İtaliya mətbuatı Prezidentin səsləndirdiyi fikirlərdən yazır

27 avqust, 2021 02:10

İtaliyanın “Kmetro0” və “Agenzia Nova” kimi kütləvi informasiya vasitələrində Prezident İlham Əliyevin BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyevanı qəbul edərkən səsləndirdiyi fikirlərə dair yazılar dərc olunub.

Azərbaycan Respublikasının İtaliya Respublikasındakı Səfirliyindən bildirilib ki, yazılarda dövlət başçısının fikirlərinə istinad edilərək Azərbaycanın BMT-dən sonra ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq münasibətlər sistemində mühüm rol oynadığı, xüsusilə COVID ilə mübarizə sahəsində BMT Baş katibinin təşəbbüslərinə dəstək olduğu, bu xüsusda, ötən ilin sonunda Azərbaycanın təşəbbüsü ilə koronavirusa həsr olunmuş BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirildiyi və bunun da bu xəstəliyə qarşı Azərbaycanın qlobal mübarizəyə bir töhfəsinin olduğu qeyd olunur.

“Həmçinin milli qisimdə 30-dan çox ölkəyə yardım göstərmişik. Maliyyə, humanitar yardımı göstərmişik, biz dəstəyə ehtiyacı olan ölkələrlə peyvəndləri paylaşmışdıq. Bu, bizim beynəlxalq birliyin məsul üzvü kimi gündəliyimizi nümayiş etdirir. İmkanlarımız və potensialımız daxilində biz sülhə və təhlükəsizliyə töhfə verməyə çalışırıq”, deyə Prezident İlham Əliyevin fikilərinə yer verilir.

Yazılarda dövlət başçısının Azərbaycanın BMT ilə fəal qarşılıqlı əlaqələrinin Ermənistanın təcavüzü nəticəsində başlandığını bildirməsi və “1993-cü ildə Təhlükəsizlik Şurasının məşhur qətnamələri qəbul olunmuşdur. Bu, çox müsbət addım idi, erməni təcavüzünə toxunularaq bizə dəstəyin çox ümidverici bir jesti idi. Bizim beynəlxalq səviyyədə tanınan ərazilərimizdən erməni qoşunlarının dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələbi Təhlükəsizlik Şurasının çox mühüm siyasi bir jesti idi. Lakin, əfsuslar olsun ki, bu qətnamələr icra olunmamışdır və yəqin sizin də bildiyiniz kimi, Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizminin olmaması məsələsini mən şəxsən dəfələrlə qaldırmışam”, kimi fikirlərinə istinad olunur.

Habelə yazılarda qeyd olunur ki, görüşdə Prezident İlham Əliyev bildirimişdir ki, Azərbaycan cəmiyyətinin anlamaqda çətinlik çəkdiyi məsələ o idi ki, bu qətnamələri qəbul edənlər, Təhlükəsizlik Şurasının daimi üzvü olan beş ölkədən üçü ATƏT-in Minsk qrupuna həmsədr olan və hələ də həmsədrlik edən ölkələrdir. “Onlar özləri bu qətnamələri qəbul etmişdir. Bu qətnamələrin həyata keçirilməsinə imkan yaratmaq üçün onların mandatı var idi. Lakin, əfsuslar olsun ki, 28 il ərzində Minsk qrupu çox imkanları əldən verib”, deyə dövlət başçısının fikilərinə yer verilir.

Yazılarda Prezident İlham Əliyevin “bir çox hallarda mən Ermənistana qarşı sanksiyaların tətbiq edilməsi məsələsini qaldırmışdım. Çünki düşünürdüm ki, bu, toqquşmanın, müharibənin qarşısının alınması üçün bir yol ola bilərdi. Biz məsələni sülh yolu ilə həll etmək istəyirdik” və “əgər Ermənistana qarşı vaxtında sanksiyalar tətbiq edilsəydi, əgər Minsk qrupunun həmsədrləri, dünyanın üç aparıcı ölkəsi potensialının 5 faizini Ermənistanı öz işğalçı qüvvələrini geri çəkməyə inandırmağa və ya məcbur etməyə istifadə etsəydi, müharibə baş verməzdi. Odur ki, müharibəyə görə məsuliyyət yalnız Ermənistanın üzərində deyil, həmçinin onu beynəlxalq hüquqa riayət etməyə məcbur edə bilməyən və ya bunu etmək istəməyənlərin üzərinə düşür”, kimi fikilərinə istinad olunur.

Yazılarda qeyd olunur ki, Prezident İlham Əliyev görüşdə müharibənin bitdiyini, münaqişənin həll olunduğunu, bu baş verənlər haqda danışılası heç bir məsələnin qalmadığını, artıq gələcəyə baxılmalı oldğunu və hazırda bizim əsas narahatlığımızın dağıdılmış, tamamilə viran qoyulmuş ərazilərin bərpası olduğunu bildirmişdir. Habelə Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı ilə bu məsələlərdə, humanitar vəziyyətlə bağlı məsələlərdə, işğaldan azad olunmuş ərazilərin bərpasına dair planlarımızla bağlı gələcək əməkdaşlığa ümid etdiyini və BMT institutları ilə daha çox qarşılıqlı əlaqəyə ehtiyacının olduğunu demişdir.

Eləcə də, qeyd olunur ki, görüşdə Prezident İlham Əliyev Azərbaycanın UNESCO ilə də təmasda olduğunu, UNESCO-nu, demək olar ki, 30 ilə yaxındır gözlədiyimizi, bir neçə il bundan öncə hələ işğal dövründə, UNESCO-nu tarixi abidələrimizə erməni təcavüzkarları tərəfindən dəymiş ziyanı gəlib görməyə dəvət etdiyimizi, lakin UNESCO rəsmilərinin imtina edərək UNESCO-nun siyasi məsələlərə qarışmadığını bildirdiklərini demişdir. “Lakin, müharibə bitdikdən sonra UNESCO tərəfindən onların gəlmək istədiyinə dair siqnallar aldıq. Əlbəttə, biz öz təəccübümüzü bildirdik. Çünki demək olar, 30 il idi ki, biz onları çağıranda gəlmirdilər. Müharibədən sonra isə gəlməyə qərar verdilər. Buna görə biz buna razılaşdıq və mənim də bildiyim qədər son məlumat belə idi ki, missiya artıq yaradılıb, amma indi Ermənistan yenə etiraz edir. Buna görə yenə də missiya gecikir”, deyə dövlət başçısının fikirlərinə istinad olunur.

Yazılarda Preizdent İlham Əliyevin Azərbaycanın BMT-nin digər təsisatları ilə daimi təmasda olduğunu, ekspert biliyi və məsləhətlər nöqteyi-nəzərdən geniş beynəlxalq iştirak və yardımın lazım olduğunu dediyi qeyd olunur. “Çünki indi bizim bərpa etdiyimiz ərazi on minlərlə kilometrdən çoxdur və əlbəttə ki, biz BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ilə təmasdayıq. Mümkün olan ən qısa müddətdə bütün keçmiş məcburi köçkünləri orada yenidən məskunlaşdırmağı planlaşdırırıq, amma əsas problem mina və hər yerin tamamilə dağıdılıb, viran qoyulmasıdır. Buna görə də Birləşmiş Millətlər Təşkilatı və qurumları ilə əsas məqsədimiz bir-birimizə etimad göstərərək və tərəfdaş olaraq azad edilmiş torpaqlarımızın bərpa edilməsinə nail olmaqdır. Bakıdakı nümayəndəliyinizin bu işə fəal cəlb olunacağına güvənirik”, kimi fikirlərinə yer verilir.

20 avqust

13:25 - Fransanın Azərbaycana göndərdiyi yeni səfir kimdir?13:22 - Azərbaycanda qadınlar kişilərdən daha çox pul xərcləyir - Rəsmi statistika13:20 - "Bakı və İrəvan arasında saziş İran üçün təhdud yox, fürsət yaradacaq" - Cavad Zərif13:16 - "Kontakt Home”dan şikayətlər səngimir" - "Qızıl Zəmanət" müştəriləri tələyə salıb

18 avqust

13:44 - Rusiyadakı azərbaycanlılara yeni qadağa...13:42 - Əcnəbilərə cinayət işi açıldı - DİN məlumat yaydı13:39 - Rusiya Odessada SOCAR-ın yanacaqdoldurma məntəqəsini vurub

15 avqust

13:01 - İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı vacib mesaj...12:58 - "İran Ermənistan və Azərbaycan arasında sülh sazişini alqışlayır, lakin..." 12:56 - "Rusiya Ermənistanı "Tramp yolu"nun yaradılmasında dəstəkləyir" - Overçuk

12 avqust

10:11 - Qarabağda milyonluq tender maxinasiyası - Leysan Məmmədov yenə "iş başındadır"

11 avqust

15:18 - "Azərbaycan Milli Qəhrəmanlarını Tanıtma" İB-dən İlham Əliyevə AÇIQ MƏKTUB15:15 - Paşinyan Putinə hesabat verdi...15:12 - "İran bu şərtlə Zəngəzur dəhlizinin açılmasının lehinədir" - Pezeşkian15:10 - nvestorlar Tramp-Putin görüşünə fokuslanıblar - Neft sürətlə ucuzlaşır

21 iyul

14:06 - Neft Fondunun mənfəəti azalıb14:05 - Karapetyan zindandan məktub göndərdi - Zəngəzur dəhlizi tezliklə reallığa çevriləcək...13:59 - Ermənistan konstitusiyasını dəyişmək istəmir13:57 - Abbas Abbasovun Rusiyadakı biznesi 10 milyon zərər edib

14 iyul

13:09 - Erməni oliqarx yeni partiya yaradır 13:05 - Azərbaycan ildə 2.4 milyard... - Ekspert maraqlı faktlar açıqladı13:02 - Hindistanlı turistlərin Azərbaycana səfəri kəskin artıb - Boykot işə yaramayıb

11 iyul

15:07 - Veysəloğlu Şirkətlər Qrupunun elan etdiyi "Qida Təhlükəsizliyi Ayı"na yekun vuruldu - FOTOLAR

07 iyul

12:31 - Xaricdəki diplomatlarımız Bakıya çağırıldı - SƏBƏB12:29 - Hüquqşünas deputatlardan gileyləndi - "Qanunlara dəyişikliyi yadda saxlamaq çox çətindir"12:27 - Dağıstan rəhbərindən Azərbaycan-Rusiya münasibətlərinə - Reaksiya

04 iyul

11:45 - Bu dəfə... - 539 "Şahed", 10 "İsgəndər" raketi11:43 - İlham Əliyev Donald Trampa məktub göndərdi 11:26 - İrəvan Sülh Fondundan 10 milyonu ala bilmir

30 iyun

13:26 - Rusiyada azərbaycanlılara qarşı OMON hücumları