"Azərbaycan bütün Dağlıq Qarabağ üzərində tam və yekun nəzarətə nail olacaq..." - Rusiyalı analitik hesab edir ki, Moskvanın udduğunu düşünənlər yanılırlar

28 sentyabr, 2021 13:24

44 günlük ikinci Qarabağ müharibəsinin başlamasının ildönümü ilə bağlı beynəlxalq ekspertlər və analitiklər, nüfuzlu KİV-lər regionda Azərbaycanın qələbəsindən sonra yaranmış yeni vəziyyəti təhlil edirlər.

"Azsiyaset" virtualaz.org-a istinadla xəbər verir ki, Rusiyadakı strategiyaların və texnologiyaların analizi Mərkəzinin direktoru Ruslan Puxov özünün “Kommersant” qəzetində dərc edilmiş məqaləsində müharibənin Cənubi Qafqazda siyasi və hərbi balansı kökündən dəyişdirdiyini yazır. Xatırladaq ki, bu günlərdə həmin mərkəz Qarabağ müharibəsinin gedişi və siyasi, geosiyasi nəticələri barədə  Ruslan Puxovun redaktəsi ilə “Qafqazda fırtına” adlı kitab nəşr etdirmişdi. Bu kitabdan xülasələrlə virtualaz.org oxucuları artıq tanışdır.

Ruslan Puxov qeyd edir ki, müharibə Türkiyənin regional nəhəng dövlət kimi nüfuzunun daha da artmasına, Rusiyanın Cənubi Qafqazda nüfuzunun hüdudlarının müəyyənləşdirilməsinə, ABŞ və Avropa İttifaqı ölkələrinin postsovet məkanının bu hissəsinə real marağının dərəcəsinin aydınlaşmasına gətirib çıxardı.

“Azərbaycanın havada pilotsuz aparatların və zərbə dronlarının köməyi ilə hökmranlıq əldə etməsi nəinki müharibənin gedişatını müəyyən edən başlıca amillərdən biri oldu, eyni zamanda bu miqyasda silahlı münaqişələr üçün hərb sənətinin sonrakı inkişafını müəyyən etdi”, - müəllif yazır.

Ruslan Puxova görə, 26 il “dondurulmuş” vəziyyətdə qalandan sonra Ermənistan-Azərbaycan münaqişəsinin bu cür sürətlə və güclü şəkildə yenidən başlaması Qarabağdakı indiki vəziyyətin dayanıqlı olmayacağını deməyə əsas verir. “Bir halda ki, belədir, o zaman nəinki müharibənin dərslərini nəzərə almaq, eyni zamanda onun yaratdığı dinamikanı izləmək lazımdır”, - rusiyalı təhlilçi belə yazır.

Puxovun fikrincə, ilk növbədə ondan çıxış etmək lazımdır ki, müharibənin yekunları məğlub tərəfi şoka salıb ona dərin yara vursa da qalibləri də tam qane etməyib. “Əgər erməni tərəfinin revanş imkanları təsəvvür olunan perspektiv üçün üfüqdə görünmürsə belə Azərbaycan Dağlıq Qarabağın bütün ərazisi üzərində tam və yekun nəzarəti bərpa etməyə nail olacaq”, - o bildirir.

Müəllif hesab  edir ki, müharibənin nəticələri Rusiyanı da mürəkkəb vəziyyətdə qoyub. Puxovun yazdığına görə, bir çox beynəlxalq analitiklər tələsərək hərbi əməliyyatların dayandırılması razılaşmasını və Qarabağda Rusiya sülhməramlılarının yerləşdirilməsini Moskvanın qələbəsi adlandırıblar. Rusiya qoşunlarının indi hər üç Cənubi Qafqaz ölkəsində iştirakını qeyd ediblər.

“Amma belə baxışlar nəinki səthidir, eyni zamanda mahiyyətcə doğru deyil. Rusiyanın Ermənistan,Abxaziya və Cənubi Osetiyadakı bazaları ilə bağlı situasiyanı bir kənara qoyaraq qeyd etmək lazımdır ki, Rusiyanın Qarabağdakı sülhməramlı iştirakı şərtidir. Rusiya sülhməramlılarının beşillik mandatı, yəni faktiki olaraq müvəqqəti statusu uzadıla bilər, amma belə uzadılma baş versə belə asan, xüsusən də avtomatik olmayacaq. Öz müttəfiqi Ankara ilə birlikdə Bakı artıq Moskvaya regionun Azərbaycanın nəzarətinə qaytarılması üçün təzyiq göstərməyə çalışır”, - Puxov yazır.

Hələlik isə onun fikrincə, Rusiya rəhbərliyi taktiki səviyyədə yaxşı manevr edir. Moskva müharibədən sonra da Ermənistanı özünün strateji müttəfiqi olaraq saxlayıb, Azərbaycanla isə tərəfdaşlıq münasibətlərini davam etdirir. Eyni zamanda Türkiyənin Qafqazdakı iştirakını reallıq kimi qəbul edir.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR