Qoşulmama Hərəkatının Azərbaycana olan inamının səbəbi nədir? - Daha bir il sədrlik edəcəyik...

17 iyul, 2021 12:57

Tərkibində 120 dövləti birləşdirən, 17 beynəlxalq qurumun müşahidəçi statusunda çıxış etdiyi Qoşulmama Hərəkatı dünyanın ən böyük beynəlxalq təşkilatlarından biridir. Bildiyimiz kimi, 2022-ci ildə Azərbaycanın Qoşulmama Hərəkatına sədr qismində səlahiyyət müddəti bitir. Ancaq Azərbaycanın Qoşulmama Hərəkatına daha bir il – yəni 2023-cü ilə qədər bu təşkilata rəhbərlik etməsi ilə bağlı müraciətlər ünvanlanıb. Azərbaycan da bu müraciətə müsbət cavab verib. Şübhəsiz ki, bu, Azərbaycana olan böyük etimad, inamın göstəricisidir və Azərbaycan 1 il də əlavə olaraq Qoşulmama Hərəkatında sədr missiyasısını layiqincə yerinə yetirəcək.

Nəzərə almaq lazımdır ki, Azərbaycana olunan müraciət qlobal qərardır və bunu böyük iqtisadi-siyasi əhəmiyyəti vardır.

Əsas sual isə budur:

Beynəlxalq təşkilatın Azərbaycana olan etimadının səbəbi nədir? Azərbaycan 3 illik sədrlik müddətində hansı işləri görüb ki, ölkəmizin yenidən sədrlik missiyası qlobal qərar kimi gündəmə gətirilib.

Birincisi, Azərbaycanın Qoşulmama Hərəkatındakı sədrlik müddəti bütün dünya üçün ağır bir dövrə təsadüf etdi. Artıq xeyli müddətdir ki, bütün dünya koronavirus pandemiyasının ağır fəsadları, təlatümlü nəticələri və vurduğu böyük zərərlə üz-üzə dayanıb. Virusla mübarizə Azərbaycan üçün də prirotet məsələ idi, bu gün də belədir. Azərbaycan bir neçə cəbhədə döyüşməli, bəşəriyyətə daha geniş miqyaslı töhfələr verməli idi: həm virusla bağlı ölkədaxili tədbirlər planı həyata keçirməli, həm də Qoşulmama Hərəkatının sədri kimi bütün dünya üçün əsas istinad nöqtələrindən birinə çevrilməli idi. Bu baxımdan Prezident İlham Əliyevin COVİD-19 ilə mübarizə sahəsində irəli sürdüyü təşəbbüslər qlobal əhəmiyyəti ilə seçilirdi. Məsələn, BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının keçirilməsi, BMT İnsan Hüquqları Şurasında vaksinlərin ədalətli bölgüsünə dair qətnamənin qəbul edilməsi və s. Şəksiz, bütün bu addımlar qlobal aləmdə xüsusi hörmət və ehtiramla qarşılandı. Bu da öz növbəsində Azərbaycanın Qoşulmama Hərəkatına növbəti 1 il müddətinə də sədrlik etməsini qaçılmaz edən əsas səbəblərdən biri idi.  Ağır və məsuliyyətli missiya idi. Azərbaycan təkcə ölkədaxili mühüm qərarlarla öz əhəmiyyətli təcrübəsini mühüm nümunə kimi önə çəkmədi, həm də beynəxalq proseslərə bütün istiqamətlərdə öz dəstəyini, humanist mövqeyini ifadə etmiş oldu.

İkincisi, Azərbaycanın Qoşulmama Hərəkatına 3 illik sədrlik müddəti həm də ölkəmizin haqq savaşına - 44 günlük Vətən Müharibəsi dövrünə təsadüf etdi. Ölkəmizin beynəlxalq qanunlar çərçivəsində apardığı əks-hücum əməliyyatları - öz torpaqlarını işğaldan azadetmə tədbirləri bütün dünya üçün yeni inkişaf imkanlarının mövcudluğuna işıq saldı. Dünya işğalçı dövlətlərdən birinin - Ermənistanın məğlubiyyətini, Azərbaycanın isə şəksiz qələbəsini görmüş oldu. 30 ildir böyük dövlətlərin, beynəlxalq təşkilatların kiçik terrorçu dövləti zərərsizləşdirə bilməməsi region və dünya üçün mühüm iqtisadi-siyasi imkanların qapısını bağlamışdı. Azərbaycan regionda və dünyada terrorçu dövləti məğlub etməklə, bundan sonra da sülh və əmin-amanlığın, inkişafın yeni konturlarını hazırladı. Digər tərəfdən, müharibə dövründə Azərbaycanın nümayiş etdirdiyi hərbi arsenal, yüksək döyüş qabiliyyətli ordu potensialı dünyanın hərbi sənayesinin taleyində inqilabi rol oynadı. Artıq böyük dövlətlər də anladılar ki, ənənəvi, “klassik” üslubda hərbi resurslar qazanmaq bu sahədə son inkişaf meyarı deyil. Qoşulmama Hərəkatının Azərbaycana olan etimadının əsas səbəblərindən biri ölkəmizin regionda sülhün və əmin-amanlığın bərpası üçün atdığı bu addımlardır.

Üçüncüsü, Azərbaycan COVİD-19 ilə mübarizə məqsədilə bir sıra Qoşulmama Hərəkatı üzvlərinə maliyyə və humanitar yardımlar etdi. Müxtəlif ölkələrin COVİD-19-la mübarizə addımlarına əvəzolunmaz töhfələr verən Azərbaycanın Qoşulmama Hərəkatına növbəti 1 il müddətinə sədrlik etməsi bu dövlətlərin ölkəmizə olan dəstəyinin ifadəsidir.

Dördüncüsü, Azərbaycanın region və dünya üçün iqtisadi-siyasi əhəmiyyəti artmaqdadır. Ölkəmiz qarşıdakı illərdə qlobal əhəmiyyətli layihələrin əsas təşəbbüskarı kimi çıxış etmək hüququ əldə edib. Qarabağın dirçəldilməsi, regiondan yeni iqtisadi imkanların yaradılması və işğaldan azad ərazilərin bərpası Azərbaycanın bütün dünyada iqtisadi-siyasi əhəmiyyətli rolunu daha da artıracaq. Bundan başqa, Azərbaycanın Qoşulmama Hərəkatına daha 1 il sədrlik etməsi ilə bağlı müraciətlər həm də hələ qarşıda qarşıda bütün dünyanı məsuliyyətli sınaqların gozlədiyinin və ölklərin bu sınaqlardan Azərbaycanın qlobal əhəmiyyətli təşəbbüsləri, real addımları sayəsində üzüağ çıxa biləcəyinin göstəricisidir.

Samir Feyruzov 

Azsiyaset.com

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR