"Daş atırsan siyasətçiyə dəyir, amma bircə ideoloq yoxdur" - Mirmahmud Mirəlioğlu deputatın cavabını verdi

13 avqust, 2021 14:54

Bir neçə gün əvvəl vaxtilə AXC fəallarından olmuş Böyük Qurtuluş Partiyasının sədri Fazil Mustafa zamanında eks-prezident Əbülfəz Elçibəyin ətrafında olan şəxslərə qarşı bu gün cəmiyyətdə hökm sürən qərəzli münasibətdən söz açıb.

Deputat qeyd edib ki, siyasətdə Əbülfəz Elçibəyin 30 il öncə səsləndirdiyi bütün fikirlərin təkrarlanması kimi bir tələb yoxdur. İnsanlar bilməlidir ki, müstəqillik, demokratiya kimi ümumi ideyalar təkcə Elçibəyə yox, ölkəsinin inkişafına önəm verən hər kəsə məxsusdur.

“Kim Azərbaycanın xeyrinə fəaliyyət göstərirsə, siyasət anlayışı varsa, Azərbaycanın inkişafına yardım edirsə, Elçibəyin ideyasını həyata keçirir deməkdir. Kim nə bilir, bəlkə də, Elçibəy indi sağ olsaydı, bəzi fikirlərindən özü imtina edərdi. Siyasəti əqidə məsələsinə çevirməkdən böyük axmaqlıq yoxdur”,- deyə millət vəkili modern.az-a açıqlamasında bildirib.

Mərhum AXC sədrinin müasir dövrümüzlə səsləşməyən, redaktəyə ehtiyacı olan hansısa fikirləri varmı?

Azsiyaset.com mövzu barədə yenisabah.az-a danışan Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu hesab edir ki, zaman gələcək Elçibəyin bu gün qəbul olunmayan, tənqidə məruz qalan, hətta anlaşılmayan bütün ideyalarının öz təsdiqini tapacaq:

“Düzü, bu və ya digər açıqlamalara münasibət bildirməyi doğru hesab etmirəm. Yəni kimsə hər hansısa bir fikir səsləndirə bilər. Deməli, o, belə düşünür. Ümumilikdə, Elçibəy ideologiyasına gəldikdə, bugünkü bəzi qafalar onların hamısını qəbul eləmək gücündə deyil. Bu, Azərbaycanın, Türk dünyasının bütövlüyü ideologiyasıdır. 44 günlük müharibə bir çox şeyi təsdiq elədi. Bəzən bu və ya digər məsələlərə münasibət bildirərkən sadəcə o şüarların zahiri görkəminə fikir veririk, mahiyyətə yox. Bu isə Azərbaycanda ideoloqların olmamasının göstəricisidir. Buna Əbülfəz Elçibəy belə cavab verirdi: “Mən həm inqilabçı, həm siyasətçi, həm müəllim, həm də ideoloqam”. O, həqiqətən, mübarizə aparırdı. Bu, təkəbbür demək deyil. Bu, Azərbaycan siyasi səhnəsində, dövlətçilik ərkanında boşluğun göstəricisi idi”.

Mirmahmud Mirəlioğlu vurğulayıb ki, Azərbaycanda hamı siyasətçi oldu, amma siyasətçilər yetişmədi:

“Əsl siyasətçi yetişdirmək çətindir, bir günün işi deyil. 200 illik köləlik dövrü – çar Rusiyası, sovet Rusiyası var. Keçmiş SSRİ məkanında əgər bütün xalqların, respublikaların rəhbərləri həmin ölkənin öz adamıydısa, Azərbaycanda bu, belə deyildi. Başlanğıcda bütövlükdə gürcü və erməni vardı. Sovet İttifaqının rəhbərliyində Moskvada erməni və gürcülər vardı. Bunların heç biri təsirsiz ötüb keçməyib. Bir də ki milli, insani məsələlər kimin hansı status sahibi olmasından asılı olmayaraq, hər adamın işi deyil. 

Məsələlərə bir mövsümi, bir də fundamental münasibət bəsləmək var. Azərbaycanın bütövlüyü məsələsi hər oğulun və xanımın işi deyil. İndi hər kəs istəyir özünün yaşadığı zamanda nəyəsə nail olsun. Amma ideoloq deyir ki, mən olmasam da, milli ideya, dövlətçilik ideyası yaşamalıdır, bizsiz də dünyanın işi keçər”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR