Azərbaycanın belə sülhməramlılara ehtiyacı varmı?

17 iyul, 2021 11:30

Erməni bizə atəş açır, rus hərbçilər Qarabağda təlim keçir... - Bakıdan sərt etirazlar

Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan ərazilərdəki erməni quldur dəstələrinin Şuşa ətrafındakı mövqelərimizi atəşə tutması, az qala, sistemli şəkil almaqdadır. Növbəti təxribata da Azərbaycan hərbçiləri cavab atəşilə reaksiya veriblər və qarşı tərəfin susdurulması məqsədilə lazımi addımlar atılıb. Rəsmi məlumata görə, ordumuzun şəxsi heyəti arasında itki və yaralanan yoxdur.

Ancaq sual yaranır: Rusiya bu təxribatları niyə durdurmur? Üstəlik, olayla bağlı Rusiya Müdafiə Nazirliyinin yaydığı açıqlamada “tərəflər arasında atışma olub”, “təmas xətti” kimi əcaib ifadələr yer alıb. Hansı “tərəflər”, hansı “təmas xətti”? Bir ovuc quldur-separatçı nə vaxtdan Azərbaycan dövlətinə qarşı “tərəf” oldu? Rəsmi Bakı, İlham Əliyev dəfələrə bəyan edib ki, artıq heç bir “təmas xətti”, “status-kvo” yoxdur. Təmas xətti indi yalnız Azərbaycanla Ermənistan arasında dövlət sərhədi sayılır, hansı ki, İrəvanın müqavimətinə rəğmən, SSRİ xəritələri əsasında dəqiqləşdirilir.

Bu, azmış kimi, Rusiya Müdafiə Nazirliyinin rəsmi məlumatlarında Qarabağdakı yaşayış məntəqələrimiz və çoxdan ləğv olunmuş rayonlar tez-tez köhnə erməni adları ilə göstərilir (“Martuni”, “Stepanakert” və s.). Halbuki Azərbaycan Prezidenti sonuncu dəfə 14 iyul çıxışında bir daha açıq mətnlə bəyan etdi ki, Azərbaycan ərazisində Dağlıq Qarabağ adında inzibati ərazi vahidi mövcud deyil. Bəli, Qarabağ bölgəsi, onun şəhər, rayon, qəsəbə və kəndləri var. Üstəlik, dövlətimizin başçısı Qarabağ və Qərbi Zəngəzur iqtisadi zonalarının yaradılması barədə sərəncam imzalayıb, yuxarı və aran Qarabağ həmin iqtisadi zonalar arasında bölüşdürülüb. Ancaq Rusiyanın davranışlarından belə çıxır, Moskva üçün “DQMV”, “SSRİ” hələ də mövcuddur. Halbuki SSRİ xəritəsi yalnız Azərbaycanla Ermənistan arasında sərhədlərin dəqiqləşdirilməsi üçün kara gələ bilər.

Bütün bunlar bir daha Rusiyanın Qarabağda qalmış quldur dəstələrinə, tarixin zibilliyinə atılmış oyuncaq rejimə legitimlik donu biçmək cəhdləri kimi görünür. Rusiya səfirinin Şuşaya getməməsi də bu ehtimalı gücləndirir. Yəni həm səfir nümayişkaranə şəkildə Şuşanı ziyarətdən imtina edir, həm də bu, azmış kimi, çoxdan tərksilah edilməli olan erməni bandit dəstələrinin Şuşa ətrafındakı mövqelərimizi atəşə tutmasına şərait yaradılır. Minsk Qrupunun həmsədri olan digər iki ölkənin hansı mövqedən çıxış etməsinə baxmayaraq, Rusiya, onun Bakıdakı səfiri fərqli mövqe tutmalıydı, çünki Rusiya bölgədə sülhməramlı missiyanı təkbaşına öz üzərinə götürdüyünü nümayiş etdirir. Əgər Qarabağın adı təhrif olunursa, buradakı erməni silahlıları tərksilah edilmirsə, atəş açanlar cəzalandırılmırsa, onda Kremlin sülhməramlı mövqeyilə bağlı iddiaları səmimi görünmür.

Ağdam istiqamətində gizirimiz erməni silahlıların atdığı güllədən yaralandı, Rusiya hərbçiləri hələ də cinayəti ifşa etməyiblər. Üstəlik, Qarabağdakı quldurların hərəkətə keçməsilə paralel şəkildə Ermənistanın Kəlbəcər və Naxçıvan bölgəsi istiqamətində də gərginliyi tətikləyən qüvvələr hərəkətə keçiblər. Son iki gündə hər iki istiqamətdə atəşkəs pozulub, iki nəfərimiz yaralanıb. Belə olan təqdirdə “sülhməramlılar” bizə lazımdırmı? Nəhayət, haradan bilək ki, belə təxribatların iştirakçıları həm də silahlı ruslar deyil?

Heyrətamiz olan budur ki, Azərbaycana qarşı erməni diversantların təxribatlarının davam etdiyi saatlarda Rusiyanın sülhməramlı bölmələri Qarabağdakı dislokasiya ərazisində... hərbi təlimlər keçiriblər. Erməni mənbələri bununla bağlı təsdiqləyici xəbər və fotolar yayıblar. Ruslar minaatanlardan atəş açıb, “düşməni” zərərsizləşdirməyin yollarını məşq ediblər. Maraqlıdır, bununla nə demək istəyirlər? Məgər Azərbaycan hərbçilərinə avtomat və pulemyotdan atəş açanların davranışları sülhməramlıları heç narahat etmirmi?

Digər bir məlumat isə rus hərbçilərinin öz missiyalarını faktiki şəkildə unutduqları qənaətini yaradır. Məlumata görə, Qarabağdakı Rusiya sülhməramlı qüvvələr ermənilərə taxıl biçinində (!) kömək edirlər. Moderator.az erməni mətbuatına istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məhsul yığımında yerli əhaliyə kömək etməklə yanaşı, onların təhlükəsizliyini də təmin etdiyi barədə məlumat yayıb. Azərbaycan ərazisində müvəqqəti yerləşən Rusiya sülhməramlılarının nümayəndəsi Aleksey Kolesnikov bildirib ki, keçmiş Ağdərə rayonunun “Sırxavənd kəndində yerli əhalinin kənd təsərrüfatı işlərini görmək üçün təhlükəsizliyi də təmin olunur”.

Kəsəsi, bölgəyə sülhü və təhlükəsizliyi qorumaq adı altında gələn Rusiyanın hərbi kontingenti faktiki olaraq erməni təxribatlarını görməzdən gəlir.

Sabiq təhlükəsizlik xidməti zabiti, siyasi analitik İlham İsmayıl hesab edir ki, sabah kombayn arxasında Rusiya əsgərinin oturduğunu görsəniz, təəccüblənməyin. “Rusiyanın imperiya ambisiyasında məşhur ”parçala hökm sür" siyasəti əsrlərdir ki, davam edir və Cənubi Qafqazda bu siyasəti həyata keçirmək üçün ermənilər tarixən alət olublar, bu gün də alətdirlər. Təxribatlar Paşinyanın Rusiya səfərindən sonra intensivləşib və atəşkəsin konkret olaraq ermənilər və ya Rusiya hərbçiləri tərəfindən törədildiyi bizə sonadək məlum deyil. Bunu müəyyən edə biləcək Monitorinq Mərkəzi isə absurd bir qurum olaraq fəaliyyətsizdir", - deyə İ.İsmayıl “Yeni Müsavat”a açıqlamasında bildirdi.

Ekspertin sözlərinə görə, Şuşa Bəyannaməsi Rusiyada narazılıq və qısqanclıqla qarşılanıb: “Kreml tədricən narazılığını Bakıya bildirir, o cümlədən atəşkəsin pozulmasına şərait yaratmaqla... Bəyannamədən sonra Türkiyə prezidenti bildirsə də ki, Putinlə görüş olacaq, indiyədək Moskva bu məsələni nə təsdiq, nə də təkzib edib. Əvəzində Rusiyanın təşəbbüsü ilə Paşinyan Moskvaya dəvət olunur”.

İlham İsmayıl: “Üçtərəfli razılaşmanın bəndlərinə tam əməl olunmasını tələb etməliyik, əks halda...”

İ.İsmayılın qənaətincə, “təmas xətti” mövcuddur, bu, reallıqdır: “Əgər Azərbaycanın ərazisində 10 mindən yuxarı Ermənistan silahlı qüvvələri bizim orduya qarşı dayanıbsa, bunun adını nə qoymalıyıq? 10 mindən yuxarı silahlı qüvvəni ”bir ovuc quldur-separatçı" adlandıra bilmərik. 10 noyabr Bəyanatında da tərəf kimi Ermənistan silahlı qüvvələri qeyd edilib. Tərəf separatçılar deyil, Ermənistandır. “Status-kvo” da reallıqdır. Bu reallığı ilk olaraq Rusiya prezidenti Vladimir Putin dedi və bu reallığa uyğun siyasətlərini davam etdirirlər. Araik Arutunyanın bayrağı altında Rüstəm Muradov söhbətlər aparır və bu, status-kvonun reallığıdır. Minsk Qrupu da ondan danışır, Paşinyana zəng edən ABŞ dövlət katibi Entoni Blinken də “ Qarabağda status-kvo sabit deyil” deyir. Sizcə, 8 aydan çox davam edən və hələ nə qədər də davam edəcəyi bilinməyən vəziyyət necə adlanmalıdır? Rusiya elə bu lənətə gəlmiş status-kvoya əsaslanıb “Stepanakert, Martuni, Naqornıy Karabax” terminlərini işlədir. “Təmas xətti”, “status-kvo” kimi terminlərin işlənməməsi üçün 10 noyabr bəyanatındakı 4-cü bənd - “erməni silahlı birləşmələri çıxarılmalıdır”, icra olunmalıdır və keçmiş Dağlıq Qarabağın azərbaycanlı qaçqınları geri qaytarılmalı, paralel olaraq bizim dövlət strukturları o yerlərdə fəaliyyətə başlamalıdır".

İ.İsmayıl hesab edir ki, Ermənistanla sülh müqaviləsi bağlanmasa da olar: “İkinci Dünya müharibəsində Yaponiya kapitulyasiya edilməsinə, təslim olmasına baxmayaraq, bu günə kimi SSRİ-Rusiya ilə sülh müqaviləsi imzalanmayıb. Yaponiya Kuril və digər adaları qaytarıldıqdan sonra müqavilə bağlayacağını bildirib. Ermənistanı elə duruma salmaq lazımdır ki, sülh müqaviləsi imzalamaq üçün xahiş etsin. Biz onlardan yox, onlar bizdən asılıdır. Rusiya üçün Qarabağda 30-50 min erməni deyil, 10 min də qalsa, onları bəhanə edib Cənubi Qafqaz siyasətini davam etdirəcək. Ona görə də bizim qaçqınların ora köçürülməsini sürətləndirmək siyasətinə start verməliyik”.

Ekspert deyir ki, Rusiya səfirinin Şuşa səfərindən imtinası onun bizə qarşı oynadığı ikibaşlı siyasətinin nəticəsidir: “Rusiya həm Minsk Qrupu ilə birgə təzyiq edir, həm də Qarabağa ABŞ və Fransanın birbaşa müdaxiləsini istəmir. Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlıların ilk beşillik müddətinin bitməsinə 4 il dörd aydan da az vaxt qalıb. Bu müddətdə üçtərəfli razılaşmanın bəndlərinə tam əməl olunmasını tələb etməliyik, əks halda Rusiya hərbçilərinin sayı Qarabağda rəsmən artırılacaq və növbəti beş ili də oturacaqlar. Sonra... Sonra isə böyük suallar yaranır”. (musavat.com)

19 dekabr

11:07 - Erməni jurnalistin Azərbaycanla bağlı sualına Zaxarovadan cavab11:01 - Almaniya Avropa İttifaqından çıxır? - "Bloomberg" nəşri10:58 - "Suriya Əfqanıstan kimi olmayacaq" - Colani

17 dekabr

16:06 - Fəzail Ağamalıya 6 ay vaxt verilib...15:57 - Bakıdakı erməni separatçılardan xəbər var - Məhkəmələri başlayır15:49 - Boşanmaların sayı dəyişməyib - Evlənənlər azalıb

16 dekabr

13:59 - Türkiyədən Naxçıvana ikinci qaz xətti çəkiləcək13:45 - Dəməşqdə kritik toplantı... - "Yeni Şafak" yazır13:40 - Parlament gələn ilin büdcəsini qəbul etdi

13 dekabr

14:37 - Deputat tikinti şirkətlərində qanunsuzluqlardan danışdı...14:35 - Zəngəzur dəhlizi ilə bağlı ümumi anlaşma əldə olunub 14:24 - "Zəngəzuru İran qoruya bilər, o da Suriyada elə zərbə aldı ki…" - Rusiyalı politoloq14:22 - Milli Məclisin fasad örtüyünün yuyulması üçün 65 min manat ayrılıb

12 dekabr

15:05 - Ölkədə nə qədər qazi işlə təmin olunub? - VİDEO10:59 - "Bu, Ukrayna üçün xoşbəxtlik yox, xəyanətdir" - Slovakiya Baş naziri10:55 - "SSRİ sərhədlərini tanımamaq dövlətçilikdən imtinadır" - Paşinyan10:50 - Azərbaycanın Türkiyəyə yatırdığı investisiya 10 dəfə azalıb

10 dekabr

18:22 - Azərbaycan təhlükəsizlik orqanları niyə hədəfə alınıb? - VİDEO15:47 - "İran Ermənistana kömək etməyəcək" - Hrant Baqratyan 15:32 - "MİDA-nın sistemi güvən yaratmaq əvəzinə şübhələr doğurur" - Ekspert15:29 - Agentlik bu şirkətdən 567 min manata 14 ədəd minik avtomobili alır

09 dekabr

13:20 - Azərbaycan dollar satışı niyə artıb?13:14 - Rusiyadan müttəfiqlərinə çağırış - "Hazır olun"13:11 - Azərbaycanın Suriyadakı sonuncu səfiri...13:06 - Veysəloğlu Şirkətlər Qrupu ölkəmizə daha bir irihəcmli xarici investisiya cəlb etdi13:04 - Muxtar Babayev ov sezonunu niyə açmır?

06 dekabr

12:32 - Sülh danışıqları dalana dirənib?12:30 - "Ermənistan Azərbaycandan üzr istəməlidir" - Korotçenko12:25 - Fernandu Santuş Millidən göndərilir?

05 dekabr

14:35 - Fələstinlilər Qəzzadan çıxarılır? - Plan açıqlandı