Yerevandan Bakıya "xoş məramlı jest" - Kim kimə jest edib?

04 iyul, 2021 18:27

Rusiyalı hərbi ekspert: “Erməni diversantları ələ keçməsəydi, Azərbaycana heç vaxt mina xəritələri verilməyəcəkdi”

Azərbaycan özünün erməni diversantları “yükü”nü bir az da yüngülləşdirdi. Həm də qarşılığında daha iki rayonun mina xəritələrini əldə eləməklə. Bu xəritələrin işğaldan azad olunmuş bölgəmizin sürətli bərpası və böyük qayıdış üçün, sadəcə, mülki insanların, o sırada məsum uşaqların, eləcə də mina təmizləyənlərimizin həyatının qorunması baxımından nə demək olduğunu izah eləməyə yəqin ki, lüzum yox. Ümid edək ki, Rusiyanın qarant durduğu xəritələr həqiqi çıxacaq.

Aydındır ki, erməni tərəfi onları bizə xoşluqla verməyib. Bəlkə yüz il də qalsaydı, verməyəcəkdi. Heç dünənədək belə xəritələrin mövcudluğunu yerli-dibli danırdılar. Rəsmi səviyyədə! Çünki ermənilər fitrətən bacardıqca çox azərbaycanlının, Türkün həlak olmasından maniakal şəkildə həzz alan bir xəstə millət. “Dünyadakı sonuncu Türk lal, kor, kar da olsa, öldürülməlidir” deyən, İrəvanda 6 metrlik abidəsi ziyarətgaha çevrilən Qaredegin Njdenin davamçılarıdır bunlar...

Amma Ermənistan hökumətinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, Ermənistan 15 diversantın azad edilməsi qarşılığında “xoş məram jesti” olaraq Azərbaycana Füzuli və Zəngilan rayonlarının mina xəritələrini təhvil verib.

“Xoş məram jesti”. Sual yaranır: nədən bu “jest” ötən 7 ayda edilmədi? Axı belə xoş məram jestləri qarşılığı gözlənilmədən, birtərəfli qaydada edilir. İkinci yandan, beynəlxalq humanitar konvensiyalara görə, Ermənistan müharibə bitəndən dərhal sonra mina xəritələrini qeyd-şərtsiz Azərbaycan verməli idi. Buna borclu idi. İrəvan isə öncə bu xəritələrin varlığını inkar elədi, indi isə “xoş məram jesti”ndən dəm vurur. Demək, səbəb ayrıdır.

Səbəb əlbəttə ki, diversantlar probleminin Paşinyan hökuməti üçün ktrik xarakter alması ilə bağlıdır. Artıq həmin diversantların valideynləri günlərdir hökumət binası qarşısında aksiyalar keçirirdilər. Müxtəsəri, “Su meymunun boğazına çatanda...” o məsələ...

“Ümid edirik ki, eyni şəkildə Rusiyanın köməyi ilə Azərbaycan və Ermənistan arasındakı sərhədlərin delimitasiyası və demarkasiyası prosesi də sürət götürəcək. Əlbəttə ki, Ermənistanın özü Azərbaycanla dinc dialoqa getməkdə çətinlik çəkir. Rusiyanın vasitəçiliyi ilə bu prosesin daha intensiv, təsirli və hər iki tərəf üçün faydalı olacağını gözləyirik”.

Musavat.com-un məlumatına görə, bunu rusiyalı tanınmış siyasi və hərbi analitik İqor Korotçenko “Vestnik Kavkaza” portalına bildirib.

Onun sözlərinə görə, bir gün əvvəl İrəvana təhvil verilən erməni hərbçilər keçən il 10 noyabr tarixindən sonra diversantlar kimi ələ keçməsəydilər, Ermənistanın mina sahələrinin xəritələrini heç vaxt Azərbaycana verməyəcəkdi.

“İrəvan üçün bu məcburi bir durumdur. Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan ilk növbədə daxildə siyasi mövqeyini gücləndirmək üçün belə addım atır. Mən Ermənistanın xoşməramlı olması və Azərbaycanla barışıq yaratmaq istəyi illüziyasından uzağam. İrəvan bundan sonra da hər şeyi məcburiyyət qarşısında, bəzi faktorların təsiri altında edəcək, nəinki könüllü şəkildə. Bununla belə, dəyişən situasiyanın təsiri altında İrəvanda tədricən belə bir dərk formalaşacaq ki, yalnız sülh, mehriban qonşuluq, nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılması, xoşməramlı addımlar, habelə sərhədlərin delimitasiyası və demarkasiyası, Zəngəzur dəhlizinin tammiqyaslı fəaliyyətə başlaması Ermənistana inkişaf üçün real iqtisadi bonuslar verə bilər” ”, - deyə o qeyd edib.

Ekspert daha iki azad edilmiş rayonun mina xəritələrinin təhvil verilməsinin Azərbaycan üçün əhəmiyyətinə də diqqət çəkib: “Bu, sözsüz ki, minalardan təmizlənmə səylərini minimuma endirir. Çünki dəqiq xəritələr sayəsində bu iş təhlükəsiz, səmərəli və mümkün qədər tez həyata keçirilə bilər. Bundan əlavə, insanlar minalardan həlak olurdu, ancaq indi ən azı, riskli mina zonaları barədə aydın təsəvvür olacaq. Bu olay həmçinin Ermənistanda lap əvvəldən minalanmış ərazilərin xəritələrinin olduğunu təsdiqləyir. Lakin İrəvan həmin xəritələrin mövcud olmadığını iddia edərək, yaxud sadəcə, susqunluq göstərərək, onları təhvil vermirdi. Artıq hamı başa düşdü ki, Ermənistan bu məsələdə tamamilə qeyri-konstruktiv mövqe tutub”.

Korotçenko ümid edir ki, bundan sonra minalanmış ərazilərin xəritələrinin təhvil verilməsi daha intensiv rejimdə olacaq və yekun etibarilə istisnasız olaraq bütün xəritələr Azərbaycana veriləcək ki, Bakı azad edilmiş ərazilərində dinc həyatı maksimum qısa zamanda bərpa edə bilsin və ən qısa müddətdə bölgənin genişmiqyaslı dinc bərpasına başlasın. “Hansı ki, minalanmış ərazilərin xəritələri olmadan mümkün deyil”, - deyə o əlavə edib.

Zaman isə göstərdi ki, buna xoşluqla, yəni İrəvanın “xoş məramı” hesabına yox, təzyiqlər və yeni situasiyanın diktəsi hesabına nail olmaq mümkündür...


Musavat.com

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR