Dövlətin mediaya dəstəyi kimləri və niyə narahat edir? - Mehman Əliyevin "iradları..."

06 iyul, 2021 17:37

Azərbaycan dövləti media sahəsində əsaslı islahatlar həyata keçirmək və bu sahədə illərlə “betonlaşan” qüsurları aradan qaldırmaq üçün ortaya ciddi iradə qoyub. Bu istiqamətdə bir neçə praktiki və əhəmiyyətli addımlar da atılıb. Media İnkişaf Agentliyinin (MEDİA) yaradılması dövlətin xoşməramlı və cəmiyyətə açıq niyyətinin göstəricisidir. Qısa müddət ərzində MEDİA-dan əlahiddə addımlar gözləmək məntiqsizlik olardı. Çap və onlayn media subyektlərinə maliyyə yardımının ayrılması ilə bağlı müsabiqənin nəticələri elan olunandan sonra MEDİA-ya qarşı “iradlar” səsləndirilir. Heç kim haqlı və obyektiv iradlardan qaçmır və ortada tənqidlərdən nəticə çıxarmamaq kimi bir niyyət də yoxdur.

Ancaq SOROS fondunun Azərbaycanda əsas siması sayılan “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin “iradları” xüsusi şəkildə seçilir. Çünki onun MEDİA ilə bağlı səsləndirdiyi tənqidlərin əsas hədəfi dövlətin informasiya siyasəti deyil, elə birbaşa dövlətin özüdür.  M.Əliyev nə elədiyini bilən, ağıllı adamdır, bu baxımdan, onun tənqidləri nə qədər əsassız və primitiv kökdə olsa da, fikirlərindəki əsas məqsəd və məramı tutmaq lazımdır.

Qısa HAŞİYƏ: Mehman Əliyev 2010-cu ilin iyun ayında SOROS fondunun (Açıq Cəmiyyət İnstitutu) Azərbaycandakı rəhbəri təyin olunub. Ondan əvvəl bu vəzifəni Z.Əlizadə tuturdu. Artıq bu gün dünyanın bütün sivil dövlətləri SOROS fondunun əsl niyyətindən xəbərdardırlar. Bundan sonra “Qərb və demokratiya dəyərləri” adı altında gizlənmək heç kəsə başucalığı gətirməyəcək, eləcə də M.Əliyevə... 1990-cı ildən “Turan” İnformasiya Agentliyinə rəhbərlik edən M.Əliyev SOROS-da vəzifəyə təyin olunan zaman, yəni 2010-cu ildə “Washington Post” qəzetində bir məqalədə iddia olunurdu ki, SOROS-un əsas məqsədlərindən biri media vasitəsilə ölkələrə daxil olmaq və həmin ölkələrdə mental dəyərləri, dövlət-vətəndaş münasibətlərini məhv etməkdir. M.Əliyev bunu bilmirmi? Bilir!

Mehman Əliyev “Amerikanın Səsi”nə verdiyi müsahibədə “Media haqqında” yeni qanun layihəsi və MEDİA-nın KİV-lərə göstərdiyi maliyyə yardımı ilə bağlı sualları cavablandırıb.

O düşünür ki, dövlət yeni qanunla medianı məhdudlaşdırıb öz nəzarəti altında saxlamaq məqsədini güdür. M.Əliyev dövlətin mediaya dəstəyini və dövlət-media münasibətlərinin hər hansı bir şəkildə tənzimlənməsini bütün hallarda rədd edilir.

Ancaq Azərbaycanda çap və onlayn media resurslarına maliyyə yardımının ayrılmasında əsas məqsədlərdən biri bu sahədə kənar -xaricdən yönələn mənfi təmayüllərin qarşısını almaq, yerli medianın xarici dairələrin təsir altına düşməsini əngəlləmək və pərakəndəliyi aradan qaldırmaqdır.

M.Əliyev bu həqiqəti anlayır və qəbul etməlidir ki, ən inkişaf etmiş coğrafiyalarda belə dövlətin mediaya dəstəyi birmənalı şəkildə qəbul olunur və bunu “mühüm addım” kimi qiymətləndirirlər.

Azərbaycanda yeni qanun layihəsinin hazırlanmasında da əsas məqsəd “medianı dövlət nəzarətinə almaq” yox, əslində medianı antimilli təsirlərdən, eləcə də SOROS-un müxtəlif yollarla ölkəyə gətirdiyi pul kütləsinin atomesferindən kənarda saxlamaqdır.

Digər tərəfdən, bu istiqamətdə atılan addımları dövlətin “informasiya buludu” kimi qiymətləndirmək də qərəzli mövqedir. Dövlət-media münasibətləri hər hansı bir şəkildə tənzimlənməlidir, yoxsa yox? Dövlətin media üzərində hər hansı bir şəkildə nəzarət mexanizmləri olmasa, xaos yaşanar. Ancaq bunun sırf maliyyə yardımları vasitəsilə həyata keçirildiyini düşünən M.Əliyev ciddi yanlışlıqlara yol verir.

Bəs Mehman Əliyevin istədiyi nədir? Əgər dövlət mediadan əlini tamamilə çəksə, heç bir yardım etməsə, nə baş verəcək?

Dərhal SOROS təşəbbüsü ələ almağa çalışacaq! Necə?

Media ciddi maliyyə sıxıntıları yaşacaq, maliyyə mənbəyi bilinməyən xarici təşkilatlarla medianın təması artacaq, ölkə mediası Azərbaycan dövlətindən yox, məhz elə M.Əliyevin sitat gətirdiyi Qərb ölkələrinin müxtəlif xüsusi xidmət orqanlarına bağlı “humanitar” təşkilatların yardımlarından asılı vəziyyətə düşəcək, mediada dağınıq mənzərinin şahidi olacağıq, azğın və sırf “pula işləyən” böyük bir “media əhli” meydana gələcək. Və SOROS-un istədiyi də budur! Bu zaman SOROS media resurslarını pulla bir-bir ələ keçirib Azərbaycan mediasını işğal edəcək. Mehman Əliyev, istədiyin budursa, niyyətin açıq görünür.

Pandemiya dövründə digər sahələrdə olduğu kimi media sahəsində də problemlər yaşandı, ölkələr bütün resurslarını əhalinin təhlükəsizliyinə səfərbər etdi, səhiyyə xərcləri artdı və s. Bu tendensiya Azərbaycan kimi bütün ölkələrdə yaşandı.

Okeanın o biri başından tez-tez misallar gətirməyə adətkar olan M.Əliyevin dediklərindən belə çıxır ki, Qərb dövlətləri mediaya maliyyə dəstəyi göstərmir. Amma yanılır. Bu istiqamətdə M.Əliyevin bütün tənqidlərini zərərsizləşdirən arqumentlkərlə həmkarımız Müşfiq Ələsgərli də çıxış edib və müxtəlif ölkələrdə mediaya olunan dəstəklə bağlı faktlar paylaşıb.

Təkcə Azərbaycanda dövlət mediaya maddi dəstək verir? 

Məsələn, İsveç hökumətinin hesabatından görünür ki, təkcə 2020-ci ilin ilk  6 ayı ərzində ölkə  KİV-lərinə 200 milyon SEK (təxminən 18 milyon avro) madi yardım ayırıb. Ölkənin mədəniyyət naziri bildirib ki, "Ənənəvi KİV-lərə maddi dəstək verilməsi təkcə medianın yaşaması üçün deyil, həm də vətəndaşların keyfiyyətli xəbərlər almaları üçün vacibdir. Bu, demokratiya üçün müsbət haldır". Görəsən, M.Əliyev İsveçi də sivil dövlət hesab eləmir?

Bəs Danimarka? Danimarka hökuməti eyni dövrdə KİV-lərin inkişafı üçün  4  illik maddi dəstək  proqramının  icrasına qərar verib, bu məqsədlə 122 milyon avroluq maliyyə ayırıb. Ölkənin mədəniyyət naziri deyib ki, "peşəkar media demokratiya üçün vacibdir, ona maddi dəstək göstərməliyik".

Norveç hökuməti isə eyni zaman kəsiyində  mediaya maddi dəstək proqramları üçün 300 milyon NOK (27 milyon avro) ayırıb.

Dövlətin mediaya maddi dəstəyi Mehman Əliyevi niyə narahat edir?

O başa düşür ki, dövlətin mediaya dəstəyi artdıqca Qərbin müxtəlif dairələrindən, SOROS-dan Azərbaycanda media layihələri ilə bağlı ayrılan qrantlar və onların davamlılığı da sual altına düşəcək. M.Əliyev bu gün də SOROS-un ölkəmizdə əsas qeyri-rəsmi “media maqnatı”dır. Bu baxımdan, yerli mediaya maddi dəstəyin sırf Azərbaycan dövlətinin iradəsi çərçivəsində olması onu narahat etməyə bilməz.

M.Əliyevin bütün “iradlarını” darmadağın edən, “arqumentlərini” suya düşürən tənqidlərindən belə anlaşılır: “Media başqa dövlətdən pul ala bilər, amma Azərbaycan dövlətindən yox”. Niyə, Mehman müəllim? Öz dövlətindən dəstək alıb bütün fəaliyyətini milli maraqlara fokuslamaq yaxşıdır, yoxsa başqa dövlətdən pul alıb onların burada emissarı rolunda çıxış etmək?

Azərbaycan dövlətindən hesabat və yeni “Media haqqında” qanunun dərcini tələb edən M.Əliyev öz fəaliyyəti, maliyyə mənbələri barədə niyə hesabat vermir?

SOROS fondu 2011-ci ildə “Human Rights Watch” təşkilatına 100 milyon dollar qrant ayırmışdı. Bu həmin vaxt idi ki, M.Əliyev SOROS-un Azəbaycanda rəsmi nümayəndəsi idi və “Human Rights Watch” təşkilatı Azərbaycan dövlətinin gündəlik qərəzli hesabatlarla hədəfə qoymuşdu. Və təşkilatın hesabatları da məhz M.Əliyevin media resurslarında yayımlanırdı.

Həmçinin, Azərbaycanda reklam bazarının olmamasından, medianın tamamilə dövlət nəzarətində olmasından gileynlənən M.Əliyev izah edə bilərmi ki, onun rəhbərlik etdiyi media qurumu hansı maliyyə qaynaqları əsasında ayaq üstə durur? Yaxud niyə bu ölkədə SOROS-un media layihələri ilə bağlı elanlar yalnız və yalnız “Turan” İnformasiya Agentliyində dərc olunur? Nədir bu bağılılıq? Bəlkə hesabatlılıq da olsun?! 

M.Əliyev həm də iddia edir ki, yeni qanun ictimai müzakirəyə çıxarılmayıb. Ancaq bilməmiş deyil ki, elə onun özünün də çox yaxın münasibətdə olduğu media xadimləri yeni qanun layihəsinin hazırlanmasında təklif və iradlarla çıxış ediblər, eyni zamanda, qanun müxtəlif media mütəxəssislərinin, media mənsublarının təklifləri nəzərə alınmaqla hazırlanıb.

M.Əliyevin “iradlarından” sonra MEDİA rəhbərliyinin onunla görüşə razılıq verməsi nə qədər müsbət hal olsa da, bir o qədər də doğru addım sayılmazdı. Bu, MEDİA tərəfdən demokratiya nümunəsi olsa da, M.Əliyev təırəfdən SOROS-un masaya əyləşdirilməsi olacaq. Bu “qorxu” mühitini yığışdırmaq lazımdır. Hər halda M.Əliyevi də dinləmək lazımdır.

Samir Feyruzov,

Azsiyasət.com

20 avqust

13:25 - Fransanın Azərbaycana göndərdiyi yeni səfir kimdir?13:22 - Azərbaycanda qadınlar kişilərdən daha çox pul xərcləyir - Rəsmi statistika13:20 - "Bakı və İrəvan arasında saziş İran üçün təhdud yox, fürsət yaradacaq" - Cavad Zərif13:16 - "Kontakt Home”dan şikayətlər səngimir" - "Qızıl Zəmanət" müştəriləri tələyə salıb

18 avqust

13:44 - Rusiyadakı azərbaycanlılara yeni qadağa...13:42 - Əcnəbilərə cinayət işi açıldı - DİN məlumat yaydı13:39 - Rusiya Odessada SOCAR-ın yanacaqdoldurma məntəqəsini vurub

15 avqust

13:01 - İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı vacib mesaj...12:58 - "İran Ermənistan və Azərbaycan arasında sülh sazişini alqışlayır, lakin..." 12:56 - "Rusiya Ermənistanı "Tramp yolu"nun yaradılmasında dəstəkləyir" - Overçuk

12 avqust

10:11 - Qarabağda milyonluq tender maxinasiyası - Leysan Məmmədov yenə "iş başındadır"

11 avqust

15:18 - "Azərbaycan Milli Qəhrəmanlarını Tanıtma" İB-dən İlham Əliyevə AÇIQ MƏKTUB15:15 - Paşinyan Putinə hesabat verdi...15:12 - "İran bu şərtlə Zəngəzur dəhlizinin açılmasının lehinədir" - Pezeşkian15:10 - nvestorlar Tramp-Putin görüşünə fokuslanıblar - Neft sürətlə ucuzlaşır

21 iyul

14:06 - Neft Fondunun mənfəəti azalıb14:05 - Karapetyan zindandan məktub göndərdi - Zəngəzur dəhlizi tezliklə reallığa çevriləcək...13:59 - Ermənistan konstitusiyasını dəyişmək istəmir13:57 - Abbas Abbasovun Rusiyadakı biznesi 10 milyon zərər edib

14 iyul

13:09 - Erməni oliqarx yeni partiya yaradır 13:05 - Azərbaycan ildə 2.4 milyard... - Ekspert maraqlı faktlar açıqladı13:02 - Hindistanlı turistlərin Azərbaycana səfəri kəskin artıb - Boykot işə yaramayıb

11 iyul

15:07 - Veysəloğlu Şirkətlər Qrupunun elan etdiyi "Qida Təhlükəsizliyi Ayı"na yekun vuruldu - FOTOLAR

07 iyul

12:31 - Xaricdəki diplomatlarımız Bakıya çağırıldı - SƏBƏB12:29 - Hüquqşünas deputatlardan gileyləndi - "Qanunlara dəyişikliyi yadda saxlamaq çox çətindir"12:27 - Dağıstan rəhbərindən Azərbaycan-Rusiya münasibətlərinə - Reaksiya

04 iyul

11:45 - Bu dəfə... - 539 "Şahed", 10 "İsgəndər" raketi11:43 - İlham Əliyev Donald Trampa məktub göndərdi 11:26 - İrəvan Sülh Fondundan 10 milyonu ala bilmir

30 iyun

13:26 - Rusiyada azərbaycanlılara qarşı OMON hücumları