Rusiya sərhədin 1920 xəritəsi ilə çəkilməsini istəyir? - Ekspert

01 noyabr, 2021 00:04

Putin Valday forumunda çıxış edərkən, Azərbaycan-Ermənistan sərhədlərinin dəqiqləşdirilməsi üçün xəritələrin Rusiya Baş Qərargahının arxivində olduğunu bildirmişdi. Bu məsələ isə Ermənistanda ciddi müzakirə mövzusuna çevrilib, iddia edilir ki, Rusiya 1920-ci il xəritələrini nəzərdə tutur. Azərbaycanda isə hələ ki, böyük ajiotaj yaratmasa da, müzakirələr ən uc nöqtələrdə gedir: hakimiyyətə yaxın media və rəsmilər hər şeyi ağ rəngdə, özünə müxalifət deyən marginallaşmış bir qrup isə hər şeyi qara rəngdə göstərməyə çalışır.

"Azsiyaset" xəbər verir ki, bu sözləri ReAL üzvü, ekspert Natiq Cəfərli deyib.

O bildirib ki, əslində həqiqət “nə ağ, nə də qara” tərəfdədir, “ortada”dır:

"Azərbaycan hərbi qələbə qazanmış tərəf kimi sülh sazişində israrlıdır və bir müqavilə ilə bütün məsələləri həll etməyi düşünür: sərhədlər dəqiqləşdirilir, kommunikasiyalar açılır, qarşılıqlı ərazi bütövlüyünün tanınması ilə ölkəmizdə yaşayan erməni əsilli azərbaycanlıların (“azərbaycanlı” - etnik mənsubiyyət deyil, vətəndaşlıq tanımıdır, bizim hamımızı birləşdirən dəyərdir, üst kimlikdir – N.C.) gələcək birgə yaşayışını Azərbaycan qanunları ilə tənzimləyəcəyinə, onların təhlükəsizliyinə zəmanət verir. Ermənistan tərəfi isə 3 məsələni ayrı-ayrı müzakirə etməyi, razılıqların ayrı müqavilələrlə tənzimlənməsinə çalışır: sərhədləri dəqiqləşdirmək istəyir, kommunikasiyaların açılmasında maraqlıdır, amma ərazi bütövlüyü məsələsini sonraya saxlayıb, Qarabağda yaşayan erməni əsilli azərbaycanlıların statusunu ayrıca müzakirə etməyi düşünür.

Rusiya nə istəyir? Kreml kommunikasiyaların açılmasında maraqlıdır, çünki Ermənistana alternativ və daha təhlükəsiz yol əldə edir, Ermənistanla Rusiyanı bağlayan yeganə quru yolun Gürcüstan ərazisindən keçdiyini nəzərə alaraq, rəsmi Tiflisdən bu məsələdə asılılığını azaltmağı düşünür. Sərhədlərin dəqiqləşdirilməsində də Rusiyanın marağı var, çünki həmən Azərbaycan-Ermənistan sərhədini Moskva qoruma altına alacaq, regionda öz hərbi mövcudiyyətini artıracaq, gücləndirəcək. Amma rəsmi Kreml də Azərbaycanda yaşayan erməni əsilli azərbaycanlılarla bağlı məsələni açıq saxlamaqda israrlı və maraqlıdır ki, daim bu “kartdan” istifadə edib hər iki ölkəyə olan təsir rıçaqlarını əlində tutsun. Çünki hərtərəfli sülh sazişi olsa, Rusiyanın “sülməramlı” adlanan qüvvələrinin Xankəndi və ərtafında qalması mənasızlaşacaq”.

N.Cəfərlinin fikrincə, Rusiya həm də ona görə SSRİ xəritələrini – güman edilir ki, söhbət 1920-ci illər xəritəsindən gedir - ortalığa atıb ki, özü üçün yeni presedent yaratsın:

“Bir çox Rusiya torpaqları, o cümlədən Krım, Ukraynanın, Belarusun, Qazaxstanın bəzi bölgələri 1922-ci il, SSRİ-nin təsisindən sonra müttəfiq respublikalara verilib. İndi Azərbaycan-Ermənistan arasında 1920-ci illərin xəritəsinə əsaslanaraq sərhədlərin müəyyənləşdirilməsi sabah Kremlə Ukrayna, Belarus, Qazaxstanla oxşar yanaşma üçün əsas yaradacaq və ya Kreml bu yanaşmanı yaratmağa çalışacaq”.

N.Cəfərli bildirib ki, Azərbaycana 1920-ci il xəritələri çərçivəsində sərhədlərin müəyyənləşdirilməsi sərf edir, kommunikasiyaların açılması da maraqlarımıza uyğundur, amma Xankəndi və ərtafında yaşayan erməni əsilli azərbaycanlıların gələcəyi ilə bağlı məsələlərin ertələnməsi maraqlarımıza heç uyğun deyil:

“Yəni, orbazlı desək, bu raundu 2:1 uda bilərik, amma sonrakı raundlara yaxşıca hazırlaşmalıyıq”.

Ekspert bir daha bunun üçün mürəkkəb idarəetmə sisteminə keçidi vacib saydığını vurğulayıb. Onun fikrincə, hakimiyyət bölgüsü və mürəkkəb idarəetmə - mer institutunun yaradılması, bələdiyyələrin təkmilləşməsi, hökumətin iqtisadi siyasətdən və islahatlardan tam məsuliyyət daşıması, parlamentin siyasi təsir imkanlarının genişlənməsi gələcək mümkün təzyiqləri neytrallaşdırmaq üçün vacibdir.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR