Ermənistana xilas yolu təklifi: Sərhədlərin açılması, tranzit xətlərə çıxış...

19 iyun, 2021 10:58

Türkiyə ilə Ermənistan arasında sərhədlər açıla bilər.  Qardaş ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğan belə bir mesaj səsləndirib. Milli Məclisin iyunun 17-də keçirilən iclasında çıxış edən Ərdoğan bildirib ki, hazırda gedən proses Ermənistan üçün yeni bir dönəmin başlanğıcıdır.

Bu sözləri deyərkən Ərdoğan həm Zəngəzur dəhlizi vasitəsilə Ermənistan vətəndaşlarının Rusiyaya birbaşa dəmiryolu ilə gedə bilməsini, həm də Türkiyə ilə sərhədlərin açılmasından əldə edəcəkləri qazancı nəzərdə tutub. Türkiyə lideri deyib ki, hər şeydən əvvəl Qarabağa sükut hakim olub: “İnşallah bir sonrakı gəlişimizdə bu torpaqların insanlarının öz evlərinə yerləşməsinin sevincini yaşayacağıq. Bir an öncə evlərinizi tikilir, tikiləcək. Sizin bu evlərə yerləşməyinizi gözləyirik. Hazırda yollar sürətlə tikilir, elektrik stansiyaları açılır, bir tərəfdən nəqliyyat infrastrukturu qurulur”.

Qardaş ölkə prezidenti onu da qeyd edib ki, Zəngəzur dəhlizinin bölgəyə gətirəcəyi faydaların sözlə ifadəsi mümkün deyil: “Bütün bunlar Azərbaycanla birlikdə Ermənistan üçün də yeni bir dönəmin başlanğıcıdır. Zəngəzur dəhlizi ilə çəkiləcək dəmiryolu ilə ermənilər də hərəkət edə, Moskvaya gedə biləcək, bununla özlərini saldıqları blokadadan qurtulacaqlar. Türkiyə ilə sərhədlərin açılmasının Ermənistan üçün faydalarını saymaqla bitməz”.

Fikrət Yusifov: “Artıq Ermənistanda da sağlam düşünən beyinlər ortaya çıxır”

Qeyd edək ki, iqtisadçı ekspertlər də Ermənistan iqtisadiyyatının sıfır nöqtəsindən çıxması, inkişaf etməsi üçün bu əlaqələrin qurulmasını vacib şərt hesab ediblər.

İqtisadçı alim, sabiq maliyyə naziri Fikrət Yusifov mövzu ilə bağlı “Yeni Müsavata açıqlama verərək bildirdi ki, bütün bunlar Ermənistan üçün xilas deməkdir: ”Əgər onlar bu çağırışlara qulaq assalar, normal davransalar, bu gün düşdükləri böhrandan və sosial gərginliklərdən yaxa qurtara biləcəklər. İqtisadiyyat normal işləməsə, sosial problemlər də həllini tapa bilməz. Bu təklif xilas reseptidir. Qalır ermənilərin hansı ağıl və dərrakə ilə davranacağına. Doğrudan Ermənistan hazırda böyük bir depressiyanın və stressin içindədir. Həm müharibə, böyük itkilər, biabırçı məğlubiyyət, ordusunun sıradan çıxması, həm iqtisadi böhran, problemlərin bir-birini əvəzləməsi, erməni əhalinin kütləvi şəkildə ölkəni tərk etdiyi bir vəziyyətdə Ermənistan hökumətinin başında duranlar və ya bundan sonra duracaqlar Ərdoğanın verdiyi təyinatı qəbul etməlidir.

Azərbaycan prezidenti də dəfələrlə Ermənistana bu qəbildən olan çağırışlar edib. Əgər həqiqətən ermənilər bu xilas yolunu tutarlarsa, ağıllı şəkildə davranarlarsa, bu, Ermənistan üçün sərhədlərin açılması, iqtisadi aktivliyin yaranması, xarici investisiyanın artması deməkdir. Ancaq bu gün kimdir Ermənistana investisiya qoyan? Heç milyarder ermənilərin özü Ermənistana sərmayə qoymurlar. Heç bir ağıllı investor Ermənistana yatırım etməz. Bu çağırışlardan düzgün istifadə etsələr, xilas olacaqlar, əks halda bir neçə onillikdən sonra inanmıram  ki, Ermənistanda erməni qala. Çünki kütləvi şəkildə gedirlər və onları da başa düşmək çətin deyil".

İqtisadçı alim onu da vurğuladı ki, Zəngəzur dəhlizinin işləməsi Ermənistanın Azərbaycan vasitəsilə Türkiyə ilə iqtisadi əlaqələrinin artması deməkdir: “Ermənilərin bu əlaqələrdən istifadə etməsi onlara iqtisadi fayda gətirəcək. Zamanla istər-istəməz Azərbaycanla da iqtisadi əlaqələr qurulacaq. Hər zaman belə davam edə bilməz, nə vaxtsa barışığa gəlinəcək. Bu əlaqələrdən, beynəlxalq layihələrdən Ermənistan tərəfi də faydalanacaq.  Bu dəhlizin açılması Ermənistanı on illərdir davam edən blokadadan çıxması demək olacaq. Ərdoğanın da dediyi kimi, ermənilər qatara oturub birbaşa Moskvaya gedə biləcəklər. Artıq Ermənistanda da sağlam düşünən beyinlər ortaya çıxır, onlar başa düşürlər ki, buna getmək lazımdır.

Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın bəyanatları var idi ki, Köçəryan kimi faşistə, avantüristə deyirdi ki, nə ilə müharibə edəcəksiz? Ermənistan dünən olduğu kimi bu gün də, sabah da Rusiyanın boynunda ağır bir yükdür. Bu həm maliyyə yüküdür, həm mənəvi, həm də siyasi yükdür. Rusiya da artıq bezib Ermənistanı bir yük kimi idarə etməkdən, ona heç bir fayda gətirməyən, ucuz qazından, neftindən istifadə edən ölkəni artıq boynunda gəzdirmək istəmir. Üstəgəl, ermənilərin nankorluğu fonunda bu artıq Rusiyada qıcıq yaradır. Ermənistana Rusiya əleyhinə açıq-aşkar çıxış edən qruplar var. Rusiya da əlini çəkə bilər, bu mənada Ermənistanın başqa yolu yoxdur".

Rəşad Həsənov: “Paşinyan qalib gəlsə, ölkə iqtisadiyyatının regiona inteqrasiyasına gətirib çıxaracaq siyasət izləyə bilər”

İqtisadçı ekspert Rəşad Həsənov da vurğuladı ki, kommunikasiya və region iqtisadiyyatına inteqrasiya baxımından hazırda ən zəif mövqedə olan ölkələrdən biri Ermənistandır: “Növbəti dövrdə iqtisadi resessiyanın qarşısını almağın əsas yollarından biri də Ermənistanın regionun əhəmiyyətli iqtisadiyyatlarından olan Türkiyə iqtisadiyyatına inteqrasiyası çox vacibdir. Türkiyə regionun ən böyük və uzun müddət bazar iqtisadiyyatı şəraitində inkişaf etmiş ölkələrindən biridir. Kifayət qədər böyük investisiyanın Ermənistan iqtisadiyyatına cəlb edilməsi üçün potensial və imkanlar var. Ermənistan iqtisadiyyatın Türkiyənin bir vilayəti qədər olduğunu nəzərə alsaq, bu böyük bazardan istifadə imkanı daha genişdir. Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması, münasibətlərin normal qonşuluq əlaqələri çərçivəsində qurulması Azərbaycan üçün də əlverişli mühit formalaşdırır. Nəzərə almaq lazımdır ki, bu həm də qarşılıqlı məsələdir. Bu regional münasibətlərin qurulmasında Türkiyə və Azərbaycanın istəkləri təxminən üst-üstə düşür. Türkiyə ilə münasibətlər normallaşarsa, Ermənistan regionun transit imkanlarından daha geniş istifadə edə bilər. Zəngəzur dəhlizi üzərindən Naxçıvan vasitəsilə gələcəkdə inşa edilməsi nəzərdə tutulan Qars dəmir yolu ilə Türkiyə dəmiryolları şəbəkəsinə qoşulması və müəyyən qədər bu potensialdan istifadə etməsi imkanları var. Bundan başqa, Mehri-Culfa dəmiryolundan istifadə etməklə İran dəmiryolları şəbəkəsinə qoşulmaq imkanı əldə edəcək".

İqtisadçı hesab edir ki, gələcəkdə Ermənistanın konstruktiv mövqeyi 6-lıq platforması istiqamətində olacaq: “Yəni İran, Rusiya, Gürcüstan, Azərbaycan, Ermənistan, Türkiyə kimi ölkələri birləşdirən 6-lıq platforması çərçivəsində kifayət qədər böyük, şəbəkələşmiş, inteqrasiya olunmuş, tranzit gücü olan, turizm potensialından istifadə üçün əlverişli imkanları özündə birləşdirən bir iqtisadi coğrafiyanın yaradılmasına və formalaşmasına gətirib çıxara bilər. İndiki halda Azərbaycan çox böyük beynəlxalq enerji layihələri icra edib və bunlar Gürcüstan üzərindən həyata keçirilib. Bu layihələr Ermənistan üçün enerji təhlükəsizliyi baxımından da əlverişlidir. Bir neçə ay öncə Ermənistanda Rusiyadan idxal edilən qazla bağlı yaranmış problem alternativ yolla, Azərbaycan üzərindən qazın ötürülməsi ilə həll edildi. Bu kimi imkanlar Ermənistan üçün böyük bir təminatdır. Mənim qənaətim odur ki, seçkidə Paşinyan qalib gələrsə, o daha konstruktiv mövqe ortaya qoymaqla Ermənistan iqtisadiyyatının orta və uzunmüddətli dövrdə regiona inteqrasiyasına gətirib çıxaracaq bir siyasət izləyə bilər. Bunun üçün ilkin addımlar atıb, region ölkələri ilə Türkiyəyə, Azərbaycana Ermənistan siyasətində olan baxışın dəyişməsi ilə bağlı mövqe ortaya qoyub. Ermənistanın cəmiyyəti də, praqmatik siyasətçiləri də əslində region ən böyük iqtisadiyyatları olan Azərbaycan və Türkiyə ilə düşmənçilik edilməsinin indiki şərtlər daxilində formalaşmış yeni konyukturda Ermənistan üçün ciddi itkilərə gətirib çıxara biləcəyini anlayır. Uzunmüddətli inkişaf strategiyası müvafiq potensialdan istifadə etmədən, normal konstruktiv prinsiplərə əsaslanan ticari, siyasi münasibətlər formalaşdırmadan mümkün olmayacaq. Mənim mövqeyim pozitivdir və ümid edirəm ki, orta və uzunmüddətli dövrdə proseslər məhz bu cür inkişaf edəcək”.

18 aprel

14:08 - ABŞ Ukraynadan imtina edir?14:06 - Məktəblərin tikintisində podratçılara artıq pullar ödənilirmiş - PALATA14:03 - Əhali hər ay banklara nə qədər kredit borcu ödəyir? - Kəskin artım var

14 aprel

13:39 - "Tiflis ümid etməsin, mövqeyimiz dəyişməyəcək" - Qaluzin13:28 - ABŞ Çinlə "müharibə"də uduzur13:25 - Xaricdən benzin idxalı 4,7 dəfə artıb, qiyməti isə 4 qəpik aşağı düşüb

09 aprel

15:36 - Qafanda konsulluğun açılışı gələn aya qaldı15:34 - Vəliyevin Rusiyadakı şirkətlərindən biri qazanc, digəri zərər edib - Hesabat15:32 - "İran Prezidentinin bu ay ölkəmizə səfər edəcəyini gözləyirik" - İlham Əliyev

08 aprel

15:46 - İran-ABŞ danışıqlarını bu şəxslər aparacaq15:39 - Heydərovların "London macərası" başa çatdı - FAKTLAR15:35 - Gömrük Komitəsi dərman qaçaqmalçılarını himayə edir - Həbslər var

01 aprel

11:56 - Almaniya müharibəyə hazırlaşır11:54 - Azərbaycanda qızılın qiymətində kəskin bahalanma oldu11:51 - Almaniya Azərbaycandan üzr istədi...

28 mart

18:05 - Konqresmenlər Bakıya qarşı birləşdi...18:01 - Sənədsiz ev probleminin həlli niyə gecikir?17:59 - Türkiyə ictimaiyyətinin İmamoğlunun həbsinə və aksiyalara münasibəti necədir? - Sorğu

15 mart

15:47 - 43 ölkədən ABŞ-yə giriş məhdudlaşdırılır - SİYAHI15:45 - Almaniya gənclərini müharibəyə hazırlamaq üçün bütün gücünü sərf edir - "Financial Times"15:39 - Moskva Bakı və İrəvanın bu addımını alqışlayır...15:38 - Bahalaşmanı yaradan o dələduzlardır - Hökumətə çağırış15:34 - Sülh sazişinin imzalanması üçün məkan hara olacaq?

10 mart

14:20 - Fuad Nağıyevə sərt ittihamlar - "Tahir Əmiraslanovu Şuşadan qovdu"14:19 - Prezident bu dəyişikliyi təsdiqlədi...14:17 - Azərbaycan "İbrahim Sazişləri"nə qoşulur - "Forbes" 14:16 - USAID proqramlarının 83%-i ləğv edildi14:14 - 170 azərbaycanlı əsirin işgəncələrlə öldürüldüyü sübut edilib

06 mart

16:39 - Makronun "Qoşun göndərək" çağırışına Peskovun cavabı..16:35 - ABŞ-nin ukraynalı qaçqınlarla bağlı şok planı...