Bakının Yerevana israrlı sülh çağırışları: Paşinyan hələ susur

01 iyul, 2021 18:37

Azərbaycan rəhbərliyi həm Ermənistanda keçirilən parlament seçkilərindən əvvəl, həm seçkilərin başa çatmasından sonra Yerevanı böyük sülh sazişi ətrafında ləngimədən danışıqlara başlamağa çağırıb. Prezident İlham Əliyev bu günlərdə öz çıxışlarından birində növbəti dəfə bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsi artıq tarixdə qalıb və ümumiyyətlə Ermənistanda bu iki sözün birləşməsini unutsalar yaxşıdır. Və prezident Yerevanı iki ölkə arasında sülh müqaviləsinin imzalanması üçün danışıqlara çağırıb. O cümlədən sərhədlərin demarkasiyasına və delimitasiyasına dair danışıqlar da böyük sülh danışıqlarının tərkib hissəsi olmalıdır.  “Nə qədər ki, sülh müqaviləsi yoxdur, deməli sülh də yoxdur”,-Azərbaycan prezidenti bildirib.

Ötən gün isə xarici işlər naziri Ceyhun Bayramov Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının xarici işlər nazirlərinin videokonfrans formatında keçirilən iclasında çıxışı zamanı Yerevanı növbəti dəfə sülh danışıqlarına başlamağa çağırıb.

Əlbəttə, Ermənistanla sülh müqaviləsi birinci növbədə tərəflərin bir-birinin ərazi bütövlüyünü qeyd-şərtsiz tanımasına əsaslanmalıdır. Əks halda bunun adı heç sülh müqaviləsi də olmazdı. Başqa sözlə, sülh müqaviləsinə gedən yol Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasından və Dağlıq Qarabağın statusuna dair hər hansı şərtlər irəli sürməməsindən keçir.

Bakıdan səslənən bu israrlı çağırışlara Ermənistan rəhbərliyində hələ reaksiya yoxdur. Seçkilərdən əvvəl bu çağırışlara cavabın olmaması anlaşılan idi, çünki Paşinyana onsuz da “kapitulyant” damğası vurulub və onun Azərbaycanla sülhə hazır olması barədə çıxışlar etməsi rəqiblərinin daha kəskin hücumlarına səbəb olardı. Paşinyanın əsas rəqibləri isə seçki kampaniyası dövründə bunu açıq deməsələr də, revanşa can atan qüvvələr idi və təbii ki, onlardan konstruktiv yanaşma gözləməyə dəyməzdi. Robert Köçəryan və onun tərəfdaşları daha çox “layiqli sülh”dən danışmağa üstünlük verirdilər. Belə sülh isə onun fikrincə, “ən azından Şuşa və Hadrutun qaytarılması hesabına” baş verməli idi.

İndi isə seçki bitib və Paşinyan parlamentdə üçdə iki səs çoxluğuna malikdir. Deməli, Azərbaycanın sülh çağırışlarına Ermənistandan nəhayət adekvat reaksiya gözləməyin vaxtıdır. Doğrudur, hələ Paşinyan yeni kabineti formalaşdırmayıb və ümumiyyətlə, Ermənistanda Xarici İşlər Nazirliyi də faktiki olaraq mövcud deyil, işləmir. Amma Ermənistan rəhbərliyinin yanaşmasında hər halda, sülhə doğru meylləri görməyin vaxtıdır.

Lakin belə görünür ki, Yerevanda hələ də Ermənistanın indiki milli fəlakətdən çıxmasının yeganə yolunun qonşularla sülhdən keçdiyini dərk etmək istəmirlər. Paşinyan özü Azərbaycanın sülh təşəbbüslərinə reaksiya verməsə də bu gün onun yaxın tərəfdaşı, parlamentin xarici əlaqələr komissiyasının üzvü Ruben Rubinyan “Bakının təzyiqi altında heç bir sülh müqaviləsi imzalamağa hazırlaşmadıqlarını” bildirib.

Rubinyan deyir ki, Ermənistan Azərbaycanla sülh müqaviləsini “məmuniyyətlə imzalayardı”, əgər Bakı Dağlıq Qarabağın “öz iradəsini ifadə etmə əsasında formalaşan statusunu”  qəbul etsəydi. Onun sözlərinə görə, Ermənistanın sülh müqaviləsi bağlaması və bu zaman Azərbaycanın ərazi bütövlüyünü “susmaqla dəstəkləməsi” sadəcə olaraq istisnadır.

Başqa sözlə, Yerevanda hələ də sülh əhval-ruhiyyəsi yoxdur və belə olan halda qalib tərəf olaraq Azərbaycan da öz konstruktiv ritorikasını, sülhə çağırışlarını davamlı olaraq təkrar edə bilməz. Sülh ilk növbədə Ermənistanın indiki böhrandan çıxa bilməsi üçün lazımdır və əgər bu ölkədə yenə də “Dağlıq Qarabağ” və “status” kimi ifadələr işlətməkdə davam etsələr yenə eyni dırmığa ayaq basmış olacaqlar.

Virtualaz.org

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR