Şərqin ən zəngin ölkəsi Qarabağa gəlir - Uzaq Qətəri bizə yaxın edən səbəblər...

20 oktyabr, 2021 10:39

Ekspert: “Qətər investorları ilə bizim əlaqələrimiz  texnoloji idxalın reallaşdırılması ilə bağlı ola bilər”

Xəbər verdiyimiz kimi, Azərbaycanla Qətər arasında “Ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında saziş” imzalanıb. Qeyd edək ki, ötən ay da Qətərdən dövlət nümayəndələri Azərbaycana gəlmişdilər. Həmin təmaslarda Qətər rəsmiləri azad olunmuş ərazilərdə həyata keçirilən bərpa prosesi çərçivəsində layihələrin icrasına Qətər şirkətlərinin də cəlb edilməsində maraqlı olduqlarını bildirmişdilər. Məqsəd Türkiyə ilə də yaxın münasibətləri olan Qətər şirkətlərinin Qarabağdakı quruculuğa cəlb edilməsidir. Bu proses digər ərəb ölkələrinin də Azərbaycana investisiya yatırmasına şərait yarada bilər. Bəs Azərbaycanı Qətər üçün vacib edən nədir və investisiya mühitimizi ərəb investisiyasına necə uyğunlaşdırmalıyıq?

Qeyd edək ki, XİN rəhbəri Ceyhun Bayramov Qətərlə bağlı danışarkən bildirib ki, ənənəvi istiqamətlərdən başqa, alternativ enerji sahəsi və onun inkişafı barədə də fikir mübadiləsi aparılıb: “İşğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərində Qətər dövlətindən olan investorların cəlb edilməsi potensialı müzakirə olundu. Pandemiya ilə əlaqədar məhdudiyyətlərdən əvvəl ölkələrimiz arasında turizm sahəsində çox yaxşı artan tendensiyalar mövcud idi. Düşünürük ki, bu məhdudiyyətlər aradan qaldırıldıqca çox qısa müddətdə bu istiqamətdə daha yüksək nəticələr əldə olunacaq”.

Mövzu ilə bağlı musavat.com-a danışan UNEC-in professoru Elşad Məmmədov bildirdi ki, bizim xarici investorlardan əsas gözləntilərimiz texnologiya idxalı ilə bağlıdır: “Daxili investisiya resursları kifayət qədər mövcuddur. Qətər investorları ilə bizim əlaqələrimiz də məhz texnoloji idxalın reallaşdırılması ilə bağlı ola bilər. Düzdür, Qətərin özü dünya iqtisadiyyatında texnoloji nöqteyi-nəzərdən ciddi mövqeləşməyib. Amma müəyyən texnoloji proseslər var ki, burada bizim əməkdaşlığımız mümkün ola bilər".

Professorun sözlərinə görə, bir məqam burada xüsusilə qeyd olunmalıdır ki, investorların xaricdən cəlb olunması üçün ilk növbədə daxili investisiya mühiti lazımi səviyyədə olmalıdır: 

"Daxili investisiyalarda kəskin artım müşahidə edilməlidir. Biz təəssüf ki, bu ilin və ötən ilin göstəricilərinə baxanda görürük ki, investisiyaların həcmi arzuolunan səviyyədə deyil. Ona görə də düşünürəm ki, ilk növbədə daxili investisiya institutunun formalaşmasına ciddi ehtiyac var. O ki qaldı xarici investorların ölkəmizə texnologiyaları idxal etməsinə, burada şübhəsiz ki, ən mühüm məqamlardan biri satış bazarlarıdır. Son nəticədə istehsalın reallaşdırılması prosesi baş verərsə, satış bazarları hansılar olacaq?  İnvestorlar hansı satış bazarlarına istiqamətlənə bilər? İstər xarici, istər daxili investorlar regiona iqtisadi inteqrasiya olmazsa, bu, baş tutmaz. Çünki bölgədə, yəni Cənubi Qafqazda yerləşən heç bir ölkənin bazarının həcmi uzunmüddətli şəkildə real sektorla bağlı dayanıqlı investisiya axınının artmasına imkan vermir.  Cənubi Qafqazın ən böyük ölkəsi Azərbaycandır. Azərbaycan bazarı da 10 milyon nəfərlik bir bazardır. Bu bazarın həcmi strateji və uzunmüddətli investisiyalar  üçün kifayət deyil. Ona görə də regional iqtisadi əməkdaşlığın dərinləşməsi şəraitində bölgəmiz kifayət qədər effektiv və cəlbedici uzunmüddətli investisiya məkanına çevrilə bilər".

E.Məmmədov vurğuladı ki, məsələnin bir tərəfini -  daxili iqtisadi siyasəti fikirləşəndə, digər amilləri də nəzərə almaq lazımdır: 

“Çünki iqtisadiyyat olduqca mürəkkəbdir. Biz istehsalın nəticəsi olaraq  satış bazarlarını düzgün planlaşdırmasaq, heç bir uzunmüddətli prioritet istiqamətlərdə dayanıqlı iqtisadi nəticələrə ümid edə bilmərik. Burada ən mühüm məqamlardan biri satış bazarıdır. Satış bazarı dedikdə isə regionda iqtisadi münasibətlərin dərinləşməsinə ehtiyac var.  Regionda geniş bazarların formalaşması optimal istiqamət və çıxış yolu kimi nəzərdən keçirilməlidir”.

12 dekabr

19:55 - "Veysəloğlu" Şirkətlər Qrupu Fəxri Xiyabanda Ümummilli Liderin məzarını zyarət edib - FOTOLAR

09 dekabr

18:52 - AZAL təyyarəsinə dair yeni açıqlama - Faciənin ildönümü 18:45 - "Ukraynada prezident seçkilərinin vaxtı çatıb" - Tramp18:40 - Veysəloğlu Şirkətlər Qrupu "Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi" kitabının təqdimatında iştirak edib - FOTOLAR

08 dekabr

12:05 - Azərbaycanlı milyarderin işində gizli şahid ortaya çıxdı12:02 - İlham Əliyev iranlı naziri qəbul etdi 12:00 - Rusiya ordusu sürətlə irəliləyir... - "Telegraph"

02 dekabr

13:17 - Zelenski istefa verir? 13:12 - Quru sərhədlərin açılması məsələsi gündəmə gəldi13:10 - Rusiya Pokrovsk və Vovçanska nəzarəti ələ keçirdi

01 dekabr

11:48 - Regionda ən bahalı mobil telefon tarifləri Azərbaycandadır - "Numbeo" 11:46 - Azərbaycanla həmsərhəd ərazidə ŞƏT-in təlimləri başlayır11:43 - Əli Kərimli hansı maddə ilə ittiham edilir?

27 noyabr

14:23 - İlham Əliyev mineral daş yunu zavodunun açılışında...14:20 - "Rusiyanın raket gücü Qərbi Ukrayna üzrə sülhə razı saldı" - "The New York Times" 14:18 - "ABŞ-nin sülh planının əsas məqamları razılaşdırılıb, top Ukrayna tərəfdədir" - Lukaşenko14:15 - Deputatın oğlu bu dəfə 31 milyonluq tender qazandı

24 noyabr

10:21 - Putin Trampın "Sülh Planı"na münasibət bidirdi10:19 - İran Azərbaycanın tankerini saxlayıb? 10:18 - Avropada Ukrayna üçün yeni plan hazırlandı - TAM MƏTN

21 noyabr

13:32 - "Veysəloğlu Distribusiya"nın rəhbər heyəti Böyük Britaniyada qabaqcıl logistika təcrübəsi ilə tanış olub - FOTOLAR09:55 - Dövlət Agentliyinin sədri öz bacısından Agentlik üçün ofis icarəyə götürür09:48 - Bu il ət və ət məhsulları nə qədər bahalaşıb? - Tam siyahı09:46 - "ABŞ-nin Azərbaycanla tərəfdaşlığı ölkənin regiondakı strateji rolundan qaynaqlanır" - "Forbes" nəşri09:44 - Rusiya Kupyanskı şəhərini ələ keçirdi

19 noyabr

13:33 - Maduro ABŞ-a istefasını təklif edib - - "New York Times" 13:31 - Komitə sədri vergilərin artırılmasından danışdı13:29 - Paşinyanın silahdaşı Türkiyə ilə sərhədin tezliklə açılacağının anonsunu verdi

18 noyabr

22:12 - "Qızıl sandıq" lotereyası başladı - İndi ƏDV geri-al çekləri sizə daha çox qazandıracaq16:13 - "ABŞ Paşinyanı belə sülh sazişi hazırlamağa təşviq edə bilər" - Riç Outzen