"Gərginliyin cilovlanması üçün liderlərin bircə zəngi bəs edər" - İranşünas Əziz Rzazadə

01 oktyabr, 2021 16:23

"Azərbaycan-İran münasibətlərin vəziyyətin bundan artıq gərginləşməməsi üçün iki ölkə rəsmiləri ən ali səviyyədə təmas qurmalıdır”.

"Azsiyaset" xəbər verir ki, yenisabah.az-a açıqlamasında bunu iranşünas siyasi şərhçi Əziz Rzazadə bildirib.

Onun sözlərinə görə, dövlət başçılarının bir telefon zəngi ilə münasibətlərdəki iti bucaqları hamarlamaq mümkündür.

“Liderlər arasında birbaşa canlı ünsiyyət o qədər də vacib deyil. Məsələləri bir telefon zəngi ilə həll etmək olar. Hətta kimin kimə zəng etməsi də əhəmiyyət daşımır. Əsas məsələ səmimi söhbət və qarşılıqlı etimada qayıtma istəyinin mövcud olmasıdır”.

Siyasi şərhçi hesab edir ki, İran nəqliyyat vasitələrinin Qarabağa qanunsuz yükdaşımaları ilə bağlı rəsmi Bakının sərt tənqidi və iradlarının bir hissəsi Tehranda qəbul olunmuş sayıla bilər.

“Səid Xətibzadənin ənənəvi brifinqində Azərbaycanda dilə gətirilmiş iradların bir qisminə səssiz qalması səhvlərin etirafı kimi qəbul edilməlidir. Tehranda anlayırlar ki, Gorus-Qafan yolunun 21 kilometrinin Azərbaycan ərazisindən keçməsi sərhədlərinin bu hissəsinə nəzarəti 30 il ərzində itirmiş Bakının yox, beynəlxalq magistralı həmin ərazidən çəkmiş Ermənistanın təqsiridir. Azərbaycanın israrla İrana çatdırmalı olduğu bu həqiqət olmalıdır ki, sərhədinin bu hissəsinə suveren nəzarətini bərpa etməklə, o, əslində, İranı tranzit xətlərindən məhrum etmək niyyəti deyil, sadəcə Qarabağa qanunsuz yükdaşımaların qarşısını kəsmək istəyir”.

Əziz Rzazadənin fkrincə, Laçın dəhlizində Azərbaycan sərhəd və kömrük xidmətlərinin qurulmasına imkan verildiyi təqdirdə, həm də Azərbaycanın sərhəd postlarının Gorus-Qafan yolunun 21 kilometrində qalması şərtilə, İran nəqliyyat vasitələrinə Ermənistan ərazisinə daxil olmada torpaqbasdı rüsumu almama güzəşti edilə bilər.

“Bu, Tehrana bir jest ola bilər. Rüsumusuz gediş-gəliş. Bundan ötrü rəsmi Tehran Rusiya ilə mövcud diplomatik kanallarını işə salmalı, Kremli şirin dilə tutmalı, yaxud təzyiq göstərməlidir. Çünki eyni mövzuda Azərbaycan təkidlə istər rusiyalı sülhməramlıların komandanlığı, istərsə də Moskvaya Laçında sərhəd-gömrük nəzarətini bərpa etmək istəyini bildirib. Rusiya bu istəyə hələlik səssiz qalır. İslam Respublikasının da eyni nöqtəyə zərbə endirməsi Moskvanın rəyində dəyişiklik edə bilər”, – deyə siyasi şərhçi vurğulayıb.

Onun sözlərinə görə, İran mediası bölgədə nəqliyyat-tranzit, ümumən kommunikasiya xətlərinin bərpası məsələsində istər 9 noyabr 2020-ci il, istərsə də 11 yanvar 2021-ci il bəyanatlarında boşluqların olduğunu bildirir:

“Hətta mövzuya dair üçtərəfli İran-Azərbycan-Rusiya danışıqlarının keçirilməsi təklifi də səsləndirilib. Təklif pis deyil, əgər bu danışıqlar tərəflərin hər birini, o cümlədən Azərbaycanın və İranın maraqlarını təmin etməyə imkan yaradacaqsa, rəsmi Bakının ondan üz döndərməyəcəyini düşünürəm. Əsas odur ki, bütün bölgə və qonşu dövlətlərin hər biri üçün fayda gətirsin və bəhanələrə, köhnə palanı çırparaq ətrafda tozanaq yaratmağa yer saxlamasın”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR