Əvvəlcə nazirlər danışdı, ardınca Əliyevlə Putin... - Niyə?

24 iyun, 2021 00:28

Günün başlanğıcında əvvəlcə Azərbaycan və Rusiya xarici işlər nazirləri telefonla danışdılar, bundan bir neçə saat sonra isə Azərbaycan prezidenti Rusiya prezidentinə zəng etdi. Bu zənglərin arxasında nə dayanır?

Yayılan xəbərlərdə tərəflərin ikitərəfli əlaqələr barədə fikir mübadiləsi aparıldığı bildirilsə də, danışıqlarda əsas mövzunun bu olmadığını söyləmək mümkündür.

Xarici işlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrov Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli razılaşmaların, xüsusilə Dağlıq Qarabağda humanitar problemlərin həllinə dair razılaşmaların həyata keçirilməsinə toxunublar. Telefon danışığında Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinlərinin ortaq sədrliyi ilə Üçtərəfli İşçi Qrupunun bölgənin münaqişədən sonrakı inkişafına verdiyi mühüm töhfə vurğulanıb.

Azərbaycan prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə sonrakı telefon söhbətində də bu məsələyə toxunub. Telefon söhbəti zamanı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli bəyanatlarının həyata keçirilməsinin praktiki aspektləri nəzərdən keçirilib. Cənubi Qafqazda iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının bərpası üzrə üçtərəfli formatda işin fəallaşdırılmasına xüsusi diqqət yetirilib.

Beləliklə, rəsmi Bakı Nikol Paşinyanın parlament seçkisində qələbəsini təmin etməsindən sonra prosesləri sürətləndirməyə qərar verib. Prezidentlərin telefon danışığında “bəyanatların həyata keçirilməsinin praktik aspektləri” ifadəsi də bundan xəbər verir. Bakı Moskvanın diqqətini üçtərəfli bəyanatların sürətlə icrasına yönətlmək istəyir. Söhbət Zəngəzur dəhlizinin işə düşməsindən gedir. Yəni Bakı istəyir ki, Moskva dəhlizin açılmasını yubatmadan İrəvana təsir etsin. Bu Moskvanın imkanı daxilindədir.

Dəhlizin açılması yubanarsa və telefon zənglərinin nəticəsi olmazsa, demək Kremlin planları dəyişib. Məsələn, bu telefon danışıqlarının fonunda Rusiya Xarici İşlər Nazirliyin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib ki, “müxtəlif tərəflərdən müxtəlif dövrlərdə qeyri-sabitləşdirici xarakterli bəyanatları müntəzəm olaraq eşidirik”. Mariya Zaxarova fikrini belə davam edib: “Bu cür bəyanatlar insanlarda sabah üçün qorxu yaradır və onların əldə olunmuş razılaşmaların reallaşması ilə bağlı inamlarına zərbə vurur. Təxribat xarakterli, saxta bəyanatlar... Bu dövrdə hansı bəyanatlar olmadı ki?”

Çox ciddi ittihamlardır. Rusiya təmsilçiləri keçmişdə olduğu kimi işğalçı ilə işğala məruz qalan arasında bərabərlik işarəsi qoyurlar. Mariya Zaxarova əldə olunan razılaşmadan danışırsa, həmin razılaşmada göstərilən dəhlizin açılmasının sürətlənməsi vacibliyindən də danışmalıydı. Danışmadı...

Elxan Şahinoğlu

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR