Məcburi köçkünlərin yurdlarına qayıdışı - Hansı problemlər var?

10 iyul, 2021 11:00

“İlk növbədə o rayonların sosial infrastrukturu o səviyyədə olmalıdır ki, şəhərdən gedənlər orda fəaliyyətini qura bilsin”

İşğal altında olan torpaqlarımız azad olunandan sonra məcburi köçkünlərin öz doğma yurdlarına geri dönməsi məsələsi dövlətimiz üçün ən prioritet məsələlədən sayılır.  Belə ki, 2021-2025-ci illərə dair sosial-iqtisadi inkişaf Strategiyası"nın hazırlanması məqsədilə işğaldan azad olunmuş ərazilərə böyük qayıdışla bağlı dayanıqlı məskunlaşma və iqtisadi fəaliyyətə reinteqrasiya üzrə alt İşçi Qrup yaradılıb. Bununla belə, qayıdışla bağlı ölkə ictimaiyyəti arasında müxtəlif fikirlər səsləndirilməkdədir, bu prosesin çətin olacağını  deyənlər də az deyil. Bəs görəsən, problemlər məcburi köçkünlərin yenidən öz torpaqlarına adaptasiya olunması iləmi bağlıdır, yoxsa başqa səbəblər də var? Məsələ ilə bağlı ekspertlərin mövqeyini öyrəndik.

Mövzu ilə bağlı Bakı Dövlət Universitetinin professoru, Məcburi Köçkünlərə Ödənişsiz Hüquqi Yardım üzrə BMT-nin Qaçqınların İşləri üzrə Ali Komissarının həyata keçirdiyi layihənin rəhbəri Mais Əliyev “Yeni Müsavat”a danışıb: 

“Hazırda əsas müzakirə mövzusu məcburi köçkünlərin müraciətləri və onların geri qayıdışı ilə bağlı olan məsələlərdir. Onları narahat edən, ”Biz geri qayıdanda əvvəlki, dədə-baba yurdumuza qayıda biləcəyikmi? Biz orda qoyub gəldiyimiz əmlaka yenidən sahib çıxa biləcəyikmi?", kimi suallardır. Çünki bilirsiniz, bu məsələdə ikili yanaşma var. 10  noyabr 2020-ci il bəyannaməsi üç dövlət arasında razılaşdırılıb və üç dövlət onu imzalayıb. Onun yeddinci bəndində məcburi köçkünlərin geri qayıdışı ilə bağlı məsələ BMT-nin Qaçqınlarla İşlər üzrə Ali Komissarlığına həvalə edilib. BMT-nin Qaçqınlarla İşlər üzrə Ali Komissarlığının də irəli sürdüyü bəzi tələblər var.  Bilirsiniz ki, o vaxt məcburi köçkünlərin əmlaklarının çıxarışı olmayıb. Özəlləşdirmə aparılmayıb və sairə. Bu, ancaq yerli icra hakimiyyəti orqanlarının qərarları əsasında təsdiqini tapır, yaxud invertar bürolarından olan sənədlərdə əks olunur.

Bu sənədlər əsasında əmlakların bərpa edilərək verilməsini tələb kimi qoyurlar. Ancaq Azərbaycan dövlətinin hələlik bu məsələdə mövqeyi məlumdur. Bilirsiniz ki, “Ağıllı kənd” layihəsi çərçivəsində üç kənd birləşdirilərək bir kənd olacaq. Ailə sayından asılı olaraq hər ailəyə iki, üç otaqlı evlər tikiləcək, eyni zamanda müəyyən torpaq sahəsi də veriləcək. Hələlik ideya bundan ibarətdir. Ancaq məcburi köçkünlər hesab edirlər ki, onların mülkiyyətlərini təsdiq edən keçmiş sənədlər əsasında mülkiyyət hüquqları bərpa olunmalıdır. Yəni bu çox vacib məsələlərdən biridir. Hazırda ikinci əsas problem isə məcburi köçkün statusunun alınması ilə bağlı olan məsələdir. Əsasən məcburi köçkün statusu kişiyə görə verilir, qadına görə deyil. Qadın əgər yerli vətəndaşla ailə qurursa, həmin  vətəndaşdan boşanmasına baxmayaraq, onun uşağına da bu status verilmir. Yalnız  kişi yerli vətəndaşla ailə qursa, onun uşağına o status verilir.  Yeganə tələb qoyulub ki, hər ikisi işğaldan azad olunmuş ərazidə qeydiyyatda olmalıdırlar. Bu qeydiyyat hal-hazırda formal xarakter daşıyır. Bununla bağlı məhkəmə mübahisələri var. Daha bir narahat doğuran məsələ də var. Rəsmi və qeyri-rəsmi olaraq yerli vətəndaşlara, yəni işğaldan azad olunmuş ərazidə olan, məcburi köçkün olmayan vətəndaşa ərə getmiş qadınlar, hətta boşansalar belə, vahid aylıq müavinət ala bilmirlər. Əsas problemlər də bununla bağlıdır". Bu istiqamətdə Nazirlər Kabinetinin 2017-ci il üçün vahid aylıq müavinətlə bağlı qərarı var. Orada bu məsələlər öz əksini tapıb. Neçə-neçə qadınlar var ki, bizdən bununla bağlı kömək istəyirlər. Bir qadın mənə müraciət etmişdi, yerli sakinə ərə gedib,  həyat yoldaşı ölüb, qayınatası da, qayınanası da vəfat edib. Vahid aylıq müavinəti ala bilmir və uşağı böyütməkdə çox çətinlik çəkir". 

İqtisadçı alim Elşad Məmmədov da mövzu ilə bağlı fikirlərini açıqlayıb: 

“Qayıdışla bağlı bir sıra problemlər var. Bir tərəfdən infrastrukturun hazır olmamasıdır. Digər tərəfdən etiraf etmək lazımdır ki, kifayət qədər böyük vaxt da keçib. Faktiki olaraq yeni nəsil formalaşıb. Məcburi köçkünlərin şəhər həyatında kifayət qədər aktiv iştirak etməsi, əksəriyyətinin paytaxtda məskunlaşması bir çox psixoloji problemlərə səbəb ola bilər. Eyni zamanda, iqtisadi nöqteyi-nəzərdən onların burada iş mühitinə, əmək bazarına inteqrasiya etməsi baş verib. Yenidən hansısa stimullar olmalıdır ki, insanlar həmin rayonlarda öz işlərini qura bilsinlər. İlk növbədə o rayonların sosial-infrastrukturu o səviyyədə olmalıdır ki, şəhərdən gedənlər orda fəaliyyətini qura bilsin. Etiraf etmək lazımdır ki, Azərbaycanda bölgələrlə paytaxt arasında çox böyük sosial-iqtisadi inkişafla bağlı fərq var. Əmək bazarlarında da iş yerləri ilə bağlı tamam fərqli vəziyyət var. Eyni zamanda, həmin bölgələrdə ”Ağıllı şəhər", “Ağıllı kənd” layihələrinin reallaşdırılması nəzərdə tutulub ki, bu da rəqəmsallaşma deməkdir. Rəqəmsallaşma şəraitində iş yerlərinin məhdud olmasını da nəzərə almaq lazımdır. Bir məqam da var ki, həmin ərazilərdə açılan vakant iş yerləri əsasən yüksək peşəkarlığa sahib olan, hazırlıqlı mütəxəssisləri tələb edəcək. Bu gün uzun illər ərzində köçkün kimi ölkədə əmək bazarına inteqrasiya edən insanların həmin bazarlarda iş tapması, yüksək kadr tələb edən sahələrdə işləməsi müəyyən problemlər yarada bilər. Ona görə də ən mühüm məsələlərdən biri təhsil infrastrukturunun indidən işlənib hazırlanmasıdır. Düşünürəm ki, artıq təcili şəkildə qısa müddət ərzində həmin bölgələrdən olan insanların  peşəkar  kadr kimi hazırlığının artırılmasına investisiyalar yerləşdirilməlidir".

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"12:07 - ABŞ-də səssiz çevriliş olub

06 aprel

12:38 - Tehran bütün ölkələrə müraciət etdi12:34 - "Bu təhlükəli və psixi problemli adam..." - Məşhur senator Trampa qarşı12:31 - Prezidentin rəsmi qarşılanma mərasimi oldu - FOTOLAR

01 aprel

12:18 - ran raketləri türk siyasətçinin adı ilə bəzədildi12:15 - BƏƏ Hörmüzə görə İranla müharibəyə hazırlaşır - "The Wall Street Journal"12:12 - "Onlar Hörmüzdən keçə bilməz" - Pezeşkian12:10 - Bu qurumların istintaq orqanları birləşir - Nə yenilik olacaq?

24 mart

15:53 - "Bəzi ölkələrdə iqtisadi çöküş qaçılmaz olacaq" - Hörmüz boğazı bağlı qalarsa...