Rusiyaya İranla çətindir, Tehran da Moskvaya şad deyil

29 avqust, 2021 19:50

Müəllif: İkram Nur

Əvvəllər İran parlamentinin sədr müavini vəzifəsini daşımış mühafizəkar siyasətçi Əli Motəhari Rusiyanın İran siyasətini pisləyib və Moskvanın “1979-cu ildən başlayaraq ölkənin həyatında destruktiv rol” oynadığını bildirib.

«Böyük diplomat” Levon Caqaryan (Rusiyanın İrandakı səfiri - red.)daha İranda səfir olmayacaq. Pilləkən qalmaqalının qəhrəmanı aqreman müddətinin bitməsinə qədərki bir neçə ayı da İranda keçirəcək və evə dönəcək. Heç olmasa ona görə ki, dəyəri sıfıradək enib - İranın vəzifəli şəxsləri Rusiyanın diplomatik əməkdaşları ilə görüşləri boykot edir, Rusiya əleyhinə köklənmiş franksiya isə sonrakı oyun üçün əlavə xal qazanıb.

Rusiyanın mövqeyi İranda anti-Rusiya partiyasının aktivləşməsi deməkdir

Mühafizəkar dairələrdə tanınmış və nüfuzlu şəxs olan Əli Motəharinin kəskin bəyanatı prezident İbrahim Rəisinin Vladimir Putinlə danışıqlarından dərhal sonra səslənib. Həmin danışıqlarda isə Rəisi “Rusiya ilə münasibətlərin genişlənməsi və möhkəmlənməsi üçün səylərin onun administrasiyasının xarici siyasətinin mərkəzi elementi olduğunu” bildirmişdi.

İran prezidenti bir şey, ölkə isteblişmentinin nüfuzlu nümayəndələri isə başqa şey - tamamilə tərsini söyləyir. Münaqişə? Yox, bu,  İran reallığıdır, Rusiya ilə münasibətlərin ikitərəfliliyidir, o cümlədən, bu münasibətlərdə neqativ get-gedə çoxalır.  Prezident Əhmədinicatın dövrləri geridə qalıb - o vaxtlar İranda ABŞ-ın sanksiyalarına qarşı duruş gətirmək üçün Moskvanın yardımına ümid bəsləyirdilər.

S-300 raketləri ilə bağlı müqavilənin tarixçəsi, Rusiyanın faktik olaraq İran əleyhinə sanksiyalara qoşulması, İrandakı iqtisadi layihələrini dayandırması və rus şirkətlərinin ölkəni tərk etməsi - bütün bunlar iranlıları Moskva ilə bağlı illüziyalardan tez və keyfiyyətlə xilas etdi.  Ruhaninin vaxtında strateji əməkdaşlığın vacibliyindən hələ danışırdılar - ancaq bunlar növbətçi cümlələr idi.  Hazırda Rusiya ilə əməkdaşlığa sırf ani baxılır.

O cümlədən, buna olduqca praqmatikcəsinə yanaşırlar:  əgər hansısa məsələdə fayda varsa - əməkdaşlıq edəcəyik.  Yox əgər hər şey yenə sözlərdən və xoş istəklərdən o yana getmirsə, konkretlik yoxdursa - Moskvasız da keçinərik.  Rusiya Tehrana təsir rıçaqlarını itirib. İllik  $1,8 milyardlıq mal dövriyyəsində, müştərək iri iqtisadi layihələrin yoxluğunda bu cür rıçaqlardan danışmaq yetərincə gülməli olardı.

Tehranın artıq Kremllə bağlı illüziyaları yoxdur

Xatırlamaq yerinə düşər ki, Rusiyanın Türkiyə ilə illik mal dövriyyəsi 21 milyard dollardan çox, İsraillə - 5 milyard dollardır. Əslində Moskva ilə Tehranın münasibətlərində iqtisadi platforma yoxdur - yalnız siyasət var və o da tez-tez dəyişir.

Məsələn, İran Suriyada təsirini sadəcə genişləndirmir, həm də daxili siyasi şəraitə və biznes maraqları sahəsinə nüfuzda Rusiyanın məsləhətçilərini sıxışdırmaqla daha çox nüfuz əldə edir. Üstəlik Moskvanın ünvanına ittihamlar da artır, belə ki, İsrailin Suriya ərazisindəki İran obyektlərinə cəzasız qalan hava zərbələri mütəmadi baş verir - Hava hücumlarından müdafiə sahəsində məsuliyyəti isə məhz Rusiya üzərinə götürüb.

İki ölkə arasında hərbi-texniki əməkdaşlığın inkişafına olan ümidlər də özünü doğrultmur. Əvvəla, buna ABŞ-ın sanksiyaları mane olur. İkincisi, Rusiya texnikasını əldə etmək üçün İrana böyük kredit xətti lazımdır ki, bunu da Çindən fərqli olaraq Moskva təmin etmək istəmir, Çin isə Tehranla ticarətə qoyulan məhdudiyyətlərin qaldırılacağı günü səbirsizliklə gözləyir.

Bu il İran ehtimal ki, Şanxay əməkdaşlıq təşkilatına üzv olacaq. Bu isə “Şərqə baxış”, yəni Çinlə iqtisadi əməkdaşlığa istiqamətlənmək kimi anlaşılır. Burada Rusiyanın xüsusi yeri yoxdur və İran bunu get-gedə daha aydın başa salmağa çalışır.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR