İran-Azərbaycan gərginliyi - Kim nə qədər pul itirə bilər?

05 oktyabr, 2021 00:25

İranın Azərbaycanın qanunlarını tapdalayaraq Gorus-Qafan yolu ilə Qarabağdakı separatçılar və Ermənistanla qanunsuz iqtisadi əlaqələr saxlaması iki ölkə arasında ciddi gərginlik yaradıb.

Rəsmi Bakının diplomatik notasına və İran səfirinə xəbərdarlıq etməsinə baxmayaraq, Tehran yanlış addımlarını düzəltməyib, əksinə, Azərbaycan sərhəddində hərbi təlimlər keçirərək, güc nümayiş etdirməyə cəhd göstərib.

Prezident İlham Əliyev Türkiyənin “Anadolu” agentliyinə müsahibəsində bu qanunsuzluğa kəskin etirazını bildirib və İran rəhbərliyini Azərbaycanın müstəqilliyinə, suverenliyinə hörmət etməyə çağırıb.

Bu gün Xarici İşlər Nazirliyi də bəyanat yayaraq Tehrandan səsləndirilən ittihamları, xüsusən Azərbaycanın İranla sərhədə güya üçüncü ölkənin – İsrailin cəlb olunmasını cəfəngiyyat adlandırıb. Prezident İlham Əliyev isə Cəbrayıl rayonunda Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinə gedib və İsrailin “Harop” zərbə dronları ilə tanış olub, ardınca isə İrana xəbərdarlıq edib:

"Biz xoş niyyət göstəririk. Amma o demək deyil ki, biz özümüzə qarşı əsassız ittihamları qəbul edəcəyik. Mən bunu burada – Cəbrayılda, bax, burada Araz çayının kənarında deyirəm, Azərbaycan xalqına və bütün dünyaya, bizə qarşı əsassız ittihamlar cavabsız qalmayacaq".

Beləliklə, gərginlik artan xətt üzrə davam edir.

Bəs münasibətlərin gərginləşməsi iki ölkə arasında iqtisadi əlaqələrə necə təsir göstərə bilər? 

Məlumdur ki, Azərbaycan İranla ticarət tərəfdaşlarından biridir, habelə sərhədyanı ticarət əlaqələrindən hər iki ölkənin əhalisi faydalanır.

"Azsiyaset" azpolitika.info-ya istinadla xəbər verir ki, Dövlət Statistika Komitəsinin göstəricilərinə görə ötən il Azərbaycanla İran arasında ticarət dövriyyəsinin həcmi 339 milyon dollar olub. İqtisadi fəaliyyətin pandemiyadan zərər çəkmədiyi 2019-cu ildə isə bu göstərici 494 milyon dollara yaxın idi. İki ölkə arasındakı ticarət dövriyyəsində 2018-ci ildən bəri ciddi artım gözə çarpır. Belə ki, 2009-2017-ci illərdə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi illik ortalama 228 milyon dollar səviyyəsində olsa da, 2018-ci ildə 446 milyon dollara yüksəlib. Ancaq onu da qeyd etmək lazımdır ki, son illərdə dövriyyə artsa da, Ermənistan nəzərə alınmasa, Azərbaycanın quru sərhədi olan ölkələr arasında ən az ticarət dövriyyəsinə malik olduğu ölkə İrandır. Belə ki, Türkiyə ilə dövriyyə 4.161 milyard dollar, Rusiya ilə 2.672 milyard, Gürcüstanla 536 milyon, İranla isə 339 milyon dollar olub. Ötən il Azərbaycanın toplam xarici ticarət dövriyyəsi 20 milyard 363 milyon dollar olub. Bu o deməkdir ki, Azərbaycanın İranla ticarət dövriyyəsi ölkənin toplam ticarət həcminin cəmi 1.7 faizidir. Bütövlükdə Azərbaycanın ticarət əlaqələri saxladığı ölkələr arasında ticarət dövriyyəsinin həcminə görə İran 15-ci yerdədir.

Azərbaycanla İran arasındakı ticarət dövriyyəsinin 90 faizə yaxını İranın Azərbaycana ixracından ibarətdir. Bu baxımdan, ikitərəfli ticarət əlaqələrindən qazanclı çıxan, əsasən, İrandır. Ötən ildəki 339 milyon dollarlıq ticarət dövriyyəsinin 301 milyon dolları İranın Azərbaycana, 38 milyon dolları Azərbaycanın İrana ixracından ibarət olub.

İranla ticarət əlaqələri özəlliklə Azərbaycanın cənub bölgəsində, İranla sərhədə yaxın yerlərdə yaşayan şəxslər üçün daha önəmlidir. İranda ərzaq qiymətləri Azərbaycanla müqayisədə nisbətən ucuz olduğundan həmin ərazilərdə yaşayan bir çox insan günlük istehlak mallarını əldə etmək üçün sərhədi keçərək İrandan alış-veriş edir. İrana səfərlərin çoxluğu rəsmi rəqəmlərdə də əksini tapır. Belə ki, 2019-cu ildə Azərbaycandan xaricə səfər etmiş 5 milyon 567 min vətəndaşdan 2 milyon 41 mini, yəni bütün səfər edənlərin 37 faizi İrana gedib. Bu o deməkdir ki, 2019-cu ildə ölkədən kənara edilən hər üç səfərdən birinin istiqaməti İran olub. Bu göstərici ilə İran Azərbaycan vətəndaşlarının ən çox səfər etdiyi xarici ölkə adını qazanıb.

Ucuz alış-veriş etməklə yanaşı, tibbi xidmətlərlə bağlı İrana gedənlərin də sayı yetərincə çoxdur. Dövlət Statistika Komitəsinin göstəricilərinə görə, 2019-cu ildə İrana səfərlərin 30 faizi mağazalara baş çəkmək, 16 faizi dini ziyarət, 13 faizi müalicə, 10 faizi isə qohumlara baş çəkmək məqsədi ilə gerçəkləşib. İrandan Azərbaycana gələnlər də Azərbaycan turizmi üçün yetərincə önəmli istiqamət sayılır. Yenə 2019-cu ilin nəticələrinə əsasən, həmin il Azərbaycana 3 milyon 170 min turist gəlib. Bu turistlərin 29.4 faizi Rusiya, 22.9 faizi Gürcüstan, 10 faizi Türkiyə və 8.1 faizi İran vətəndaşları olub. Deməli, İran Azərbaycana ən çox turist göndərən dördüncü ölkədir.

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"12:07 - ABŞ-də səssiz çevriliş olub

06 aprel

12:38 - Tehran bütün ölkələrə müraciət etdi12:34 - "Bu təhlükəli və psixi problemli adam..." - Məşhur senator Trampa qarşı12:31 - Prezidentin rəsmi qarşılanma mərasimi oldu - FOTOLAR

01 aprel

12:18 - ran raketləri türk siyasətçinin adı ilə bəzədildi12:15 - BƏƏ Hörmüzə görə İranla müharibəyə hazırlaşır - "The Wall Street Journal"12:12 - "Onlar Hörmüzdən keçə bilməz" - Pezeşkian12:10 - Bu qurumların istintaq orqanları birləşir - Nə yenilik olacaq?

24 mart

15:53 - "Bəzi ölkələrdə iqtisadi çöküş qaçılmaz olacaq" - Hörmüz boğazı bağlı qalarsa...15:51 - "Euronews" Qlobal Bakı Forumu ilə bağlı reportaj yayımladı15:49 - Pezeşkianın fərmanı ilə yeni təyinat - Laricaninin yerinə o gətirildi

21 mart

20:22 - Ya Donbasdan geri çəkil, ya da yardım kəsiləcək!20:19 - İran müharibənin bitməsi üçün şərtlərini açıqladı

18 mart

13:09 - Vaşinqtonda istefalar başladı: Antiterror Mərkəzinin direktorundan Trampa ittihamlar - "İsraillilərin bizi minlərlə amerikalının həyatına başa gələn fəlakətli..."13:02 - DTX-nın ifşa etdiyi şəxsin arxasında xaricdəki qüvvələr dayanır - Komitə sədri12:59 - "İran atəşkəsə razı deyil, amma..." - Əraqçi sülh şərtlərini açıqladı

05 mart

19:31 - İlham Əliyev İrandan tələb edir - "İran Azərbaycana izahat verməlidir, üzr istəməlidir"19:25 - Yaxın Şərqdəki müharibəni kim dayandıra bilər? 19:23 - PUA-ların sayı 4 imiş: "İran dərs vaxtı məktəbi hədəf alıb" - Müdafiə Nazirliyi19:22 - "Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib" - İlham Əliyev

16 fevral

12:33 - Postsovet ölkəsinə xəbərdarlıq olundu - Ukraynanın aqibəti ilə üzləşəcəksiniz12:29 - "Müharibə olsa, İrana köməyə hazırıq..." - Taliban sözçüsü12:27 - "Müharibə bu il bitməyəcək" - Amerikalı general ABŞ-ı ittiham etdi

11 fevral

11:30 - "Rusiya ilə bizi qarşıdurmaya sürükləyə bilməzlər" - Paşinyan11:27 - "Bakı və İrəvan arasında sülh anlaşması pozularsa..." - Pol Qobl11:22 - "Azərbaycan Ermənistan mallarının öz dəmir yolu ilə ixracı imkanını təsdiqləyib" - Paşinyan

09 fevral

15:13 - Peskov Ankoriç ruhunun sirrini açdı - Ukrayna müharibəsində böyük sıçrayışın 28 gizli bəndi