"Moskva bütün dünyaya göstərdi ki, bu düyünün açarı odur" - Rusiyalı ekspert

30 noyabr, 2021 10:21

"Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyanın Soçidə görüşü bir neçə səbəbdən əlamətdardır".

Bu sözləri rusiyalı politoloq Sergey Markedonov deyib.

“Bu görüş Qarabağ müharibəsinin başa çatmasının bir illiyindən az sonra keçirildi. Ancaq Ermənistan-Azərbaycan konflikti başa çatmayıb. Əksinə, Bakı və İrəvan əvvəlki kimi sülhdən çox uzaqdır. Ən ciddi atəşkəs pozulması Soçi sammitindən 10 gün əvvəl baş vermişdi. İkincisi, 10 noyabr 2020-ci il bəyanatından keçən bir il müddətində Rusiya sülh prosesinin moderatoru olaraq öz lidel rolunu gücləndirib. Rusiyanın bu rolundan həm Bakı, həm də İrəvan razıdır”.

Markedonov Rusiya, Azərbaycan, Ermənistan liderlərinin son 1 ildə 3 birgə bəyanat qəbul etdiyini xatırladıb:

“Minsk Qrupunun digər həmsədrləri arasında bu cür nəticəli sənədlərlə öyünə biləcək ikinci bir ölkə yoxdur. Faktiki olaraq Rusiya-Azərbaycan-Ermənistan formatı ATƏT-i danışıqlar platforması kimi ikinci plana keçirdi.

Soçi sammiti danışıqlar prosesində mühüm irəliləyiş olmasa da, əbəs deyildi. Çünki nəticədə mühüm üçtərəfli bəyanat qəbul edildi”, - ekspert vurğulayıb.

O bildirib ki, Soçi bəyanatı üslubuna görə digər iki bəyanatdan ciddi şəkildə fərqlənir:

“10 noyabr bəyanatı – “yanğın sənədi” idi; o, atəşkəsin şərtlərini təyin etdi və köhnə status-kvonun dağılması və yeni statusun formalaşması kontekstində sülh yolu ilə nizamlanmanın müəyyən konturunu verdi. 11 yanvar 2021-ci ildəki ikinci bəyanat regiondakı kommunikasiyaların açılmasına fokuslanmışdı. Sülh prosesində iqtisadi səmərənin ön plana çıxarılması təklif edildi. Alınmadı.

Ancaq yeni birgə bəyanatda tərəflər arasında tamhüquqlu nəqliyyat əlaqəsinin bərpası məsələsi   Rusiya sülhməramlılarının Qarabağdakı effektivliyi, sərhədin demarkasiyası və delimitasiyası işləri ilə bağlıdır. Belə bir bənd əvvəlki bəyanatlarda bu cür dəqiq qeyd edilməmişdi.

Görünür ki, 2021-ci ildə məhz sərhəd məsələsi birinci plana çıxıb və region üçün ən təhlükəli çağırışa çevrilib. Moskva isə həm Bakıya, həm İrəvana, həm də bütün dünyaya göstərməyə çalışır ki, bu düyünü açmaq üçün əsas resurs və açar odur”.

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib