"Putindən sonra ikinci Putin gələcək" - MÜSAHİBƏ

14 iyul, 2021 14:51

“Taliban Əfqanıstanı nəzarət götürəcək və sonra Çinin geosiyasi və iqtisadi layihələrini həyata keçirməyə başlayacaqlar”

Dünyanın gözü yenidən Əfqanıstana dikilib. ABŞ rahatlıqla Əfqanıstandan çıxır, Rusiya həyəcanla cənub sərhədlərindən narahatlığını dilə gətirərək Talibanın Tacikistan və Özbəkistan sərhədlərini pozacağından qorxur, Çin uzaqgörənliklə suların durulmasını gözləyir, Türkiyə bölgədə təsirini artırmaq haqqında düşünür... 

Bir sıra analitiklər ehtimal edir ki, bir zamanlar SSRİ Əfqanıstandan çıxmaqla dünyada qüvvələr balansı dəyişdiyi kimi, indi də ABŞ-ın çıxmasıyla oxşar hal təkrar oluna bilər. ABŞ və Rusiya kimi nəhənglərin terrorçu təşkilat hesab etdiyi Taliban isə Əfqanıstana nəzarəti ələ alır. Bu prosesin beynəlxalq güclərin rəqabət savaşına hansı formada yansıyacağı isə hələlik bilinmir.

Azpolitika.info mövzunu politoloq Zərdüşt Əlizadə ilə müzakirə edib.

Müsahibəni təqdim edirik:

- Zərdüşt bəy, indi dünyanın diqqəti Əfqanıstanda baş verən hərbi-siyasi proseslərə cəmləşib. ABŞ-ın Əfqanıstanı tərk etməsi, bir zamanlar SSRİ-nin həmin ölkəni tərk etməsinə bənzədilir və hətta bunun siyasi baxımdan dünyanın istiqamətinin dəyişməsinə səbəb olacağı deyilir. Siz, Əfqanıstanda yaşananları necə qiymətləndirirsiniz?

- Son 30-40 ildə müşahidə etdiyim siyasət məni əmin edir ki, Marksizm o qədər qüdrətli və düzgün siyasi təlim imiş ki, onun metodologiyası ilə istənilən siyasi hadisəni təhlil edəndə görürsən ki, bu qaçılmaz və təbiidir. Məsələn, Marksizmdə belə bir yanaşma var ki, heç bir cəmiyyəti məcburi və zorla onun keçməli olduğu labud mərhələləri adlamadan daha yüksək ictimai-inkişaf mərhələsinə gətirmək mümkün deyil. Bu, SSRİ timsalında özünü göstərdi. Yəni feodalizmdən sosializmə sıçramaq istəyəndə, düşdük vəhşi kapitalizmə.

Əfqanıstanda ictimai-inkişaf mərhələsi, hələlik, ilkin feodalizm mərhələsidir. Əvvəl SSRİ çalışdı ki, Əfqanıstanı sosializmə gətirsin, indi də Qərb onu kapitalizmə istiqamətləndirmək, demokratik ənənələrə yaxınlaşdırmaq istədi. Ancaq mümkün deyil. Cəmiyyət, əhali ailələrdən, nəsillərdən, tayfalardan, əşirətlərdən və qəbilələrdən ibarətdir. Hələ Əfqanıstanda milli şüur yoxdur. Hansısa demokratik təsisatlar, razılaşma və əhdi-peyman əsasında ölkəni idarə etmək mümkün deyil. Orada ya şah olmalıdır, ya da diktator. Amerika Əfqanıstana soxuldu, bir milyondan çox insan öldü, özü də 4 min əsgərini itirdi. Əfqanıstanı bombaladı, 100 milyardlar xərclədi. İndi də suyu süzülə-süzülə Əfqanıstanı tərk edir. İraqdan da çıxıb, orada məhdud sayda kontingenti var. Suriyadan da çıxacaq, Liviyadan da gedəcəklər. Çünki burada yaşayan insanlara zorla demokratiya gətirmək mümkün deyil. Bu xalqların özlərinə uyğun siyas üsul-idarə var və o da olmalıdır. Hakim-mütləq olmalıdır, istədiyi kimi addım atmalıdır. Heç kəs də soruşmur, soruşmaq da istəmir. İndi də Əfqanıstanda başlayacaqlar bir-birini qırmağa. Kimi Əfqanıstanı qarət edəcək, kimisi ölkəyə gələn yardımları mənimsəyəcək. Vətəndaş müharibəsi gedəcək, xarici qüvvələr kənarda qalsalar da, faktiki hökmranlıq edəcəklər, mümkündür ki, ölkə parçalansın və ya indiki kimi qalsın. Yəni ABŞ hakimiyyəti ötəri siyasi mənafe naminə İraqa, Suriyaya və Əfqanıstana da girdi. Sünu olaraq “ərəb baharı” yaradaraq ərəb ölkələrində vəziyyəti dəyişdirmək istədi. Ancaq bu da alınmadı, alınan da deyil. İndi bütün ərəb ölkələrində diktaturadır, Əfqanıstanda da diktatura qurulacaq. Sadəcə olaraq əvvəl Əfqanıstanda diktatura dünyəvi qiyafədə idi, bu dəfə islami qiyafədə olacaq. Əsas odur ki, əfqanların hüquqları olmayacaq, ələlxüsus qadınların və uşaqların. Bir az da Əfqanıstandan qaçanların, mühacirət edənlərin sayı çoxalacaq. Bu, ABŞ siyasətinin son 20 illlik nəticəsindən biridir. Yeri gəlmişkən, Səudiyyə Ərəbistanı Yəmənə daxil olanda mən yazırdım ki, bu ölkədə Səudiyyəni acı məğlubiyyət gözləyir. Çünki mən Yəməndə yaşamışam, yəmənliləri beş barmağım kimi tanıyıram. Həqiqətən Səudiyyə ağır məğlubiyyətə uğradı və oranı tərk etdi. Bunlar reallıqlardır. Sadəcə olaraq vacib məsələ orada yaşayan insanlardır. Onların normal və təhlükəsiz şəraitdə yaşamaq hüquqları olmalıdır.

- Siz məsələnin tarixi-insani tərəfinə vurğu edirsiniz. Bəs Əfqanıstan prosesləri beynəlxalq geopolitik rəqabətdə hansı təsirləri buraxacaq?

- Taliban əsasən Pakistan tərəfindən, daha doğrusu Pakistanın hərbi-kəşfiyyat xidməti tərəfindən idarə olunur. Pakistan dövləti istəyir ki, Əfqanıstan onun nəzarətində olsun. Eyni zamanda Pakistanın arxasında Çin durub, yəni İslamabad təkbaşına deyil. Çin dövləti istəyir ki, Əfqanıstanı sakitləşdirsin, daha sonra Əfqanıstan ərazilərindən İrana dəmir və avtomobil yolu çəksin. Beləcə “Bir yol, Bir kəmər” layihəsi Əfqanıstan-İran-Türkiyədən keçərək Avropaya getsin. İndi Taliban Əfqanıstanı götürdükdən sonra Çindən Pakistana, Pakistandan isə Talibana deyiləcək ki, oturun yerinizdə, ekspansiya bitdi. Əlbəttə, ortaya 3-4 İsrail kəşfiyyatçısı çıxaraq çığır-bağır salacaq, bəziləri durub deyəcək ki, Taliban Tacikistana doğru irəliləyəcək və s. Belə şeylər olmayacaq. Taliban Əfqanıstanı götürəcək, nəzarət ələ alınacaq. Sözsüz ki, nümunəvi orta əsrlər dövləti quracaq. İlkin dövrlərdə bir qədər mülayim olacaq, amma hüquqlar olmayacaq. Ən əsası, başlayacaqlar Çinin geosiyasi və iqtisadi layihələrini həyata keçirməyə. Çünki ağa deyəcək ki, sür dərəyə. Başqa sözlə, ağa Çin olacaq.

- Siz demək istəyirsiniz ki, XIX əsrdə İngiltərənin, XX əsrdə SSRİ-nin və XXI əsrin əvvəllərində ABŞ-ın bacarmadığını indi Çin bacaracaq və uduşlu çıxacaq?

- Əlbəttə. Sadəcə gözləmək lazımdır. ABŞ müttəfiqləri ilə Əfqanıstana soxulanda bunun nəticəsini Çin bilirdi. Onlar həyata, dünyaya və tarixə Marksizm tərəfdən yanaşırlar. Yəni hamı gedəcək və Əfqanıstan Çinə qismət olacaq. Sadəcə buna hövsələ lazım idi. Çin də səbrlə bunu gözləyirdi və indi onun işığı parlamağa başlayıb.

- Sizin dediyinizdən belə çıxır ki, ruslar və amerikalılar sakitcə dururlar və Çin başlayır onları vurub keçməyə...

- Ruslar nə zaman öz maraqlarını biliblər? Onlar öz ciblərini güdüblər. Rusiya hakim zümrəsi cibini düşünür, rus xalqını, insanları, gələcəyi və bəşəriyyəti düşünmür. Dar və məhdud düşüncəli qrupdur və onun üçün cibindən başqa heç nə yoxdur. Bəli, ruslar narahatdırlar, düşünürlər ki, problemlər yarana bilər. Ancaq Rusiyanın Talibanla mübarizə aparmaq gücü də yoxdur. İkincisi, Talibanın heç Mərkəzi Asiyaya girmək niyyəti də yoxdur. Taliban nümayəndələri Moskvaya gəlib bunu açıq bildiriblər. Yəni orta əsr təfəkküründə olsalar da, Taliban Orta Asiyaya soxulmayacaq. Heç ruslar da iştahlarını qaldırıb Əfqanıstana girmək haqqında düşünməyəcəklər. Bu saat Rusiya hakimiyyət zümrəsini maraqlandıran dünyanın yeddidə birinin olduğu Rusiya ərazisindəki təbii sərvətləri qarət edib Qərbə aparmaqdır. Rus xalqının nə yeməsi, içməsi, narkoman olması, xanımlarının əxlaqsızlığa meyl etməsi onları əsla maraqlandırmır. 

- Ancaq onlar Ukraynaya, Moldovaya, Abxaziyaya soxulurlar...

- Çünki bilirlər ki, Qərb Ukraynaya güclü otura bilsə, Rusiyada hakimiyyətin devrilməsi ehtimalları daha da artır. Ona görə Ukraynaya, Gürcüstana soxuldular. Əmin olun ki, Rusiya xoş gün görməyəcək. Abxaziya, Cənubi Osetiya haqqında materialları oxuyanda görürsən ki, nə gündədirlər. Rusiya ətrafına bədbəxtlikdən başqa heç nə gətirə bilmir.

- Yeri gəlmişkən, qışda Aleksey Navalni ilə bağlı etirazlar olsa da, səngidi. Duma seçkiləri öncəsi isə fəallıq müşahidə edilmir. Sizcə, niyə?

- Etirazlar yoxdur. Dövlət o qədər güclüdür və qadağalar o dərəcədə sərtdir ki, cəmiyyətdə sərbəst düşünən, fərqli danışan, azad insanları “dənləyirlər”. Kommunist Partiyasının, liberalların, sağçıların, solçuların rəhbərləri satqındır. Əgər müxalifət liderləri satqındırsa, xalqın içində olan və sistemdən kənar azad insan ortaya çıxan kimi şərləyib çörəyini əlindən alırlarsa, belə cəmiyyətdə yalnız inqilab ola bilər. Təkamül yolu ilə demokratik inkişaf ola bilməz.

- Rusiyada inqilab gözləyirsiniz?

- İnqilab gözləmir ki, kimsə onu çağırsın. İnqilab özü gəlir və bu situasiyanı da hakim zümrə yetişdirir. Böyük fransız, ingilis və rus inqilablarını hakim zümrələr yetişdirmişdi. SSRİ-ni dağıdan Əbülfəz və ya Qamsaxurdiya idi? Xeyr! Bunu Qorbaçov başda olmaqla, SSRİ rəhbərliyi, eləcə də ittifaq ölkələrindəki Kommunist partiyalarının sədrləri hazırlamışdı. Şəxsən mən kim idim ki SSRİ-ni yıxam? Kiçik elmi işçi idim, AXC yarananda sosializmi müdafiə etmək, xalqa hüquqlarını qaytarmaq haqqında düşünürdük. Ancaq SSRİ-ni dağıtmaq lazım idi və bunu da etdilər. Bəzən deyirlər ki, 2024-cü ildə orada hakimiyət dəyişə bilər. Nə qədər ki, canı suludur, Putin hakimiyyətini saxlayacaq. Ondan sonra ikinci Putin gələcək. Fərqli adam olmayacaq.

- “İkinci Putini” tapmaq bu qədər asan olacaqmı?...

- Nə çətin məsələdir?... Putin dahi deyil, orta səviyyəli adamdır. Sadəcə xalqı sevməmək, kifayət qədər qəddar və amansız olmaq bəs edir ki, Putin olasan. Bu qədər sadə. Hamı da deyir ki, Rusiya güclüdür. Nəyi güclüdür? Rusiya ordusunda bir polk “Armata” tankı yoxdur. Beş-altı dənədir. Beşinci nəsil SU-57 təyyarəsindən cəmi 3-4-dənədir. Atom sualtı qayıqlarının sayı ikiqat azalıb və köhnədirlər. Onları suyun səthində qoruyacaq donanması belə yoxdur. Bəli, daxili qoşunlarının, qvardiyanın sayı artıb. Xalqı nəzarət altında saxlamaq məqsədilə hüquq-mühafizə orqanlarının sayı artırılıb. Amma Rusiya hərbi baxımdan bir o qədər də güclü deyil. Zəifləmək üzrə də davam edirlər. Rusiyanın zəifləməsinin əlamətləri var. Məsələn, tarixi meyl deyilən istiqamət var. 1980-cı illərdə Varşava paktı var idi. Sovet ordusu Avropada əksər sol yönümlü dövlətlərdə oturmuşdu. 1989-cu ildə Varşava paktı ləğv edildi, Qorbaçov ordunu geri çəkdi. Sonra SSRİ dağıldı. İndi Rusiyanın Tacikistanda və Ermənistanda iki bazası var. Rusiya ərazisində ordu və onun silahı bərbad gündədir. Bu güc xalqı qorxutmağa kifayət edər, amma Rusiyanı xarici döyüşlərdən qorumağa bəs etməz. General Solovyov açıq deyirdi ki, bir zamanlar Çinlə sərhəddə iki hərbi dairə var idi. İndi isə cəmi bir birqada var. Hətta bildirir ki, Çinlə Rusiya arasında müharibə başlasa, Çin ordusu bir həftə axtarmalıdır ki, Rusiyanın həmin briqadasını tapsın...

19 dekabr

11:07 - Erməni jurnalistin Azərbaycanla bağlı sualına Zaxarovadan cavab11:01 - Almaniya Avropa İttifaqından çıxır? - "Bloomberg" nəşri10:58 - "Suriya Əfqanıstan kimi olmayacaq" - Colani

17 dekabr

16:06 - Fəzail Ağamalıya 6 ay vaxt verilib...15:57 - Bakıdakı erməni separatçılardan xəbər var - Məhkəmələri başlayır15:49 - Boşanmaların sayı dəyişməyib - Evlənənlər azalıb

16 dekabr

13:59 - Türkiyədən Naxçıvana ikinci qaz xətti çəkiləcək13:45 - Dəməşqdə kritik toplantı... - "Yeni Şafak" yazır13:40 - Parlament gələn ilin büdcəsini qəbul etdi

13 dekabr

14:37 - Deputat tikinti şirkətlərində qanunsuzluqlardan danışdı...14:35 - Zəngəzur dəhlizi ilə bağlı ümumi anlaşma əldə olunub 14:24 - "Zəngəzuru İran qoruya bilər, o da Suriyada elə zərbə aldı ki…" - Rusiyalı politoloq14:22 - Milli Məclisin fasad örtüyünün yuyulması üçün 65 min manat ayrılıb

12 dekabr

15:05 - Ölkədə nə qədər qazi işlə təmin olunub? - VİDEO10:59 - "Bu, Ukrayna üçün xoşbəxtlik yox, xəyanətdir" - Slovakiya Baş naziri10:55 - "SSRİ sərhədlərini tanımamaq dövlətçilikdən imtinadır" - Paşinyan10:50 - Azərbaycanın Türkiyəyə yatırdığı investisiya 10 dəfə azalıb

10 dekabr

18:22 - Azərbaycan təhlükəsizlik orqanları niyə hədəfə alınıb? - VİDEO15:47 - "İran Ermənistana kömək etməyəcək" - Hrant Baqratyan 15:32 - "MİDA-nın sistemi güvən yaratmaq əvəzinə şübhələr doğurur" - Ekspert15:29 - Agentlik bu şirkətdən 567 min manata 14 ədəd minik avtomobili alır

09 dekabr

13:20 - Azərbaycan dollar satışı niyə artıb?13:14 - Rusiyadan müttəfiqlərinə çağırış - "Hazır olun"13:11 - Azərbaycanın Suriyadakı sonuncu səfiri...13:06 - Veysəloğlu Şirkətlər Qrupu ölkəmizə daha bir irihəcmli xarici investisiya cəlb etdi13:04 - Muxtar Babayev ov sezonunu niyə açmır?

06 dekabr

12:32 - Sülh danışıqları dalana dirənib?12:30 - "Ermənistan Azərbaycandan üzr istəməlidir" - Korotçenko12:25 - Fernandu Santuş Millidən göndərilir?

05 dekabr

14:35 - Fələstinlilər Qəzzadan çıxarılır? - Plan açıqlandı