"Bakı Avropa İttifaqının Qarabağa dair vasitəçi funksiyasını üzərinə götürmək cəhdlərindən hiddətlənib..." - "Kommersant" yazır...

22 iyul, 2021 11:10

Azərbaycan prezidenti İlham Əliyevin Moskvaya çərşənbə axşamı etdiyi qısamüddətli işgüzar səfər zamanı Rusiya prezidenti Vladimir Putinlə o cümlədən Qarabağa dair gələcək sülh razılaşmaları müzakirə olunub. Hansı ki, bu razılaşmalar pozulma təhdidi qarşısındadır.

Azsiyaset.com virtualaz.org-a istinadla xəbər verir ki, bu haqda “Kommersant” qəzeti yazır. Qəzetin əldə etdiyi məlumata görə, Bakıda Avropa İttifaqının Qarabağa dair vasitəçilik funksiyasını üzərinə götürmək cəhdlərindən hiddətləniblər. Və hesab edirlər ki, bu cəhdlər Yerevanı Rusiyanın vasitəçiliyi ilə əldə edilmiş razılaşmalara yenidən baxmağa təhrik edir.

“Şübhəsiz ki, regionda situasiyanın nizamlanması ən mühüm məsələlərdən biri  olaraq qalır. Sizə kompromis həllərin tapılmasına görə təşəkkür etmək istərdim. Onlar həmişə ən mürəkkəb olur, amma əgər biz nizamlama istəyiriksə,-hansı ki, hamımız bunu istəyirik,-o zaman bu yolla getməliyik. İndiyə qədər buna nail ola bilmişik”,-qəzet Putinin Əliyevlə görüşdə dediklərindən sitat gətirir.

“Kommersant” diqqəti buna yönəldir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın iyulun əvvəllərində Moskvaya səfərindən sonra erməni tərəfinin rəsmi bəyanatlarına Dağlıq Qarabağın statusu məsələsi bütün kəskinliyi ilə qaldırılır. Hansı ki, Kremldəki sonuncu Rusiya-Ermənistan danışıqlarında bu məsələ praktiki olaraq xatırlanmamışdı.

Bakı isə bəyan edir: Qarabağın statusu mövzusunun “fırladılması” çox yanlış və riskli yoldur. Hansı ki, İlham Əliyev bu haqda daha əvvəl bildirib: “Əgər hesab edirlərsə ki, münaqişə həll edilməyib, qoy desinlər onu necə həll etmək lazımdır. Əgər söhbət “Dağlıq Qarabağın” statusundan gedirsə mən artıq bunu demişəm ki, Azərbaycanda belə ərazi vahidi yoxdur. Dağlıq Qarabağ yoxdur, Qarabağ var”.

Qəzet yazır ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Cənubi Qafqaza səfəri də odun üstünə yağ tökmüş oldu. Yerevanda Nikol Paşinyanla mətbuat konfransı zamanı Şarl Mişel “dinc danışıqlar və Dağlıq Qarabağın statusuna baxılması” barədə danışdı. Üstəlik bildirdi ki, Avropa İttifaqı münaqişənin nizamlanmasında rola malik olmağa iddialıdır.

“İndiki postmünaqişə fazasında Dağlıq Qarabağın statusu məsələsinin qaldırılması Parisin və Avropa İttifaqının Cənubi Qafqaza giriş biletidir, hansı ki, onlar Moskvanın ötən ilki diplomatik uğurundan sonra işlərdən kənarda qalıblar”,-Bakıdakı məlumatlı mənbə “Kommersant”a bildirib.

Mənbə əlavə edib ki, belə oyun ciddi risklər daşıyır. Birincisi, münaqişənin başa çatdığını deyən Bakı üçün onun beynəlxalq səviyyədə tanınmış ərazilərinin hansısa statusundan danışmaq qıcıqlandırıcıdır. İkincisi, delimitasiya olunmamış sərhədlər boyu Azərbaycanla Ermənistan arasında qarşıdurma və kommunikasiyaların açılmaması şəraitində status məsələsinin “fırladılması” yeni eskalasiyaya gətirib çıxara bilər.

“Beləliklə, indiki çoxgedişli kombinasiyanın məqsədi tərəfləri danışıqlar masasına oturtmaq deyil, regionda irimiqyaslı təxribatın köməyi ilə Rusiyanın iştirakı ilə əldə olunmuş üçtərəfli razılaşmalar formatını dəyişdirməkdir. Bakını radikal addımlar atmağa təhrik etmək və Rusiya ordusunun cəlb olunmasına nail olmaq məqsədi güdülür”,-mənbə deyib.

Mənbə əlavə edib ki, məhz bu cür kritik məqamda Əliyevlə Putin arasında məsələhətləşmələrə ehtiyac yaranıb.

“Həm Fransa, həm Avropa İttifaqı 2020-ci ilin payızında münaqişənin kəskin fazası zamanı əsasən hansısa rol oynaya bilmədilər. Bu da Avropa İttifaqı strateqlərində narahatlıq yaratdı. Onlar gec də olsa danışıqlar prosesində öz yerlərini tutmağa çalışırlar”,-Rusiya Elmlər Akademiyasının nəzdində strateji qiymətləndirmələr qrupunun rəhbəri Sergey Utkin deyib.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR