"Tərəflərin bu mövzuda mövqeyi sözsüz ki, fərqlidir, ona görə də, bəyanatda da göstərilir ki..." - MÜSAHİBƏ

30 noyabr, 2021 00:02

"Azsiyaset" Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarovun teleqraf.com-a verdiyi müsahibəni təqdim edir: 

- Tofiq müəllim, Soçi görüşünün nəticələrini necə şərh etmək olar?

- Bu görüşü təhlil edərkən, ilk növbədə ona diqqət etməliyik ki, burada məqsəd nə olub? Məqsəd ondan ibarət idi ki, 10 noyabr 2020-ci ilin Bəyanatında göstərilən bəndlərin icrası hansı səviyyədə təmin edilib. Eyni zamanda bu müddəaların təminatında hansı məsələlər ortaya çıxıbsa, onun müzakirəsi aparılıb.

- Daha çox hansı məsələlərin üzərində dayanıldığını söyləmək olar?

- Bu görüşdə müzakirə edilən məsələləri üç qrupa bölmək olar. İlk növbədə burada Qarabağ mövzusu əsas idi. Eyni zamanda Azərbaycan, Türkiyə və Rusiyanın reinteqrasiya prosesindəki formatı tətbiq olunub. Həmçinin Minsk qrupunun müzakirələrdən kənarda qaldığı açıq şəkildə təsbit edilib. Bu da onu göstərir ki, Azərbaycanın mövqeyi təsbit olunub. Ermənilər nə qədər cəhd etsələr də, prosesə yenidən Minsk qrupu daxil olsun, “statusla” bağlı məsələ yenidən müzakirəyə çıxarılsın, amma bu məsələlərə dair Soçi görüşündə hansısa nə fikir səsləndi, nə də yekun bəyanatın mətnində özünə yer tapdı.

- Delimitasiya və demarkasiyada konkret nəticələrlə bağlı Soçi razılaşmasının əhəmiyyətini necə qiymətləndirirsiniz?

- Bu görüşdə sərhədlərlə bağlı konkret məsələlər müzakirə olundu. Tərəflərin bu mövzuda mövqeyi sözsüz ki, fərqlidir. Məhz ona görə də, bəyanatda da göstərilir ki, hansısa ümumi bir platforma tapılmalıdır. Ona görə də, burada konkret bir mövqe olmalıdır. Müşahidə olundu ki, bu məsələ Qarabağ mövzusundan fərqli səslənir.

- Rusiyanın təklifi nədən ibarət idi?

- Rusiyanın təklifi ondan ibarət idi ki, bu məsələlərin həllində kömək etməyə hazırdır.

- Zəngəzur dəhlizi ilə bağlı məsələdəki irəliləyişlər hansılar oldu?

- Bu mövzuya aid bir çox stereotiplər mövcuddur. İlk növbədə Zəngəzur dəhlizinin açılması bəyan olunsa da, praktiki baxımdan onun icrası mümkün deyil. Çünki hələ bu yol hazır deyil. Burada 100 km-ə yaxın yol Azərbaycan ərazisindən keçir. Eyni zamanda Ermənistan ərazindən keçən dəmir yolu xəttinin də vəziyyəti gündəmdədir. Naxçıvan hissəsində də xəttin bərpasına zaman lazımdır. Amma ümumilikdə icra edilən işlər də çoxdur. Digər tərəfdən dəhliz eksteriotaldır. Yəni burada hansısa xüsusi qaydalar tətbiq olunmaqdadır. Bu eksteriotallıq Zəngəzur dəhlizində mövcuddur. Çünki 1992-ci ildən sərhədi qoruyan rus sərhədçiləri idi. Bu yol da Ermənistan sərhədi boyu gedir. Ona görə də, eksteriotallıq artıq mövcuddur.

- Qarşı tərəfin mövqeyi bu məsələdə nə dərəcədə təsirli görünür?

- Ermənilər bu məsələlərə dair öz istəklərini bildirir. Amma 10 noyabr bəyanatında bu mövzuya aid bənddə göstərilir ki, təhlükəsizliyi təmin edən rus sərhədçiləridir. De-fakto bu, artıq mövcuddur. Ermənistanın buna isə razılığı hələ 1992-ci ildən mövcuddur. Yəni bu baxımdan Zəngəzur dəhlizi mövzusunu artıq icra fazasında hesab etmək olar. Dövlət başçısının da vurğuladığı kimi, bu məsələ də mütləq ki, həll olunacaq.

- Sizcə, Aşqabaddakı görüşün nəticələrini Soçidəki diplomatik, siyasi uğurun davamı kimi dəyərləndirməkolarmı?

- Burada Azərbaycanın və bir çox bölgə dövlətlərinin istəyi öz əksini tapıb. Qismən də olsa, belə bir fakt mövcuddur. Dövlətlərin bir çoxu bu bölgədə əməkdaşlığın, inkişafın, əmin-amanlığın, stabilliyin yaradılmasına tərəfdardılar. Ona görə də. Aşqabad görüşü məhz bu məqsədlərə xidmət edən bir paltforma oldu. Vacib məqam ondan ibarət oldu ki, bir müddət öncə Azərbaycan-İran arasında olan gərginlik böhran arxada qaldı. Səslənən bəyanatlara əsaslansaq, ümidlər var ki, gələcəkdə bu cür hallar təkrar olunmayacaq. Bu da müsbət nəticələrdən biri kimi dəyərləndirilir. Eyni zamanda Türkmənistanla həm Azərbaycanın, həm də Türkiyənin münasibətləri daha da inkişaf istiqamətində olan bir tendensiyadadır. Ümumilikdə bu, regional məsələlərin həlli və müzakirəsi baxımından vacib bir görüş oldu.

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"12:07 - ABŞ-də səssiz çevriliş olub

06 aprel

12:38 - Tehran bütün ölkələrə müraciət etdi12:34 - "Bu təhlükəli və psixi problemli adam..." - Məşhur senator Trampa qarşı12:31 - Prezidentin rəsmi qarşılanma mərasimi oldu - FOTOLAR

01 aprel

12:18 - ran raketləri türk siyasətçinin adı ilə bəzədildi12:15 - BƏƏ Hörmüzə görə İranla müharibəyə hazırlaşır - "The Wall Street Journal"12:12 - "Onlar Hörmüzdən keçə bilməz" - Pezeşkian12:10 - Bu qurumların istintaq orqanları birləşir - Nə yenilik olacaq?

24 mart

15:53 - "Bəzi ölkələrdə iqtisadi çöküş qaçılmaz olacaq" - Hörmüz boğazı bağlı qalarsa...