Ermənilər əsgərimizi snayperlə vurdu   - Təxribatın arxasında hansı dövlətlər dayanır?

14 oktyabr, 2021 23:19

Oktyabr ayının 14-də erməni silahlı birləşmələrinin açdığı atəş nəticəsində Azərbaycan ordusunun hərbi qulluqçusu şəhid oldu. Ermənilərin bu əməlinin hərbi-siyasi məqsədlərə hesablanmış təxribat olması heç bir şübhə doğurmur.

Nə üçün və bu təxribat kimə lazım idi?

Birincisi, İran Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirən koridorun açılmasının əleyhinədir və bunun baş tutmaması üçün əlindən gələni əsirgəmir. Eləcə də İran sərhədlərin delimitasiya və demarkasiya prosesinin aparılmasını özünün “milli” maraqlarına təhdid hesab edir. Bəs Ermənistanda rəsmi Tehranla eyni mövqedə olan hansı qüvvələrdir? Revanşist-qisasçi Sarkisyan-Koçaryan klanı!

Paşinyanın atdığı addımların təhlili göstərir ki, o, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının, sərhədlərin demarkasiya və delimitasiyasının tərəfdarıdır. Onun və Ermənistanın digər rəsmi şəxslərinin Moskvaya davamlı səfərləri də bunun nümayişidir. Deməli, Azərbaycanla Ermənistan arasında gərginliyin artmasını istəyən, dəhlizin açılmasını əngəlləməyə çalışan, sərhədlərin demarkasiya və delimitasiya prosesini ləngitmək istəyən üçüncü qüvvə var. Bu üçüncü qüvvə İran və Ermənistandakı revanşist qüvvələr ola bilərdi. Bu məsələdə başqa ehtimallar sıfırlanır.

İkincisi, oktyabrın 14-də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Belarusun paytaxtı Minskdə görüşü baş tutdu. Bu görüş Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması prosesini sürətləndirmək üçün mühüm əhəmiyyət kəsb edir. Belə bir gərgin situasiyada iki ölkənin baş diplomatlarının görüşü 10 noyabr üçtərəfli razılaşmanın bəndlərinin yerinə yetirilməsinin vacibliyini bir daha önə çəkirdi. Görüşdə sərhədlərin demarkasiya və delimitasiyası, eləcə də nəqliyyat-kommunikasiya məsələlərinin vacibliyi də müzakirə olunub. Görünür, bu cür təxribatlarla iki ölkə arasında normal münasibətlərin qurulmasını, üçtərəfli razılaşmanın müddəalarının icrasını və sülh müqaviləsini imzalanmasını tormozlamağa çalışırlar.

Üçüncüsü, diqqət ediriksə, oktyabr ayının 12-də Paşinyanla Putinin görüşü oldu. Görüşdə üçtərəfli bəyanatın müddəalarının yerinə yetirilməsinin vacibliyi müzakirə mövzusu olmuşdu. Bundan bir neçə gün əvvəl isə Ermənistanın Müdafiə naziri Arşak Karapetyan Rusiya Müdafiə naziri Sergey Şoyqu ilə görüşmüşdü. Bu görüşdə də Azərbaycan-Ermənistan sərhədindəki vəziyyət masanın əsas mövzusu idi. Müşahidə olunan budur ki, Paşinyan anlayır ki, üçtərəfli razılaşmanın müddəalarının yerinə yetirilməsinin alternativi yoxdur. Azərbaycan bu məsələdə israrlı və qətiyyətlidir.

Dördüncüsü, Paşinyan hökuməti Serj Sarkisyanın həbs olunması məsələsini daim gündəmdə saxlayır, o, hər an həbs edilə bilər. Müharibədə uduzan Ermənistan ordusunun silahlarının məhz Sarkisyan-Koçaryan hakimiyyəti dövründə alınması onlara qarşı ttihamların miqyasını daha da artırıb. Bu, həm də Paşinyanın "sülhməramlı" addımlarına təzyiqdir. 

Beşincisi, oktyabrın 13-də Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin Moskvadakı görüşü iki dövlət arasında münasibətlərin normallaşdırılması məqsədilə din xadimlərinin də eyni mövqedə olmasını mühüm amil kimi önə çıxarırdı.

Altıncısı, analiz etsək görərik ki, məhz belə bir ərəfədə Azərbaycan ordusunun hərbi qulluqçusunun vurulması planı İranın Ermənistandakı qisasçı qüvvələrlə birlikdə ölkəmizə qarşı hazırladığı mənfur planlarının tərkib hissəsidir. İranın sərhəddə keçirdiyi hərbi təlimlərlə hərbi qulluqçumuzun şəhid edilməsi eyni paraleldə təhlil edilməlidir.

Məqsəd Azərbaycanı daha böyük provakasiyaya çəkmək, koridorun açılması, sərhədlərin delimitasiya, demarkasiya prosesini ləngitmək və və iki ölkə arasındakı sülh müqaviləsinə imzalanmasına aparan görüşlərin əhəmiyyətini azaltmaqdır.  

Azərbaycanın xarici siyasətinin konturları dəqiq işlənildiyinə görə, ölkəmizin bundan sonra da daha məntiqli addımlar atacağı şübhəsizdir.

Bu hadisə ilk baxışdan və zahirən Ordumuzun antiterror əməliyyatlarına başlaması fikrini ortaya gətirir, ancaq Azərbaycanın bu hadisəyə zərgər dəqiqliyi ilə cavab verəcəyi də şübhə doğurmur.

Artıq müharibə ikinci fazaya - diplomatik müstəviyə daxil olub. Yenidən hərb meydanına qayıtmaq, yoxsa diplomatik cəbhədə Ermənistanı nokauta salaraq koridoru açmaq, sərhədlərin demarkasiya və delimitasiya prosesini aparmaq, Ermənstanı öhdəliklərlə yükləmək? Bizə hansı lazımdır?

Yeddincisi, Prezident İlham Əliyev oktyabrın 7-də İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində "Ermənistanla münaqişə mövzusundan başlamaq istəyirəm. Rusiyanın sülhməramlı vasitəçiliyindən razısınızmı?” sualına “... bu müddət ərzində bəzi xırda insidentlər istisna olmaqla vəziyyət sabitdir. Ümumən biz bundan razıyıq” cavabını vermişdi.

Deməli, Rusiya sülhməramlılarının yerləşdiyi ərazidəki terrorçu erməni birləşmələrinin hərbi qulluqçumuzu hansı mqəsədlə öldürdüyü bir daha aydınlaşır. Məqsəd həm də Rusiya ilə Azərbaycan arasındakı etimad limitini azaltmaqdır.

Dövlət başçısının bu suala mühüm cavabında “Qarabağa səfər edən dırnaqarası turistlərin sayı kəskin şəkildə azalsa da, bəzi əcnəbilər hələ də bizim ərazimizə, Rusiya sülhməramlılarının olduğu yerlərə qanunsuz daxil olurlar. Bu məsələ Rusiyanın səlahiyyətli orqanlarının, Müdafiə Nazirliyinin diqqətinə çatdırılıb ki, buna son qoyulsun” fikrini işlətməsi ciddi təhlil edilməlidir.

Və əsas sual da budur: Dövlət başçısının dediyi “bəzi əcnəbilər” hansı ölkələrin vətəndaşlarıdır!?

Samir Feyruzov

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR