NATO Belarusa hücum etsə, Rusiya onu necə qoruyacaq? - Generallar xəritə cızır

22 oktyabr, 2021 17:15

Ötən gün oktyabrın 21-də Moskvada Rusiya və Belarus müdafiə nazirliklərinin birgə kollegiyası keçirilib.

"Azsiyaset" virtualaz.org-a iatinadla xəbər verir ki, mövzu NATO-nun “Belarusa qarşı artan təhdidləri fonunda” iki ölkənin birgə müdafiə doktrinasının işlənib hazırlanması idi. Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib ki, yeni hərbi doktrina “kollektiv Qərbin sistemli təzyiqlərinə” cavabdır. Sənəd hazırdır, amma çap edilməyib, tezliklə onu Rusiya-Belarus İttifaq dövlətinin (Belarusa qarşı qərbdən təzyiqlərin artması bu ittifaq dövləti layihəsini canlandırıb, -müəl.) dövlət şurası təsdiqləyəcək.

Rusiya müdafiə nazirinin bu bəyanatı NATO müdafiə nazirlərinin danışıqları ərəfəsinə təsadüf edib. Həmin iclasda “Avroatlantik regionunda çəkindirmə və müdafiə konsepsiyası”nın razılaşdırılması planlaşdırılıb, sənədin Rusiyaya qarşı yönəldiyi bildirilir.

“Biz Rusiyanı XXI əsrin ən böyük təhdidi hesab edirik və onunla necə mübarizə aparmağın yollarını axtarırıq”, - Böyük Britaniyanın müdafiə naziri Ben Uolles bildirib. Onun bəyanatından “Reuters” sitat gətirir.

Almaniyanın müdafiə naziri Annegert Kramp-Karrenbauer isə “Deutschlandfunk “ radiosunun efirində bildirib ki, NATO zərurət yaransa Rusiyaya qarşı silah tətbiq etməyə hazır olduğunu ona nümayiş etdirməlidir.  “Heç kim alyansın Baltik və Qara dəniz regionundakı tərəfdaşlarına hücum imkanlarını nəzərdən keçirməli deyil”, - o bildirib.

Müdafiə nazirinin sözlərinə görə, Moskva sistemli şəkildə  həmin NATO ölkələrinin hava sərhədlərini pozur, ona görə də alyans üzvlərinin müdafiəsinə xüsusi diqqət ayrılmalıdır. Nazir habelə Rusiyanın alyans üzvlərinə qarşı sistemli kiberhücumlar həyata keçirdiyini, Belarusla Avropa İttifaqı sərhədlərində miqrant böhranı yaratmağa çalışdığını deyib.

Beləliklə, NATO-Rusiya münasibətləri aşkar şəkildə qarşıdurma mərhələsinə keçir və tərəflər bir-birinə qarşı mübarizə taktikasını ölçüb-biçirlər. Əlbəttə, Rusiyanın öz hərbi doktrinası mövcuddur və indiki halda Belarusla birgə hərbi doktrinanın hazırlanması Moskvanın alyansa qarşı Qərb cəbhəsində səfərbərlik niyyətini göstərir.

Rusiyalı hərbi ekspert Viktor Litovkinin fikrincə birgə hərbi doktrina bir növ ideoloji sənəddir. Bu sənəddə təhdidlər təsvir olunur, birgə müdafiənin prinsipləri və real döyüş əməliyyatlarının başlayacağı təqdirdə atılacaq birgə addımlar müəyyən edilir. Həmin sənəd imzalanandan sonra iki ölkənin silahlı qüvvələri onun əsasında fəaliyyət göstərəcəklər.

Qeyd edək ki, Rusiya uzun müddət Belarus ərazisində öz hərbi bazalarını yaratmaq istəyib, amma əvvəllər Lukaşenko Qərblə Moskva arasında manevrlər edəndə bu bazaların yaradılması planlarına qarşı qəti şəkildə qarşı çıxırdı. Bəs indi necə olacaq, birgə hərbi doktrina bu planları yenidən aktuallaşdıracaqmı?

Litovkinə görə, Rusiyanın Belarusda hərbi bazalar açması sırf hərbi səbəblərdən arzuolunandır. Bu bazalar hərbi əməliyyatlar teatrını birlikdə öyrənməyə, qoşunların tətbiqi planlarını işləyib hazırlamağa imkan verər. Amma Lukaşenko da öz xalqına vəd edib ki, heç vaxt ölkə ərazisində xarici hərbi baza olmayacaq. Bu baxımdan ekspert hesab edir ki, birgə hərbi doktrinada Belarusda hərbi bazaların yaradılması nəzərdə tutulmayacaq. Belarus elə də böyük ərazi deyil və ona hücum edilsə Rusiya öz ərazilərinin dərinliklərindən-Smolenskdən tutmuş Kalininqrada qədər, cavab verə bilər. “Yəni qoy əvvəl belaruslular müdafiə olunsunlar, sonra biz köməyə gələrik”,-ekspert “Svobodnaya pressa”ya deyir.

Bəs Belarusdakı daxili siyasi vəziyyət hərbi amilə çevrilsə necə? Nəzəri olaraq NATO hücum etsə Lukaşenkonun əleyhdarları onları gül-çiçəklə qarşılaya bilərmi?

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun hərbi-siyasi araşdırmalar Mərkəzinin eksperti Mixail Aleksandrov bununla bağlı deyir ki, hazırda Rusiya Müdafiə Nazirliyi daha çox hibrid müharibə taktikasına üstünlük verir. Qərbdə isə hibrid müharibə çoxdan aparılır. Bura kiberəməliyyatlar, informasiya hücumları, daxili müxalifətin siyasi sistemi laxlatmaq üçün istifadə edilməsi daxildir. Bu tendensiyalar həm Rusiyada, həm Belarusda müşahidə edilir. “Bu mühüm qarşıdurma elementi də doktrinada əks olunmalıdır. Qərbin Donbassa, Minsk razılaşmasına, Krıma qarşı hibrid müharibəsinə Belarus heç cür müqavimət göstərmir. Minsk istəyir ki, Moskva onun təhlükəsizliyini təmin etsin, amma özü bizə təhlükəsizliyin təmin olunmasında kömək etmək istəmir”, - ekspert deyir.

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib