İsraildə səfirlik açılması niyə ləngiyir...

07 avqust, 2021 11:26

Bu günlərdə maraqlı bir xəbər oxuduq. Rəsmi mənbələr bildirirdi ki, Azərbaycan İsraildə özünün turizm və ticarət təmsilçiliyini açıb. Amma bunsuz da məlum idi ki, Yerusəlimlə Bakı arasında çox sıx münasibətlər var və onlarn iqtisadiyyatın bir neçə istiqamətini, əsasən da hərbi-texniki sahəni əhatə edir.

İki ölkə arasındakı diplomatik münasibətlərin də tarixi on illiklərlə ölçülür. İsrail Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub və çox qısa zamanda da Bakıda öz səfirliyini açıb. Amma bu məsələdə hələ də bir asimmetriya var – Yerusəlimdən fərqli olaraq Bakı hələ də İsraildə öz səfirliyini açmayıb.

Ən müxtəlif zamanlarda bildirilib ki, səfirlik bu gün sabah açılacaq. Di gəl ki, proses, necə deyərlər, acı bağırsaq kimi uzanır. İki ölkə arasındakı münasibətlərin bu durumu İran amili ilə izah olunur.

Amma başqa vaxt qürurlanırıq ki, biz Cənubi Qafqazın ən müstəqil olkəsiyik. Bəs onda problem nədədir axı? Biz İranla münasibətləririmizin üzərində həddindən çox əsmirikmi?

Məsələ bundadır ki, Azərbaycan İrana ehtiyac duyduğu kimi, İran da Azərbaycana ehtiyac duyur.
Məhz qonşu dövlətlərin münasibətlərinin nəticəsidir ki, Tehran ABŞ-ın iqtisadi sanksiyaları qarşısında duruş gətirə bilir– bunlara nə Azərbaycan qoşulur, nə də Türkiyə.

Ən müxtəlif “ekspert”lər proqnozlaşdırırdı ki, Ermənistan İsraildə səfirlik açandan sonra Tehranla İrəvanın münasibətləri soyuyacaq. Amma heç nə baş vermədi. İrəvan səfirliyini açdı və İranla da münasibətlərini davam etdirdi.

Hər dəfə bu məsələyə toxunanda qeyri-ixtiyari adamın beynindən bir sual keçir: Biz niyə görə siyasətimizi İranla razılaşdırmalıyıq? Bakı bir vaxt bəyan etdi ki, balanslaşdırılmış siyasətdən milli maraqlara cavab verən siyasətə keçir. Yəni bundan sonra meyar Rusiyanın və ya İranın maraqları yox, Azərbaycanın öz maraqları olacaq.

Bir daha deyirik ki, biz özümüzü Qafqazın ən müstəqil ölkəsi hesab edirik, amma bütün digər ölkələrdən daha çox Rusiya və İranla münasibətlərin üzərində əsir, bir addım atmamış özümüzdən soruşuruq: Moskva və Tehran buna nə deyər...

Qeyd edək ki, Ermənistan Azərbaycanın İsraillə münasibətlərinə çox qısqanclıqla yanaşır. Onları daha çöx iki ölkə arasındakı hərbi-texniki əməkdaşlıq narahat edir. Əlbəttə, ermənilər bu prosesə maneçilik törədə bilməzlər, çünki bu, biznesdir və Azərbaycan İsraildən texnikanı valyuta ilə alır.

Müqəddəs Torpaqla əlaqələrimizin etno-mədəni kökləri haqqında danışmağa dəyməz, çünki Azərbaycan Cənubi Qafqazın böyük yəhudi icması yaşayan yeganə ölkəsidir.

İsraillə simmetrik münasibətlər bizə nə verə bilər? Birincisi, siyasət də boşluğu sevmir. İnanın, ermənilər İsraildə səfirlik açmağa təsadüfən tələsmədilər, onlar Bakı ilə Yerusəlimin əlaqələrinə problem olmağa cəhd edəcəklər. Buna nail ola biləcəklər, ya yox, bu, artıq başqa məsələdir, amma onlar buna çalışacaqlar.

İrana gəldikdə, onlar İsraili boykot siyasətinə bir “müsəlman həmrəyliyi” məzmunu vermək istəyirlər. Amma aparıcı müsəlman ölkələrinin İsraillə diplomatik münasibətləri var. Üstəgəl, son vaxtlar bir sıra ərəb ölkələri də İsraillə münasibət qurmağa başlayıblar. Bu proses hələ prezident Trampın vaxtında başlamışdı və bu gün də davam edir.

Hətta İranın daxilində problemə münasibət fərqlidir. Xatırlayırıq ki, son illərin aksiylarında iranlılar “Bizi Fələstin problemi yox, İranın öz problemləri maraqlandırır!” deyə qışqırırdılar. Üstəgəl, İsrail səfirliyin açılmasını Fələstin problemilə şərtləndirmir.

Məsələn, Yerusəlim məsələsi BMT-də müzakirə olunan zaman əksər ölkələr Trampın qərarının əleyhinə səs verdilər. Amma həmin ölkələrin İsraillə sıx və simmetrik təmasları var.

Sadəcə, Azərbaycanda hər şeyi bir az uzatmağı, ləngitməyi sevirlər. Məsələn, yadımızdadır ki, birinci Konstitusiyamızda belə bir maddə vardı ki, parlament ölkənin hərbi doktrinasını təsdiq edir.

İnanmazsınız, amma bu məsələ iyirmi ildən çox çəkdi! İsraildə səfirliklə bağlı da bunu demək olar – burada heç bir problem yoxdur. Bütün məsələlər bundadır ki, biz məsələləri uzatmağı sevirik. Həm də lazım olandan da çox ehtiyat edirik, halbuki məsələni tez və operattiv həll etmək olardı...

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR