"Çin ordusu Tayvanı bir həftəyə fəth edər..." - Pekin hansı şəraitdə müharibəyə başlaya bilər...

16 oktyabr, 2021 00:48

Çin Xalq Qurtuluş Ordusu (ÇXQO) Tayvan yaxınlığında hücum təlimləri keçirəcəyini elan edib. Taybeydə həyəcan təbili çalınır və “Pekinin artan təzyiqi”ndən şikayətlənirlər. Bir sıra Qərb analitikləri hesab edir ki, ABŞ kontingentinin Əfqanıstandan çıxarılması Çini hərbi müdaxiləyə təhrik edə bilər.

"Azsiyaset" gazeta.ru-nun Çinin hərbi fəallığının səbəblərini və ÇXR-in ada dövlətə müdaxilə etmə ehtimalını araşdırdığı məqaləni oxucularına təqdim edir.

Çinin “səhvini” tapdılar

Çin hərbçiləri “son günlərdə” hücum manevrləri keçirərək Pekinin  müstəqilliyini tanımadığı və öz ərazisi hesab etdiyi Tayvan yaxınlığındakı sahilə yerləşdilər. Çinin “Weibo” qəzetinin yazdığına görə, ordu “sahilə yerləşmək üçün geniş tədbirlər həyata keçirib”.

Daha əvvəl dünya mediası Çin hərbi aviasiyasının aktivliyinin artmasına diqqət yetirmişdi. Çin Hərbi Hava Qüvvələrinə məxsus 39 təyyarə Tayvan sularına doğru uçuş həyata keçirmişdilər. Bu, ÇXR ilə Tayvan arasındakı qarşıdurma tarixində eyni anda hava sərhədinə yaxınlaşan hərbi hava aparatlarının ən kütləvi uçuşu oldu.

“Financial Times” qəzeti “Həqiqət anı Tayvan məsələsinə yaxınlaşır” başlıqlı məqalə dərc edib. Materialda bildirilir ki, Pekin Amerika kontingentinin Əfqanıstandan çəkilməsini “səhv olaraq” Vaşinqtonun zəifliyi kimi başa düşərək Tayvana hərbi müdaxilə edə və ya xüsusi əməliyyat qüvvələrinin köməyi ilə dəniz blokadasının qurulmasını əhatə edən “hibrid əməliyyatı” keçirə biləcəyini düşünə bilər.

“Əslində Çin Amerikanın Əfqanıstandan çəkilməsini ABŞ-ın zəifliyi hesab etmir. Bəli, bu cür bəyanatlara Çin mətbuatında rast gəlmək olar, amma bunlar Amerika əleyhinə təbliğatdan başqa bir şey deyil. Reallıqda Pekin Vaşinqtonun Əfqanıstan ərazisindən çəkilməsi ilə Çin üçün böyük bir problem yaratdığını anlayır”, - deyə M.V.Lomonosov adına Moskva Dövlət Universiteti nəzdində Asiya və Afrika ölkələri İnstitutunun direktoru Aleksey Maslov bildirib.

Onun sözlərinə görə, əgər nə isə Çini əməliyyat keçirməyə təhrik edərsə, bu, ABŞ-ın təxribatı olacaq. Xüsusilə, Maslov ÇXR ərazi sularında Çinə məxsus gəminin vurulacağı və ya təyyarəyə hücum ediləcəyi senarisini istisna etmir. Bu halda Çin tərəfi çətin ki, susa bilsin.

Pekin üçün “qırmızı xətt”

“Tayvan indi Sakit okean və Şərqi Asiyada ən təhlükəli qaynar nöqtədir. Ancaq bu vəziyyət əsasən ABŞ-ın özünün hərəkətləri nəticəsində baş verir, çünki Donald Trampın prezidentliyindən bəri amerikalılar Taybey ilə hərbi-siyasi əlaqələrini nəzərəçarpacaq dərəcədə gücləndirmiş, Tayvanın daxili siyasətinə daha fəal təsir göstərməyə başlamışdılar”, - deyə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun çinşünaslıq və regional layihələr mərkəzinin direktoru, Çin hərbi-sənaye kompleksinin mütəxəssisi Vasili Kaşin əminliklə bildirir.

Onun sözlərinə görə, Tayvan ilə Amerika Birləşmiş Ştatlarının müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı artır, hər iki ölkənin  rəsmiləri arasında əlaqələrin səviyyəsi yüksəlir və amerikalı təlimatçılar Tayvana gəlirlər.

Ali İqtisadiyyat Məktəbinin Şərqşünaslıq şöbəsinin dosenti, Uzaq Şərq İnstitutunun Rusiya-Çin Münasibətlərinin Araşdırılması və Proqnozlaşdırılması Mərkəzinin aparıcı elmi işçisi Andrey Vinoqradov da oxşar mövqedədir: “Pekin tərəfinin fəal hərəkətləri Tayvan rəhbərliyinin təxribatlarına (Tayvanın müstəqilliyi ilə bağlı növbəti referendum) və ya ABŞ və müttəfiqlərinin aktiv təxribatlarına cavab olaraq yarana bilər. Eyni zamanda Çin daxilində böhran (iqtisadi uğursuzluqlar səbəbiylə ictimai-siyasi böhran), fikrimcə, mümkün deyil”.

Onun fikrincə, 10-15 illik perspektiv başqa məsələdir. Si Tszinpinin Çin Kommunist Partiyasının başında olduğu müddətdə Tayvanı siyasi yolla geri qaytarmaq məsələsi həll edilə bilməzsə, Çin daha qətiyyətli hərəkətlərə keçə bilər - dövlət başçısı Mao Tszedun və Den Syaopindən sonra tarixdə ölkəni birləşdirən növbəti lider olaraq qalmalıdır.

Ancaq münaqişə daha tez baş verə bilər. “Qırmızı xətt Tayvanda status məsələsi ilə bağlı ümumxalq səsverməsi keçirmək üçün istənilən bir cəhddir. Bu, dərhal münaqişəyə səbəb olacaq. Ancaq bu olmadan da çinlilər Tayvanda 2022-ci ilin sonunda keçiriləcək yerli hakimiyyət orqanlarına və 2024-cü ilin əvvəlində baş tutacaq ümumxalq seçkilər nəticəsində Pekin əleyhinə qüvvələr üstünlük təşkil edərsə, siyasi həll perspektivinin olmadığı qənaətinə gələ bilərlər”, - deyə Kaşin bildirib.

Onun sözlərinə görə, son illərdə Çinin hərbi fəallığını diktə edən belə düşüncələrdir. Bu, güc nümayişidir və yaxın beş ildə çinlilərin problemin həlli üçün hərbi senari nəzərdən keçirməyə hazır olduqlarına işarədir.

Eyni zamanda ÇXR nüfuz xərcləri riski ilə üzləşə bilər. “Tayvana qarşı, xüsusən də insan tələfatı ilə müşayiət olunacaq hərbi əməliyyat Çinin dünya ictimaiyyəti qarşısında imicini həmişəlik  dəyişə bilər. Axı Pekin həmişə hər hansı bir problemin diplomatik yolla həllinin tərəfdarı olan bir ölkə mövqeyindən çıxış edir. Buna görə Çin tərəfinin buna getmək üçün potensial hazırlığı olması  əhəmiyyt kəsb edir", - deyə Maslov bildirib.

Müharibə bir neçə saat və ya bir neçə gün çəkə bilər

Mütəxəssislər hərbi senarinin əsasında Çin ordusunun uğur şansını fərqli qiymətləndirirlər.

“Uğura zəmanət verilir. Tayvan üzərində nəzarəti qurmaq üçün artıq bu gündən Çin ordusuna təxminən bir həftə lazım olacaq. Xatırladım ki, Tayvanın əhalisi 23,5 milyon nəfərdir. Ancaq eyni zamanda böyük bir çinpərəst lobbisi də var - onlar materikdə işləyənlər və ya ora ilə uzunmüddətli ticarət və iqtisadi əlaqələri olanlar”, - deyə Vinoqradov bildirib.

Orta Asiya və Afrika ölkələri institutunun direktoru Aleksey Maslov da Çin ordusunun asan qələbə qazanacağını düşünür: “Çinin Tayvanı ələ keçirməsi texniki cəhətdən realdır. ÇXR heç bir itki vermədən Tayvana hücum etmək üçün lazım olan hər şeyə malikdir. Əməliyyat Çinin hansı silahlardan istifadə edəcəyindən asılı olaraq bir neçə saatdan bir neçə günə qədər davam edə bilər”.

Vasili Kaşin isə Tayvan ordusunun “ciddi potensialına” diqqəti çəkir: “Tayvanın çox güclü, təxminən 300 min adamdan ibarət silahlı qüvvələri var. Ümumiyyətlə, Tayvanı ələ keçirmək vəzifəsi özlüyündə çox çətindir. O, müasir komplekslərə, Hərbi Dəniz Donanmasına, Hərbi Hava Qüvvələrinə və sahil mühafizəsinə malik güclü hava hücumundan müdafiə sisteminə malikdir. Onun silah və təlim keçmiş ehtiyatı var”.

Tərcümə və təqdim etdi: Miraslan

14 oktyabr

12:33 - Kərə yağı Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? - Qiymət 35% bahalanıb12:31 - Qəzza müharibəsi başa çatdı - Kim itirdi, kim qazandı...12:29 - Venesuela Nobelə görə Norveç səfirliyini bağladı

09 oktyabr

14:21 - Veysəloğlu-Distribusiya Çində keçirilən beynəlxalq logistika konfransında iştirak edib - FOTOLAR14:19 - ABŞ anladı ki, hücum etsə, atəşkəs üçün yalvarmalı olacaq - İranın vitse-prezidenti14:16 - İlham Əliyev Tacikistanda - FOTOLAR14:14 - "QHT işi" üzrə daha bir məhkəmə başlayıb

07 oktyabr

15:25 - Yeni qaydalar təsdiqləndi - Kimlərin pensiyası artırılacaq?15:23 - Qəbələdə Zirvə Görüşü öncəsi maraqlı anlar - FOTOLAR15:21 - İlham Əliyev Putinə zəng etdi

06 oktyabr

09:43 - Bəşər Əsədə sui-qəsdin detalları - "New York Post" 09:39 - ABŞ Cənubi Qafqazda post-Putin dövrünə hazırlaşır...09:37 - "Dünyada etibarnamə tələb edən yeganə ölkə Azərbaycandır" - "Bu, tamamilə məntiqsiz və hüquqa zidd haldır"

02 oktyabr

13:45 - İlham Əliyev Paşinyanla görüşdü - FOTO13:43 - İrəvandan Kopenhagen görüşü barədə açıqlama...13:40 - Bəşər Əsədi Moskvada zəhərləyiblər?

01 oktyabr

10:52 - Tendersiz 53 milyonluq sifariş - - AYNA-nın heyrət doğuran qanunsuzluğu üzə çıxdı10:48 - Kiyev ərazi itkisi ilə barışmalı olacaq - Kuleba10:45 - ABŞ-də hökumət böhranı - Bakıdakı səfirliyə də təsir etdi

30 sentyabr

12:23 - Qəzzaya nəzarət ABŞ və Britaniyaya verilir12:21 - Azərbaycanda dollara tələbat artıb - Aylıq alış 200 milyona yaxınlaşıb12:19 - ABŞ 120 iranlını ölkəsinə qaytardı

29 sentyabr

09:02 - "Çin yeraltı hədəflərə nüvə zərbələrinin modelləşdirilməsi sistemini yaradıb" - SCMP09:00 - Azərbaycana qarşı növbəti saxta kampaniya...08:59 - II Dünya Müharibəsində qalib gəldik, Ukraynada isə... - Rutte

26 sentyabr

12:02 - Adnan İsveçrədə saxlanılıb, yarım milyon cərimə ödəyib...11:53 - Moskva vurula bilərmi? - "Bloomberg" nəşri11:46 - "İlham Əliyev əsl dostdur, bunu hər kəs haqda demək asan deyil" - Aleksandar Vuçiç

23 sentyabr

14:20 - Rusiyaya gizli hərbi texnika ötürən azərbaycanlı kimdir? - MƏHKƏMƏ14:17 - İşdən çıxarılanlar 150 nəfərə çatdı - ADY-də ixtisarlar