Rusiya əhalinin Xankəndidən qaçmasının qarşısını ala biləcəkmi?

11 avqust, 2021 11:58

Bir neçə gündür Ermənistan mətbuatı Qarabağda yaşayanların oradan qaçmaq istəyi, onların şikayətləri ilə dolu məqalələr dərc edir. Bunun ardından Rusiya sülhməramlıları həmişəki kimi bizi qıcıqlandıran, düşməni sakitləşdirməyə yönəlik addımlar atdılar. Onların yaşadıqları ərazilərdə bayraq sancır, tikintilər aparırlar.

Təhlükəsizlik üzrə ekspert İlham İsmayılın fikrincə, əslində tikintilərin aparılmasında məqsəd bizə mesaj verməkdən çox, Qarabağda yaşayanları Rusiyanın bura uzun müddətli gəldiyinə inandırmaqdır:

“Rusiya onları orada saxlayaraq Cənubi Qafqaza təsir və təzyiq imkanlarını artırmaq üçün sadə bir yol seçir, bayrağını qaldırır”.

Amma bu da var ki, Xankəndidə bu gün əhalini təşfişə salan vəziyyət yaranıb. Onların problemi meydana çıxıb, su hövzələri nəzarətimizə keçib; Bölgədə Ermənistana aid radio və TV tezlikləri bloklanib, yalnız Azərbaycan kanalları işləyir. Şuşada və dörd bir yanda oturan Azərbaycan əsgəri ayağının altında qalan Xankəndini ovcunun içi kimi görə bilir. Elə bu da hay-küy salıb kömək istəməyə alışqan olan ermənilərin qaçış planlarına əsas verir.

“Azərbaycan ordusunun 44 günlük müharibədə göstərdiyi uğurlu əks-hücum əməliyyatı erməniləri çətin duruma salıb. Qarabağda qalan ermənilərin qidayla davamlı təminatı, hər hansı bir işlə məşğul olma imkanları, gələcəklə bağlı perspektiv planları alt-üst olub. Müharibədən əvvəl pis-yaxşı bunu Ermənistan və erməni diasporu edə bilirdisə indi bu imkanlar çox məhdudlaşıb”. Bu fikirləri bizimyol.info-ya Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü səsləndirib.

“AzTV-nin zərərli təbliğatı o qədər dərinə işləyib ki, artıq Azərbaycan insanı ermənilərin Qarabağdan, hətta Ermənistandan köç etməsi kimi yerli mediada gedən doğru xəbərlərə də inanmır. Lakin bu barədə xəbərlər yalnız bizim aztvfason mediada deyil ermənilərin öz KİV-də də işıqlandırılır. Bu xəbərləri oxuduqdan və azacıq təhlil etdikdən sonra bir sıra həqiqətlər bəlli olur. 

Ermənistan dövləti özü yardımlarla yaşadığı, müharibədən də ağrı bir zərbə alaraq çıxdığı üçün Qarabağdakı ermənilərə ciddi bir dəstək göstərə bilməsi sual altındadır. Bundan başqa əvvəl Ermənistanla Qarabağ erməniləri arasında əlaqə imkanları geniş idisə indi bu imkan yalnız Laçın dəhlizi vasitəsilə, özü də Azərbaycanın da ciddi nəzarət şərtləri altında gerçəkləşdirilir. Ona görə də şərtlər ağırlaşıb. Digər bir məqam müharibədə Azərbaycan ordusunun göstərdiyi qəhrəmanlığın, xalqımızın torpaq üçün yumruq kimi birləşməsinin erməniləri qorxuya və təşvişə salmasıdır. Qarabağdakı ermənilər müharibədən sonra nə Paşinyana, nə Ermənistana, nə də Rusiya ordusuna və rus dövlətinə etibar etmir. Onlar Azərbaycanın hər an yenidən Qarabağda ermənilərin qaldığı əraziyə hücum edə biləcəyindən, Xankəndi və ətraf ərazilərə də tam sahib ola biləcəyindən ciddi şəkildə əndişədədirlər. Bu narahatlıqlarını gizlətmirlər və müntəzəm olaraq da dilə gətirirlər. 

Ermənistanın və Rusiyanın verdiyi vədlər, göstəridyi kiçicik yardımlar isə onlara təslli deyil narahatlıq verir. Çünki 44 gündə nə baş verdiyinin canlı şahidi oldular. Rus sülhməramlılarının isə 25 minlik Qarabağ ermənisini daimi bir şəkildə yedirib-içirəcəyi, saxlayacağı ninki ermənilərə, heç rusların özünə də inandırıcı deyil. Rusiyanın özünün o qədər sosial-iqtisadi problemləri var ki, onun Qarabağ, Krım, Donetsk, Luqansk, Abxaziya, Osetiya, Dnestryanı və s. kimi separatçı qurumları, orada yaşayanları saxlamaq imkanları tükənməkdədir. Bütün bunları hesablayan Qarabağ erməniləri ilk fürsətdəcə Ermənistana, oradan isə xaricə qaçmağa üstünlük verirlər. 

Bu barədə faktlar, məlumatlar ötən hər gün Ermənistan mediasında həyacanlı bir şəkildə açıqlanır. Onlar təkcə Qarabağdan qaçmırlar. Son məlumatların təhlili göstərir ki, onlar Ermənistanın Azərbaycanla sərhəd bölgələrindən də uzaqlaşmağa, imkan olduqca paytaxt İrəvana yerləşməyə çalışırlar. Ermənistan ekspertləri rəqəmlərlə Gümrü, Qafan, Gorus, Meğri, Qarakilsə kimi ərazilərdə əhalinin sayında azalma müşahidə olunduğunu deyirlər. Ermənistanın bəzi başbilənləri bu gedişatla Zəngəzurda və Tavuşda bir neçə ilə ümumiyyətlə, əhalinin qalmayacağından narahatdırlar. Bu cür ağır durumda olan Ermənistanın yalnız bir çıxış yolu var. Azərbaycanla, bölgədə təsir imkanları get-gedə daha da artan Türkiyə ilə konstruktiv münasibətlər qurmaq, xəstə  və zəhərli ideyalardan əl çəkmək. Əks təqdirdə ermənilər daha da ağır durumlara düşəcəklər”,- deyə ekspert qeyd edib.

Ermənistanın nəzarətində olan 16 min kvadrat kilometr ərazinin 75 faizini Azərbaycan əsgəri qanı, canı bahasına geri ala bildi. Hazırda 3150 kvadrat ərazi sülhməramli və separatçilarin nəzarətindədir. Bu uğurda masa üzərində savaş gedir. Qarabağda “quyruğunu dik tutmağa çalışan” Rusiya müxtəlif cəbhələrlə savaşmaq zorundadır. Bir yandan da başı özünə qarışıb. Putinin yerinə varis axtarışı gedir və bu müdafiə naziri Sergey Şoyqu ola bilər. Şoyqu ağılsız insan deyil. O hansı məqsədlərləsə paytaxtın Sibirə köçürülməsi təklifini irəli sürüb. Ölkədəki ağır vəziyyəti Yeltsinin gedib, onun taxtını Putinin tutduğu 99-cu illə müqayisə edib və daha ağır olduğunu qeyd edib. Həmçinin daxili parçalanmanın Suriyanı, Livanı, İraqı xaraba qoyduğunu yada salaraq Rusiyanın özünü qorumasının əhəmiyyətindən danışıb. Rusiyanın siyasi sanksiyalarla əl-qolu bağlanılır və Şoyqunun verdiyi açıqlamalar da yəqin ki, havaya atılan sözlər deyil. Zaman hələ ki, xeyrimizə işləyir, fürsətlər verir. Əminəm ki, uğurla istifadə edə biləcəyik"(bizimyol.info). 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR