”Yol xəritəsi"ni müəyyənləşdirən bir sənəddir".

“Şuşa Bəyannaməsi çox mühüm məsələləri özündə ehtiva edir. Bəyannamə hərbi, siyasi, mədəni, iqtisadi baxımdan iki qardaş ölkənin bir-birinin yanında olması deməkdir”.

Bu fikirləri deputat, politoloq Arzu Nağıyev deyib.

Arzu Nağıyev: “Hər iki dövlətin ərazi bütövlüyünün və suverenliyinin qorunması deməkdir”

Deputatın sözlərinə görə, eyni zamanda sənədin ən mühüm müddəalarından biri də tam şəkildə təhlükəsizliklə bağlı olan bənddir: “Tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə iki dövlətin birgə fəaliyyəti nəzərdə tutulur. Bütün bunlarla yanaşı, Zəngəzur dəhlizi vasitəsilə Türk dünyasının birləşməsi, həmçinin dəhliz vasitəsilə Naxçıvandan birbaşa Türkiyəyə və Avropaya çıxışın əldə olunması böyük nailiyyətdir”.

A.Nağıyev vurğulayıb ki, Şuşa Bəyannaməsi Cənubi Qafqazda və həmçinin regionda sülhün təminatı deməkdir: “Bəyannamənin bütün müddəaları düşünülmüş, hər bəndi ayrılıqda şərh olunması gərəkən çox önəmli sənəddir. Məsələnin digər bir tərəfi də ondan ibarətdir ki, ermənilər Türkiyə Prezidenti cənab Ərdoğanın Şuşaya səfərini Türkiyənin Turançılıq ideyasını yayılması istiqamətində atdığı addım kimi qələmə verməyə çalışırlar. Qərb dairələrinin də bu ideyalarla bağlı olan fikirləri məlumdur. Əslində isə Ermənistan tərəfinin gözlə görünən provokasiyalarıdır.

Şuşa Bəyannaməsi hər iki dövlətin ərazi bütövlüyünün və suverenliyinin qorunması deməkdir".

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, deputat Hikmət Babaoğlu mühüm tarixi hadisələrin yaşandığını bildirib: “Azərbaycan və Türkiyə arasında imzalanan müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi əslində bir millət-iki dövlət fəlsəfəsinin hüquqi müstəviyə köçürülməsi hadisəsi idi. Bu isə mühüm tarixi hadisədir. Çünki iki dövlət arasında strateji müttəfiqlik münasibətlərinə təhlükəsizlik və işbirliyi kontekstində yeni keyfiyyət qazandırır. Beləliklə, bir dövlətin təhlükəsizliyinin, ərazi bütövlüyünün təhdid edilməsi digəri üçün də təhdid kimi qəbul edilir və lazımi tədbirlərin həyata keçirilməsi öhdəçiliyini yaradır. Azərbaycan Prezidenti İlham Əliyevin Şuşa Bəyannaməsi imzalanarkən tarixi Qars müqaviləsinə istinad etməsi də bununla əlaqədar idi. Çünki Qars müqaviləsinə əsasən onun təhlükəsizliyinin təminatçısı həm də Türkiyə Cümhuriyyəti hesab edilir.

Hikmət Babaoğlu: “Sənəd həm də regional əməkdaşlığı və qarşılıqlı inteqrasiyanı təşviq edir”

İkinci mühüm bir məsələ odur ki, Şuşa Bəyannaməsinin təhlükəsizliklə bağlı olan hissəsi BMT Nizamnaməsinə istinad edilərək hazırlanıb və bu müqavilənin hüquqi əsasları beynəlxalq hüquqa söykənir və beynəlxalq hüquq tərəfindən dəstəklənir. Yəni Azərbaycanla Türkiyə strateji müttəfiqlik münasibətlərini daha da dərinləşdirərkən bunu üçüncü tərəfə qarşı deyil, sadəcə, öz təhlükəsizliyi baxımından zəruri hesab edərək qərarlaşdırır. Daha bir mühüm məsələ ondan ibarətdir ki, iki qardaş ölkə müqavilədən irəli gələn öhdəçiliyi və öz təhlükəsizliklərini təmin etmək üçün hərbi institusional qurumların mövcud olması reallığından və zərurətindən çıxış edərək bu istiqamətdə də müştərək addımlar atmaqla bağlı qərar qəbul edirlər. Yəni Şuşa Bəyannaməsində Silahlı Qüvvələrimizin yeni çağırışlara uyğun olaraq yenidən formalaşdırılması, modernləşdirilməsi, müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyinin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, iki qardaş ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunması istiqamətində sıx əməkdaşlığı da nəzərdə tutulur. Eyni zamanda bu məqsədlə səlahiyyətli struktur və qurumların qarşılıqlı əlaqəli fəaliyyətinin təmin edilməsi də vurğulanır. Bu isə əslində müdafiə güclərimizə birgə sinxron hərəkət qabiliyyəti tanıyır. Biz bilirik ki, Vətən müharibəsindən sonra Azərbaycan Prezidenti Milli Ordumuz haqqında danışarkən Azərbaycanda Türkiyə Ordusunun kiçik modelini yaratmaq barədə öz fikirlərini səsləndirmişdi. Türkiyə Ordusu isə dünyanın ən döyüş qabiliyyətli və modern ordularından biridir. İmzalanan Şuşa Bəyannaməsi həm də bu istiqamətdə real addımların atılmasını təmin edəcək. Başqa mühüm tərəfli regional inteqrasiya ilə bağlıdır. Bu, Cənubi Zəngəzur dəhlizinin açılması ilə əlaqədar olaraq müvafiq tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Bütün bunlarla yanaşı, media, diaspora, xarici siyasətdə birgə hərəkətetmə, təhsil, iqtisadiyyat müasir texnologiyalar, birgə investisiya planları və s. sahələrdə də əməkdaşlığın daha da dərinləşdirilməsi nəzərdə tutulur ki, bu da iki qardaş ölkə arasında tərəfdaşlığın inkişafı üçün yeni üfüqlərə açmaqla həm də regional əməkdaşlığı və qarşılıqlı inteqrasiyanı təşviq edir”.

07 yanvar

16:40 - Erməni təcavüzü nəticəsində nə qədər vətəndaşımız itkin düşüb? - Dövlət Komissiyası16:34 - Ucuz məhsul keyfiyyətsizdirmi? - Ekspertlərdən açıqlama16:32 - "Cənab səfir, bizə cavab verin!"

05 yanvar

13:18 - ABŞ Venesuelada nə qədər insanı qətlə yetirib? 13:16 - Bu, ABŞ-Azərbaycan əməkdaşlığının əsas sütunlarındandır12:55 - Maduronun həbsi neft qiymətlərinə necə təsir edəcək?

02 yanvar

13:44 - "Təkcə Ermənistan hökuməti ilə deyil, həm də xalqı ilə sülh bağlayırıq" - Prezidentin köməkçisi13:41 - Qazaxıstan Rusiyadan yan keçən marşrutla bağlı sənəd imzalamaq istəyir - Layihəyə Azərbaycan da daxildir13:39 - "Ukrayna üzərində Çin dronları uçur, çünki..." - Dmitri Jmaylo

29 dekabr

14:21 - Zelenski Trampdan 50 illik zəmanət istəyir14:18 - Prezident ailəsi ilə "Ağ Şəhər"də olub - FOTOLAR14:15 - Zalujnı Kiyevə qayıdır...

22 dekabr

09:40 - Bahalaşma dalğası davam edir - 2026-cı il risk altında09:36 - Paşinyan İlham Əliyevə təşəkkür etdi - "Bu, ən mühüm nailiyyətlərdən biridir"09:32 - ABŞ 30 ölkədəki səfirlərini geri çağırır - SƏBƏBLƏR

19 dekabr

09:54 - Avropa İttifaqı Ukraynaya 90 milyard avro ayırdı 09:52 - Neft məhsullarının Ermənistana daşıyan qatar Qazaxdan yola salındı09:49 - Neft yenə 60 dollardan aşağı düşdü

16 dekabr

14:17 - Rusiya Zəngəzur dəhlizinə nəzarət etmək istəyir - AÇIQLAMA14:14 - Abbas Abbasov axtarışa verildi - "Mehdiyev işi"14:12 - Müharibə əlilləri və şəhid ailələri - Bu rüsumdan azad edilir

15 dekabr

16:19 - THY-nin Bakı nümayəndəliyi işçiləri gecə məcburi işə çıxarıb, ödəniş etməyib16:16 - Ukrayna-ABŞ danışıqlarının ikinci raundu başladı16:12 - İrəvan Brüsselə üz tutdu - Parlament seçkiləri ərəfəsində "xarici müdaxilə" həyəcanı16:11 - Azərbaycanda idxal-ixrac və tranzit də rəqəmsallaşır 16:04 - Prezidentdən amnistiya təşəbbüsü - 20 mindən çox şəxsə şamil olunacaq

12 dekabr

19:55 - "Veysəloğlu" Şirkətlər Qrupu Fəxri Xiyabanda Ümummilli Liderin məzarını zyarət edib - FOTOLAR

09 dekabr

18:52 - AZAL təyyarəsinə dair yeni açıqlama - Faciənin ildönümü 18:45 - "Ukraynada prezident seçkilərinin vaxtı çatıb" - Tramp18:40 - Veysəloğlu Şirkətlər Qrupu "Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi" kitabının təqdimatında iştirak edib - FOTOLAR