"ATƏT-in Minsk qrupunun fəaliyyəti mənasızdır" - "Foreign Policy"

24 iyul, 2021 12:45

“Otuz il ərzində ATƏT-in Minsk qrupu nəticə verməyib. Azərbaycan Silahlı Qüvvələrinin bu yaxınlarda əldə etdiyi qələbə, Ermənistanın işğalının sona çatması onun gələcək fəaliyyəti üçün heç bir şey qoymur. İndi bu, ölü strukturdur”.

Azsiyaset.com xəbər verir ki, bu fikirlər ABŞ-ın “Foreign Policy” jurnalında dərc olunan və Minsk qrupunun Qarabağ münaqişəsinin həlli çərçivəsində 30 illik fəaliyyətinə həsr olunan məqalədə yer alıb.

Məqalədə deyilir ki, bu təşkilat bu illər ərzində qarşısına qoyulmuş vəzifələri həll edə bilməyib və sözün hərfi mənasında fiaskoya uğrayıb. Vurğulanıb ki, Ermənistan tərəfi hələ 2007-ci ilin noyabrında ATƏT-in Madrid konfransında Ermənistan və Azərbaycan xarici işlər nazirlərinə təqdim olunan “Madrid prinsiplərin”dən imtina edib: “2020-ci ildə Ermənistan baş naziri Nikol Paşinyan qondarma “Dağlıq Qarabağ Respublikası”nın işğal olunmuş ərazilərdən qovulmuş Azərbaycan vətəndaşlarının iştirakı olmadan Azərbaycanla aparılan danışıqlarda tərəf kimi çıxış etməli olduğunu söyləməklə “Madrid prinsiplərin”dən birbaşa imtina etmiş oldu. Bu bəyanat açıq şəkildə yalnız Madrid təkliflərindən yox, həm də Minsk qrupunun fəaliyyətindən imtina edilməsi demək idi”.

Məqalədə Fransa və onun bu təşkilatın həmsədri kimi fəaliyyəti tənqid olunur: “Prezident Emmanuel Makron Fransanı Minsk qrupunun həmsədri kimi geri qayıdışı olmadan diskreditisaya etdi, nüfuzdan saldı. Çünki açıq bəyanatlarla Ermənistanın tərəfini tutdu və bununla da diplomatik bitərəfliyi pozdu. Makron hətta “Mən Ermənistana və ermənilərə səslənirəm: Fransa öz rolunu oynayacaq” deməkdən də çəkinmədi”.

Nəşr yazır ki, Minsk qrupunun sonrakı müzakirələrdə hansısa rol oynaması üçün nəinki yeni həmsədrlər, hətta danışıqlar aparılmasının yeni çevrəsi tələb olunacaq. “Ancaq hadisələr çox sürətlə inkişaf edir və etməyə də davam edəcək. ATƏT-in isə çətin çoxtərəfli diplomatiyası ilə onlara çatdırması çətin olacaq. Regionun özündə iqtisadi və siyasi əməkdaşlıq təklifləri, o cümlədən Türkiyənin “altılıq platforması” (Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya və Türkiyə) hadisə yerindən minlərlə kilometr uzaqlıqdakı ölkələrin təqdim etdiyi siyasi sxemlərdən daha həyati və dinamikdir”, - məqalədə deyilir.

Nəşr, eyni zamanda, ABŞ səfiri Riçard E.Hoqlandın sözlərindən sitat gətirib: “Biz beşulduzlu hotellərdə qaldıq, bizə nümayəndəlik mərtəbələrində nömrələr verirdilər, bununla da əlavə xərcə düşmədən özəl yeməkxanalara və tam təmin olunmuş barlara çıxış əldə edirdik. Həmişə şəhərlərdə ən yaxşı restoranları axtarırdıq. ATƏT bayrağını göstərdiyimiz və Bakı ilə İrəvana Minsk qrupunun varlığını xatırlatdığımız müddətdə yaxşı yaşayırdıq. Ancaq, düzü, çox az şey əldə edilib”.

Jurnal qeyd edir ki, münaqişəni birdəfəlik həll etməyin yeganə yolu Ermənistanla Azərbaycan arasında sülh müqaviləsidir, diplomatik təcrübədə müharibələr belə sona çatır. Vurğulanır ki, Azərbaycan əhalisi Ermənistan əhalisindən üç dəfə çoxdur, ümumi daxili məhsul baxımdan isə Azərbaycan qarşı tərəfi dörd dəfədən çox üstələyir.

“Azərbaycan “orta güc” kimi nisbi diplomatik muxtariyyət qurub, Ermənistanın isə dünya səhnəsində yalnız Rusiyadam asılı vəziyyətdə qalır”, - məqalədə bildirilib.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR