Putinlə Ərdoğanın tandemokratiyasında İlham Əliyev amili

06 oktyabr, 2021 15:25

Müəllif: Aleksandr Karavayev

Azərbaycan prezidenti İlham Əliyev azad olunmuş Cəbrayıl rayonundakı çıxışında bölgədə təhlükəsizlik sisteminin qarantı kimi Rusiyanın və Türkiyənin rolunu xüsusi qeyd etdi. Azərbaycan liderinin sözlərinə görə, ikinci Qarabağ müharibəsindən sonra qüvvələr nisbətinin bölgədə yaranmış  modeli Bakını təmin edir.

Bakı inteqrasiyanın hər iki orbitindən - Avrasiya/Moskva və Türkiyə/Ankara -  məharətlə yararlanır, geosiyasi mərkəzlər arasındakı siyasi risklərdən və situativ mübahisələrdən aralı dayanaraq  bu layihələrdən iqtisadi mənfəət götürür.

Azərbaycan Ankara ilə Moskva arasında qarşılıqlı münasibətlər "məkanının" müsbət tərəflərindən və üstünlüklərindən istifadə edir...

Ərdoğanla Putinin böyük məqsədi hələ irəlidədir

Problem özü-özlüyündə Rusiya-Türkiyə münasibətlərində yox, onların bəzi ekspertlər və KİV-lərin standart yanaşması və qavraması üçün tipik olmayan qarşılıqlı münasibətinin interpretasiyasındadır.

Bir tərəfdən ixtiyarımızda ticari-iqtisadi sahədə müsbət dinamikanın çoxsaylı indikatorları var,  digər tərəfdən isə hərbi-siyasi razılaşmalarla bağlı məlumatların ciddi qıtlığı mövcuddur. Bu, xüsusən də Rusiya və Türkiyənin inteqrasiya layihələrinin genişlənən təmas  sahələrində özünü göstərir.

Xüsusi narahatlıq doğuran üç “təmas” bölgəsi var: Suriya,  Ermənistanla Azərbaycan arasında münaqişə, Ukrayna mövzusu ilə bağlı potensial mövqe fərqləri.

Bu münasibətlərin unikallığı ondadır ki, Putinlə Ərdoğan iki ölkənin münasibətlərinin ümumi karkasının daxilində ticari-iqtisadi sahələrlə hərbi-siyasi mübahisələr sahəsini dəqiqliklə bölüşdürə biliblər.

Aydındır ki, münaqişələr istisnasız olaraq barışmaz xarakter daşısaydı, yaxud liderlərə uzunmüddətli prinsipial ziddiyyətlər kimi görünsəydi, bölgənin iki güclü dövləti bir-birindən tezliklə aralanardı.  Ancaq bunun tərsi baş verir - “gəmilərdəki” sürtünmələrə və cızıqlara baxmayaraq, onlar eyni istiqamətdə hərəkət edir.  Deməli,  irəlidə bəzən lokal fövqəladə hadisələrə də  aparıb çıxaran cari situasiya yox, vacib və böyük məqsəd  var.

Əgər münaqişələr istisnasız olaraq barışmaz xarakter daşısaydı o zaman iki böyük dövlətin yolları çoxdan ayrılmışdı...

Odur ki, Putinlə Ərdoğanın nəyə doğru getdikləri ilə bağlı situasiyanı anlamaq üçün Rusiya-Türkiyə münasibətlərinin aşağıdakı nailiyyətlərini analiz etmək zəruridir:

- 2010-cu ilin mayında Akkuyu AES-in üç blokunun tikintisi ilə bağlı müqavilə imzalanıb (dördüncü blokun tikintisi də mümkündür). 2022-2023-cü illərin sərhədində birinci blok işə salınmalıdır.  Daha 2 atom stansiyasının tikintisinin perspektivləri müzakirə olunur;

- 2015-ci ildə “Türk axını”nın inşasının başlanmasına dair qərar qəbul edilib, 2020-ci ildə o, istismara verilib, onun köməyilə Türkiyə Cənub-Şərqi Avropanın qaz paylayıcı habına çevrilib;

- 2017-ci ildə Türkiyə S-400 zenit sisteminin komplektini əldə etmək üçün müqavilə imzalayıb, ikinci müqavilə və komponentlərin bir hissəsinin Türkiyədə istehsalı müzakirə olunur. Bu sonuncusu Ankaraya  həmin sahədə NATO blokunun texnologiyalarından asılı olmamaq imkanı verəcək.

Prezidentlər Soçi görüşü zamanı hərbi təyyarələrin, mühərriklərin, gəmilərin və sualtı qayıqların inşası sahəsində qarşılıqlı təmasın variantlarını müzakirə ediblər.  Əgər Suriya ilə bağlı problemlər və ya Ukrayna ilə bağlı mübahisələr barışmaz xarakter daşısaydı, Moskva və Ankara bu texnoloji sahələrdə özlərinə yeni partnyorlar axtarardı.

Qarşılıqlı əlaqələrin dərinləşməsinin ciddi indikatoru Rusiyanın buzqıran donanmasının bir hissəsinin inşası ilə bağlı tenderlərin  2021-ci ilin iyun-iyul aylarında Türkiyə tərsanələrinə verilməsi oldu - söhbət $500 mln-dan çox məbləğdən gedir

Kuzey Star Shipyard tərsanəsi “Rosmortport”un ümumi dəyəri 18,5 mlrd. rubl olan iki buzqıran gəmisinin inşasının subpodratçısı oldu.  Elə həmin tərsanədə  Ust-Luqa-Baltiysk xətti üçün ikiyanacaqlı bərələr inşa edilir, habelə  “Rosatom”la atom buzqıran gəmiləri üçün üzən dokların (gəmi təmiri üçün yer) inşası üçün 5 mlrd. rublluq müqavilə reallaşdırılır.  Daha bir tərsanə - Sefine Shipyard “Sevmorputi”dən gücü 18 MVt, dəyəri 13,3 mlrd. rubl olan qəza-xilasetmə gəmisinin inşası üçün podrat alıb...

İlham Əliyevin Cənubi Qafqazda siyasi ustalığı sayəsində Cənubi Qafqazda Rusiya və Türkiyə tərəfdaş oldular

Bakının manevr etmək sənəti

Bakı inteqrasiyanın Moskvadan və Ankaradan gələn iki mərkəzinin güc xətlərinin kəsişməsində yerləşir.  Ancaq Azərbaycan sadəcə inteqrasiya layihələrinin interferensiya zonasında mövqe tutmur, həm də Gürcüstandan fərqli olaraq müxtəlif maraqları öz ətrafına çəkməyi bacaran müstəqil idarəetmə mərkəzidir:  hər iki investisiya kanalından, iki ticarət axınından, iki silah bazarından /mənbəyindən yararlanır.

Yeri gəlmişkən, bu, sözügedən inteqrasiya layihələrinin digər subyektlərinə də aiddir. Moskva/Avrasiya layihəsi çərçivəsində Qazaxıstan və Belarusla münasibətlər inkişaf edir.  Türk layihəsi çərçivəsində Pakistanla yüngül sənaye, əczaçılıq, müdafiə sənayesi sahəsində birgə müəssisələrin yaradılması planlaşdırılır.

Qeyd edək ki, bu cür çoxvektorlu manevr etmənin mühüm xarakteristikası İlham Əliyevin şəxsi faktoru ilə bağlıdır. Azərbaycan Moskva və Ankara “sahələr”inin üstünlüklərindən və müsbət tərəflərindən istifadə edir, ancaq mübahisə və böhranlardan uzaq dayanır.  Bununla da neqativ nəticələrdən qaçır.  Ona görə də Putin və Ərdoğan görüşlər zamanı və bir-birindən asılı olmayaraq onların Azərbaycanla heç bir maraq toqquşmasının olmadığını qeyd edir.

İnteqrasiyanın Moskva və Türk layihələrinin regional təmasının münaqişəsiz modulyasiyasının Azərbaycan təcrübəsini sistemli şəkildə “6-ların platforması” ideyası rəsmiləşdirə bilər.  Yəqin ki, zaman keçdikcə bu təşəbbüs daimi regional forum  şəkli ala biləcək.

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"12:07 - ABŞ-də səssiz çevriliş olub

06 aprel

12:38 - Tehran bütün ölkələrə müraciət etdi12:34 - "Bu təhlükəli və psixi problemli adam..." - Məşhur senator Trampa qarşı12:31 - Prezidentin rəsmi qarşılanma mərasimi oldu - FOTOLAR

01 aprel

12:18 - ran raketləri türk siyasətçinin adı ilə bəzədildi12:15 - BƏƏ Hörmüzə görə İranla müharibəyə hazırlaşır - "The Wall Street Journal"12:12 - "Onlar Hörmüzdən keçə bilməz" - Pezeşkian12:10 - Bu qurumların istintaq orqanları birləşir - Nə yenilik olacaq?

24 mart

15:53 - "Bəzi ölkələrdə iqtisadi çöküş qaçılmaz olacaq" - Hörmüz boğazı bağlı qalarsa...15:51 - "Euronews" Qlobal Bakı Forumu ilə bağlı reportaj yayımladı15:49 - Pezeşkianın fərmanı ilə yeni təyinat - Laricaninin yerinə o gətirildi

21 mart

20:22 - Ya Donbasdan geri çəkil, ya da yardım kəsiləcək!20:19 - İran müharibənin bitməsi üçün şərtlərini açıqladı

18 mart

13:09 - Vaşinqtonda istefalar başladı: Antiterror Mərkəzinin direktorundan Trampa ittihamlar - "İsraillilərin bizi minlərlə amerikalının həyatına başa gələn fəlakətli..."13:02 - DTX-nın ifşa etdiyi şəxsin arxasında xaricdəki qüvvələr dayanır - Komitə sədri12:59 - "İran atəşkəsə razı deyil, amma..." - Əraqçi sülh şərtlərini açıqladı

05 mart

19:31 - İlham Əliyev İrandan tələb edir - "İran Azərbaycana izahat verməlidir, üzr istəməlidir"19:25 - Yaxın Şərqdəki müharibəni kim dayandıra bilər? 19:23 - PUA-ların sayı 4 imiş: "İran dərs vaxtı məktəbi hədəf alıb" - Müdafiə Nazirliyi19:22 - "Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib" - İlham Əliyev

16 fevral

12:33 - Postsovet ölkəsinə xəbərdarlıq olundu - Ukraynanın aqibəti ilə üzləşəcəksiniz12:29 - "Müharibə olsa, İrana köməyə hazırıq..." - Taliban sözçüsü12:27 - "Müharibə bu il bitməyəcək" - Amerikalı general ABŞ-ı ittiham etdi

11 fevral

11:30 - "Rusiya ilə bizi qarşıdurmaya sürükləyə bilməzlər" - Paşinyan11:27 - "Bakı və İrəvan arasında sülh anlaşması pozularsa..." - Pol Qobl11:22 - "Azərbaycan Ermənistan mallarının öz dəmir yolu ilə ixracı imkanını təsdiqləyib" - Paşinyan

09 fevral

15:13 - Peskov Ankoriç ruhunun sirrini açdı - Ukrayna müharibəsində böyük sıçrayışın 28 gizli bəndi