İran məngənədə sıxılır… - Əli Baıri Kani Brüsselə yollandı

28 oktyabr, 2021 00:20

Müəllif: Camal Bustani

Dövlət departamentinin mətbuat katibi Ned Prays ABŞ-ın İrandan nüvə sazişi ilə bağlı danışıqların dərhal bərpa olunmasını tələb etdiyini bildirib. ABŞ Tehranı xəbərdar edib ki, problemin diplomatik yolla həlli üçün “pəncərə” tədricən bağlanır.

İran yeni rekorda imza atıb. O, hamını özünə qarşı birləşdirməyi bacarıb. Onun Vyanadakı nüvə danışıqlarının bərpa olunmasını açıq-aşkar sabotaj etməsi neqativ reaksiya doğurur. Təkcə Qərbdə yox - orada Tehranın dostları yoxdur. Məsələ ondadır ki, Rusiya və Çin də qıcıqlandıqlarını gizlətmirlər.

"Tehranda söz anlamırlar, çağırışları zəiflik sayırlar və daha çox alver etməyə çalışırlar", - Qərbdə belə düşünürlər. - "Ona görə də sizi dialoqa məcbur etmək üçün imkanlarımızın olduğuna aydın eyhamlar edirik".

Çinin və ABŞ-ın İrana dair mövqeləri ayrıldı...

Əvvəlcə İsrailin Times of Israel nəşri vasitəsilə yəhudi dövlətinin HHQ-nin İranın nüvə obyektlərini bombalamaq planını hazırlamağa başladığı bütün dünyaya bəyan olundu.  Bildirilir ki, əməliyyatlara hazırlıq 2022-ci ildə başlayacaq,  bu missiyaya ayrıca maliyyə ayrılıb və təyyarəçilərin məşqləri üçün plan tərtib olunub, İsrail hökuməti isə milyardlarla şekel ayırmağa hazırdır.

Sonra Böyük Britaniya XİN-in rəhbəri Liz Trass Tehranı xəbərdar etdi ki, danışıqlardan imtina olunsa “ciddi tədbirlər görüləcək” və söhbət yalnız yeni sanksiyalardan getmir. Oktyabrın 26-da isə İranda benzinin kvotalarla satışının elektron sistemi sıradan çıxdı.  Bəzi məlumatlara görə, Tehranda ayrı-ayrı yanacaqdoldurma stansiyaları işini dayandırıb.  İran hakimiyyəti də bunun səbəbinin kiberhücumlar olduğunu artıq təsdiqləyib.

Bu, çox ciddi məsələdir, çünki İranda benzin sadəcə benzin deyil. Xatırladaq ki, 2019-cu ilin noyabrında müasir İran tarixinin ən kəskin etirazlarının səbəbkarı da məhz benzin olub. Həmin vaxt hakimiyyət bir anda yanacağın qiymətini 3 dəfə qaldırmışdı - 10 min rialdan 30 min riala (təxminən 8 ABŞ sentindən 25 sentə). Nəticədə yoxsul təbəqələr ölkə boyunca bir həftə etiraz etdi. Polis bölmələri oda verildi, şəhərlərin küçələrində avtomobil şinləri yandırıldı, toqquşmalarda rəsmi məlumata görə 230 insan həyatını itirdi.

Qəfil kiberhücumlar, benzin kvotası

Benzinin bahalaşması problemini yumşaltmaq üçün yanacağın güzəştli kvotalarla satışı sistemi tətbiq olundu, ölkənin bütün sakinləri bu hüquqdan yararlana bilər.  Bu proqramın reallaşması üçün yanacaq kartına malik olmaq lazımdır. Bu kartla litri 15 min rial (təxminən 0,05 ABŞ dolları) olmaqla hər ay 60 litr benzin almaq olar.  Bu elektron yanacaq kartı yoxdursa, benzinin litri 30 min riala (təxminən 0,1 dollar) satılır.

Bu kiberhücumu planlaşdıranlar hər şeyi incəliklə hesablayıblar - kartla ucuz benzin almaq qeyri-mümkündür, litri 30 min riala isə nə qədər istəsən ala bilərsən.  Bir tərəfdən gülməli rəqəmlərdir, ancaq iranlılar hesab edirlər ki, ucuz benzin onların ayrılmaz hüququdur.  Və bu hüquqa qəsdi çox ağrılı qarşılayıb hətta küçələrə axışmağa da hazırdırlar. Əgər bu, daima baş versə, nələr ola bilər? Yəqin belə də olacaq, sistemin zəif yeri tapılıb…

Əli Bağıri Kani danışıqlar üçün Brüsselə uçub

Tehran hələ də Çinin dəstəyinə arxalanaraq manevr etmək və alveri davam etdirmək niyyətində idi.  Ancaq bu günlərdə bəlli oldu ki, nüvə danışıqlarının sabotajına Pekin də şad deyil və Çin hakimiyyəti də Tehranı Vyanaya dönməyə sövq etməyə başlayıb.

Həm də bunu özünəməxsus şəkildə ediblər - iri limanları İran tankerlərinin üzünə qapadıblar. Və nefti yalnız iri olmayan limanlara daşımağa icazə veriblər, eyni zamanda gəmilərə xidmət qiymətlərini 2-3 dəfə artırıblar.

Bundan əlavə, İranın nəqliyyat şirkətləri Assosiasiyasının nümayəndəsi Məsud Daneşmand bildirib ki, Çin gəmiləri artıq İran limanlarından yan keçir və Dübayda boşaldılır. Və mallar da İrana oradan daşınır.  İran tərəfinin “Niyə belə? Bəs strateji əməkdaşlıqla bağlı 25 illik müqavilə?” suallarına Pekində  geniş təbəssümlə bu cür cavab verirlər: "Düzdür, ABŞ-ın sanksiyaları qanunsuzdur. Siz onları aradan qaldırmağa çalışın və bizim də sizinlə ticarət risklərimiz azalsın".

Vahid cəbhədə bu cür kütləvi təzyiqlər öz  nəticəsini verir - İranın xarici işlər nazirinin müavini, yeri gəlmişkən həm də Ali liderin qohumu Əli Bağıri Kani İranın nüvə sazişi ilə bağlı danışıqlara qayıtması üçün təcili şəkildə Brüsselə yollanıb.  Görünür, İran son hadisələrdən düzgün nəticə çıxarıb - vahid beynəlxalq cəbhəyə qarşı davam gətirmək mümkün olmayacaq və ən yaxşısı razılığa gəlməkdir.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR