Soçi görüşü hərbi toqquşma riskini azaltdımı? - "Bu prosesdə yalnız Rusiya vasitəçilik etsə..."

30 noyabr, 2021 13:24

Noyabrın 26-da Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Soçi şəhərində keçirilən Azərbaycan və Ermənistan liderlərinin görüşü gərginlik mərhələsini geridə qoya biləcəkmi? Qarşıda nələr gözlənilir, sərhədlərin dəqiqləşdirilməsi və kommunikasiyaların açılması prosesi necə gedəcək? Avropa Birliyinin təşəbbüsü ilə dekabrın 15-də Brüsseldə keçiriləcək İlham Əliyev-Nikol Paşinyan görüşündən nə gözləmək olar?

Bu suallar ətrafında xarici və yerli ekspertlər gözləntilərini açıqlayıblar.

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri və ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri Metyu Brayza bildirib ki, Soçidə keçirilən üçtərəfli görüş və imzalanan bəyanat gələcək addımlar üçün olduqca mühüm hadisədir. Brayzanın sözlərinə görə, bu sənəd sərhədlərin dəqiqləşdirilməsi üçün komissiyanın yaradılmasını, kommunikasiya xətlərinin açılmasını sürətləndirə bilər: "Sərhədlər müəyyənləşdiriləndən sonra o ərazilərdə hərbi toqquşmalara son veriləcək. Komissiyaların yaradılmasından sonra isə sabitlik yaranacaq və gərginlik səngiyəcək. Proseslərin gedişindən ümidsiz idim, amma indi daha pozitivəm ki, maneələr aradan qalxacaq".

Keçmiş səfir hesab edir ki, sərhəd məsələsi yoluna qoyulduqdan sonra Qarabağın statusu məsələsi Ermənistan tərəfindən yenidən gündəmə gətirilə bilər. Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında gərginlik bir də həmin proseslər zamanı yenidən arta bilər.

Brayza hesab edir ki, ATƏT-in digər həmsədrləri - ABŞ və Fransa da prosesdə yaxından iştirak etməlidir: "Bir neçə həftə sonra Brüsseldə keçiriləcək görüşdə Avropa Birliyi önə çıxacaq və öz vasitəçiliyini təklif edəcək. Necə ki, Türkiyə Rusiya ilə bərabər Ağdamda öz hərbçilərini yerləşdirməklə sülhməramlıların fəaliyyətinə nəzarətdə balans yaradıblar. Düşünürəm ki, sərhədlərin müəyyənləşdirilməsinə Qərb dövlətlərinin də qoşulması prosesi sürətləndirə bilər. Ona görə də Azərbaycan və Ermənistan liderlərinin Brüsselə səfərlərində Avropa Birliyi fəal olmalıdır". 

ABŞ-da yaşayan siyasi təhlilçi Ramiz Yunus isə əksini düşünür. Onun sözlərinə görə, Putin, Əliyev və Paşinyan arasında Soçidə keçirilən görüş açıq şəkildə göstərdi ki, Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsindən sonra Dağlıq Qarabağın qondarma statusu mövzusu gündəmdən tamamilə çıxarılır. "Qarabağda yaşayan erməni əhalinin təhlükəsizliyi məsələsi və bu təhlükəsizliyi təmin edən "Rusiya sülhməramlıları" mövzusu yalnız Azərbaycan, Türkiyə və Rusiya formatında müzakirə mövzusudur. Kiminsə xoşuna gəlsə də, gəlməsə də... ATƏT-in Minsk Qrupunun və Ermənistanın özünün prosesdə iştirakına gəlincə, onlar müstəsna hal olaraq, müharibədən sonrakı dövrün yalnız humanitar məsələləri ilə məşğul olacaqlar”.

Məşhur amerikalı politoloq Pol Qobl isə bildirib ki, Putinin vasitəçiliyi ilə keçirilmiş Soçi görüşü proseslərdə kiçik irəliləyişi olan, amma böyük təbliğat kimi dəyərləndirilməlidir. O, hesab edir ki, tərəflər sərhədlərin qısa zamanda dəqiqləşdirilməsini istəyirlərsə, prosesə qərb ekspertlərini qoşmalıdırlar. "Bu məsələyə təkcə Rusiya vasitəçilik eləsə, problem bitib-tükənməyən sərhəd mübahisəsinə çevrilə bilər", - Pol Qobl vurğulayıb.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR