Rusiya-Türkiyə yaxınlaşması - Azərbaycan üçün tarixi dərslər...

01 dekabr, 2021 11:08

Rusiya və Osmanlının BİRİNCİ YAXINLAŞMASI…

300 il əvvəl də öz torpaqlarımızda sərhədlərin müəyyənləşdirilməsi prosesindən əziyyət çəkirdik…

1724-cü il iyul ayının 12-də imzalanan İstanbul müqaviləsi ilə Azərbaycan torpaqları Rusiya və Osmanlı imperiyası arasında bölüşdürülmüşdü. 6 maddə və 1 əlavədən ibarət olan bu müqavilə “dostluq müqaviləsi” adlandırılırdı. Uzun sürən Rusiya-Osmanlı müharibəsi sona çatırdı, amma Azərbaycan torpaqlarının, Səfəvi dövlətinin ərazilərinin işğalı hesabına… Müqaviləyə görə, Türkiyə Rusiyanın işğal etdiyi Xəzərsahili əraziləri Rusiyanın təsir dairəsi kimi tanıdı və Bakı, Dərbənd, Dağıstan Rusiyaya verildi. Rusiya isə İrəvan, Təbriz, Tiflis və Gəncə ərazilərinin (Azərbaycanın Xəzəryanı əyalətlər istisna olmaqla) Osmanlı dövləti tərəfindən işğal edilməsinə razılıq verdi. Şəksiz, Nadir şah bu müqaviləni tanımadı, amma Azərbaycanın taleyi də dəyişmədi. Bu torpaqlar 300 ildir böyük maraqların toqquşduğu həssas nöqtəyə çevrildi. Böyük maraqlar başımıza gətirilən faciələrdən, soyqırımlardan, deportasiyalardan və işğaldan başqa Azərbaycanaheç nə vermədi. Nə az-nə çox, düz 300 ilə yaxındır ki, Rusiya bu torpaqlarda bu və ya digər şəkildə öz mövcudluğunu qoruyub saxlamaqdadır.

300 il əvvəl də öz torpaqlarımızda sərhədlərin hüdudlandırılması, müəyyənləşdirilməsi prosesindən əziyyət çəkirdik, indi də… Bu gün bu prosesi delimitasiya və demarkasiya adlandırırıq. Məsələn, İstanbul müqaviləsinin I maddəsinə əsasən, sərhədlərin müəyyənləşdirilməsinə nəzarət edən komissarlar yaradılmışdı (indi adını komissiya qoyublar), onlar bizim torpaqlarımızda nişanlar qoyub sərhədlər müəyyənləşdirirdilər. Qəribədir ki, bu proses hələ o vaxt Fransanın iştirakı və xüsusi nəzarəti ilə həyata keçirilirdi. Maraqlıdır, sanki 300 il ərzində Fransanın Cənubi Qafqazdakı “missiyası”nın mahiyyəti də dəyişməyib: nəzarətçi, vasitəçi… Bu tarixi prosesləri təhlil etsək, Fransanın 30 ilə yaxındır ATƏT-in Minsk Qrupunun həmsədr olmasını təsadüf hesab etmək olarmı? Yenə də nəzarətçi, vasitəçi və s.

Regionun siyasi-iqtisadi və coğrafi xəritəsi Azərbaycan torpaqlarının işğalı hesabına dəyişdirildi.

Bu dəyişiklikləri şərti olaraq “I mərhələ” adlandıraq.

Ermənilərin Azərbaycana köçürülməsi prosesi də məhz İstanbul müqaviləsindən sonra başladı. I Pyotrun 1724-cü il 10 noyabr fərmanı ilə ermənilər Azərbaycanın müxtəlif bölgələrinə yerləşdirilməyə başladı. Amma proses bununla bitmədi. 1828-ci il Türkmənçay müqaviləsi ilə 40 min erməni torpaqlarımıza göndərildi. 1829-cu il Ədirnə müqaviləsi ilə isə Osmanlı ərazisində yaşayan 90 min erməni Qarabağa, Naxçıvana, İrəvana köçürüldü. Bundan sonra erməniləri burada möhkəmlətmək lazım idi. Bunun üçün də Rusiya çarizmi xalqımıza qarşı soyqırım-deportasiya siyasətinə başladı. 1905-1906-cı illərdə ermənilərin Bakıda törətdikləri qırğınlar xalqımıza qarşı gələcəkdə həyata keçiriləcək daha iri miqyaslı silahlı hücumların mesajı idi.

Rusiya ilə Osmanlının İKİNCİ YAXINLAŞMASI…

Rus-türk müharibələri Rusiyanın Qafqazda möhkəmlənməsi ilə nəticələnib, maraqlıdır ki, rus-türk yaxınlaşması da eyni nəticəni ortaya qoyub

1917-ci ildə bolşevik inqilabı ilə hakimiyyətə gələn Leninlə Osmanlı arasında münasibətlərin istiləşməsi tarixi zərurətə çevrilmişdi. Birinci Dünya Müharibəsinin nəticəsi olaraq dünyanın siyasi xəritəsindən silinəcək imperiyalar içərisində Çar Rusiya və Osmanlı da var idi. Baş verən hadisələr Rusiya-Türkiyə yaxınlaşmasını ortaq formada şəkilləndirmişdi. Hətta müharibədən bir müddət sonra Mustafa Kamal Atatürk Qərb imperialistlərinə qarşı mübarizə üçün Leninə məktub yazaraq ondan silah, ərzaq və  maddi yardımlar istəmişdi. 1921-ci il martın 16-da Rusiya ilə Türkiyə arasında dostluq müqaviləsi də imzalanmışdı. Atatürk 1922-ci il yanvarın 4-də Leninə göndərdiyi ikinci məktubda yazırdı: “Türkiyə Rusiyaya, xüsusən də son bir neçə ayın Rusiyasına Qərbi Avropadan qat-qat yaxındır. Ölkələrimiz arasında digər və daha mühüm oxşarlıq bizim kapitalizmə və imperializmə qarşı mübarizəmizdədir. Sizi əmin edirəm ki, biz heç vaxt birbaşa və ya dolayı yolla Sovet Rusiyasına qarşı heç bir müqavilə və ya ittifaq bağlamayacağıq”. Həm də hər iki ölkəni müharibənin ağır fəsadlarından qurtulmaq cəhdləri birləşdirirdi.

Əslində 1918-ci il sentyabrında Nuru Paşanın komandalığı altında Bakının rus-daşnaklardan təmizlənməsi Rusiyaya sərf edirdi. Baxmayaraq ki, daha sonra ermənilərə, daşnaklara dəstək məqsədilə Rusiya da proseslərə açıq şəkildə qoşulmuşdu. Təsadüfi deyildi ki, ermənilər həmin vaxt Qərb ölkələrindən kömək istəyirdilər. Ancaq rus-türk yaxınlaşması həmin vaxt da “ağıllı” erməniləri narahat edirdi. Necə ki bu gün də Ermənistanda belə bir narahatlıqlar var. Onlar başa düşürdülər ki, 1918-ci ildə Bakıda baş verən proses ermənilərin məğlubiyyəti ilə nəticələnəcək. Həmçinin ermənilərin Bakını ələ keçirmək cəhdləri, orada milli qırğınlar törətməsi rus-türk yaxınlaşmasını çətinləşdirən bir stereotip idi. Və Türkiyə bu stereotipi qırdı. İki ölkə arasında daha böyük maraqların birləşdirilməsi məsələləri var idi. Rusiya da yenidən qurulmalı idi, Türkiyə də! Öz mövcudluqlarını saxlamaq əsas şərt idi. Əvvəlki müqavilələrə əsaslanan regionun sahiblik hüquqları da öz qüvvəsində idi. Belə də oldu. SSRİ quruldu, Türkiyə Cümhuriyyəti elan olundu.

Ümumiyyətlə, son 300 il ərzində rus-türk müharibələri Rusiyanın Qafqazda möhkəmlənməsi ilə nəticələnib. Maraqlıdır ki, rus-türk yaxınlaşması da eyni nəticəni ortaya qoyub.

1918-ci ildə Gürcüstan, Azərbaycan və Ermənistanın respublika yaratmaları regionun siyasi-coğrafi xəritəsini dəyişə bilmədi və yeni regional reallıqlar ortaya çıxmadı. Qısa müddət sonra hər üç respublika süquta uğradı. Bu dövlətlərin hər biri yeni qurulan Çar Rusiyasının varisi hesab olunan SSRİ-nin tərkibinə daxil edildi. Həqiqətən də Azərbaycan Xalq Cumhuriyyəti dünya siyasətində dəyişikliklər və regiondakı böyük dövlətlərin maraqları uğrunda baş verən proseslər nəticəsində süquta uğradı.

Məsələ bundadır ki, Azərbaycan SSRİ-yə daxil edilməsi Ermənistan üçün də nəfəslik rolunu oynadı. Ermənistan müxtəlif dövlətlərə, dünyaya çıxış imkanları əldə etmiş oldu. Xüsusilə Türkiyədə də möhkəmlənməyə başladılar. 1920-ci il 10 avqustda Qafqaz Bürosu Naxçıvanın Şərur-Dərələyəz bölgəsini Ermənistana vermək bərədə qərar çıxardı, Qarabağ və Zəngəzur isə Azərbaycanla Ermənistan arasında "mübahisəli ərazilər" elan olundu. 1920-ci il noyabrın 29-da Ermənistanda sovet hakimiyyətinin quruldu. Zəngəzurun Ermənistana verilməsi 1920-ci il noyabrın 30-da verilən qərarla həll olundu. Göründüyü kimi, plan zərgər dəqiqliyi ilə həyata keçirildi.

Böyük bir coğrafiyada baş verən proseslər, regionun siyasi-coğrafi, iqtisadi xəritəsinin dəyişməsi yenidən Azərbaycan torpaqlarının işğalı hesabına həyata keçirildi.

Bunu da şərti olaraq “II mərhələ” adlandıraq.

Bəs bu gün nə baş verir - Rusiya ilə Türkiyənin ÜÇÜNCÜ YAXINLAŞMASI…

Ermənilərlə razılıq əldə olunmuşdu ki, Ermənistan Qarabağın dağlıq hissəsinə olan əsassız ərazi iddiasından əl çəkəcək. Ancaq nə baş verdi?

2020-ci il Azərbaycan-Ermənistan arasında baş verən 44 günlük müharibə özünün tarixi spesifikası ilə seçilirdi. Yaxınlaşan Rusiya-Türkiyə münasibətləri fonunda Azərbaycanın müstəqil şəkildə Ermənistanla müharibə aparmasını yeni tarixi hadisə və fərqli mərhələnin başlanğıcı hesab etmək olar. Əvvəlki dövrlərdə Rusiya-Türkiyə yaxınlaşması zamanı regionda baş verən proseslərin həllində Azərbaycan iştirakçılıq hüququ qazanmamışdı, proseslərə təsir etmək imkanından məhrum idi. İqtisadiyyatı, ordusu, suverenliyi olmayan dövlət bunu necə edə bilərdi ki?! Ancaq bu dəfə Azərbaycanda belə bir hüquq var, ölkəmiz öz hüquqları uğrunda mübarizə aparır. Artıq ölkəmiz təkcə iştirakçı yox, həm də dünyada proses yaradan bir ciddi subyektə çevrilib.

Deməli, bu gün baş verən Rusiya-Türkiyə yaxınlaşmasına tamamilə fərqli baxış olmalıdır. Ancaq keçmiş və yaxın tariximizi unutmamalıyıq, baş verənlər ciddi təhlil edilməli və nəticələr çıxarılmalıdır.

Müqayisələrlə danışsaq, daha yaxşı olar.

Hazırda postmüharibə dövrüdür və Ermənistanla Azərbaycan arasındakı münasibətlərin hansı şəkildə davam etdirilməsi əsas müzakirə məsələsidir. Ermənistan sülh müqaviləsinə imza atmalıdır, iki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiya prosesi aparılmalıdır, Zəngəzur dəhlizi açılmalıdır və s.  

Elə noyabrın 26-da Soçidə Rusiya və Azərbaycan prezidentlərinin və Ermənistanın Baş nazirinin iştirakı ilə baş tutan üçtərəfli görüşün nəticəsi olaraq qəbul edilən sənəddə də əsas bu üç məsələ öz əksini tapmışdı:

Humanitar məsələlər, sərhədlərin delimitasiyası və demarkasiyası prosesi və dəhlizin açılması…

Bəs bundan əvvəl Ermənistanla Azərbaycan arasında sərhədlərin müəyyənləşdirilməsi prosesi aparılıbmı və bunun nəticələri hansı şəkildə olub? 

Birinci məqam - 1918-ci ilə Cənubi Qafqazda yaranan ölkələrin sərhədlərinin müəyyənləşdirilməsi əsas problemlərdən biri idi. Ermənilərlə azərbaycanlılar arasında sərhəd məsələsini həll etmək üçün may ayının 29-da iclas keçirilir və İrəvan Ermənistana güzəşt olunur. Çox maraqlı bir nüansı qeyd edək. Bu zaman həm də ermənilərlə razılıq əldə olunmuşdu ki, Ermənistan Qarabağın dağlıq hissəsinə olan əsassız ərazi iddiasından əl çəkəcək. Ancaq nə baş verdi? Dərhal ermənilər Qarayazıda, İrəvanda azərbaycanlılara qarşı kütləvi qırğınlara başladılar. Eyni zamanda, razılaşmaya baxmayaraq ermənilər bundan 70 il sonra torpaqlarımıza iddialarını yenidən ortaya ataraq qısa müddət sonra Qarabağı işğal etdilər.

Bəs bu gün nə baş verir? Biz bu gün istəyirik ki, 44 günlük müharibədə məğlub olan Ermənistan Qarabağa olan iddialarından birdəfəlik əl çəkəcəyini imzalanacaq sülh müqaviləsinə imza atmaqla bəyan eləsin. Elədirmi? Bəli! Ancaq ermənilərin işğalçı niyyəti imzalanacaq sülh müqaviləsi ilə sona çatacaqmı? Nə vaxtsa ermənilər revanşist şüarlarla yaranmış hansısa tarixi situasiyadan faydalanmağa çalışmayacaqlarmı? Deməli, gələcəkdə imzalanmalı olan sülh müqaviləsinə də dərin etimadla yanaşmaq lazımlı deyil.

Sülh müqaviləsinə təzminat məsələsinin salınması əsl tarixi qələbə olardı. Əgər Ermənistanı buna məcbur edə bilsək, çox ciddi tarixi uğura imza atmış olacağıq. Ən əsası bundan sonrakı bütün dövrlərdə tədbirli və güclü olmaqdır.

Qeyd etmək lazımdır ki, həmin vaxt Azərbaycanın Gürcüstanla da sərhəd problemləri var idi. Məsələ bundadır ki, nə Ermənistan, nə də Gürcüstan Azərbaycanla sərhəd məsələlərini dinc yolla həll etməyə səy göstərmirdilər. Halbuki Azərbaycan bütün mümkün və dinc səylərini ortaya qoymuşdu. Gürcüstan Borçalı və Şırnaxa silahlı hücum təşkil edərək Azərbaycana qaytarmaqdan açıq şəkildə boyun qaçırmışdı. Özü də almanlarla birləşərək…  

Cənubi Qafqaz ölkələri arasındakı, xüsusilə Azərbaycanla Ermənistan arasındakı sərhəd məsələləri o qədər problemli şəkil aldı ki, bunun üçün 1919-cu ilin aprelində Tiflisdə xüsus konfrans da təşkil edildi. Ancaq bu konfrans da nəticə əldə edə bilmədi və cəmi 2 aydan sonra fəaliyyəti tamamilə dayandırıldı.

İkinci məqam - 1918-ci ildə Azərbaycanla Ermənistanın sərhəd məsələlərinin müəyyənləşdirilməsi Qərb ölkələrinin - “Antanta”nın masasına daşındı. Azərbaycanın sərhədlərinin müəyyənləşdirilməsi ilə bağlı məsələlər Paris sülh konfransında nümayəndə heyətimizin tələbləri sırasında idi. Paris sülh konfransına təqdim etdiyimiz sənədlərə görə, Azərbaycan Xalq Cümhuriyyətinin həqiqi hakimiyyəti altında olan ərazi Cənubi Qafqaz ərazisinin 38%-ni əhatə edirdi.

Burada maraqlı məqam ortaya çıxır. Müqayisə aparaq… Məlumdur ki, 2021-ci il dekabrın 15-də Avropa İttifaqının təşəbbüsü ilə Brüsseldə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçiriləcək. Ancaq nə baş verdi? Rusiya Ermənistanla Azərbaycan arasındakı problemlərinin həllinin yalnız Kreml vasitəsilə mümkün ola biləcəyi mesajını verərək daha tez bir görüş təşkil etdi - Soçi görüşünü!

Təbii ki, Azərbaycan nümayəndə heyətinin o vaxt Paris sülh konfransına qədər gedə bilməsi Rusiyanın Birinci Dünya Müharibəsi zamanı düşdüyü vəziyyətlə bağlı idi. Öz mövcudluğunu qorumaq uğrunda mübarizə aparan Rusiya əvvəldən bir çox proseslərə mane ola bilməsə də, sonradan güc yolu ilə Azərbaycanı da işğal etmiş oldu.

Üçüncü məqam - AXC dövründə iqtisadiyyat-nəqliyyat əlaqələrinin əhəmiyyəti xüsusilə önə çəkilirdi. Bakı-Batum neft kəməri bərpa olunmuş, dövlət bankı yaradılmışdı. Dəmiroylu layihələri uğurla davam etdirilmiş, Gürcüstan və Rusiya ilə iqtisadi əlaqələr qurulmuşdu. Məsələn, Gürcüstana məxsus bir çox məhsulların gömrüksüz satılmasına icazə verilirdi. Rusiya imzalanan ticarət müqaviləsindən ən çox faydalanan isə ermənilər idi. Ermənilər Azərbaycanın iqtisadi bazarda yaratdığı güzəştli şərtlərdən və Azərbaycan-Gürcüstan-Rusiya arasındakı iqtsiadi əlaqələrdən nəfəslik kimi istifadə edirdilər. Onlar xüsusilə kerosin, mazut sahəsinə, eləcə də əvvəllər ixracı qadağan olunan, daha sonra isə ixracına icazə verilən Azərbaycan məhsullarının xarici bazardakı (xüsusilə, Rusiyada yaşayan ermənilər) satışından ciddi mənfəət əldə edirdilər. Bu, onlar üçün əsl humanist şərait idi.

Bəs biz indi nə təklif edirik? İstəyirik ki, Ermənistan sülh müqaviləsinə imza ataraq öz üzərinə öhdəliklər götürsün, Qarabağa olan iddiasından birdəfəlik əl çəksin, ərazi bütövlüyümüzü rəsmən tanısın, dəhliz açılsın və regional layihələrdən faydalana bilsin. 30 il ərzində Ermənistan bütün regional iqtisadi layihələrdən təcrid edildi, sırf Azərbaycanın torpaqlarını işğal altında saxladığına görə. Ermənistandakı sosial problemlər və siyasi böhran isə günbəgün dərinləşməkdədir. Əgər Rusiya Cənubi Qafqazdakı əsas müttəfiqi Ermənistanı dalan dirəyibsə, deməli, rəsmi İrəvan ciddi nəticələr çıxarmalıdır. 100 il bundan öncə eyni situasiya yaranmışdı və ermənilər Qərbdən kəmək istədilər. Ancaq nəticədə Rusiyanın vassalına çevrildilər. Bu və ya digər şəkildə bu gün regionda baş verən hadisələr 100 bundan öncəki hadisələrlə müəyyən paralellik təşkil edir.

Azərbaycanın tarixi mövqeyini fərqləndirən əsas keyfiyyətlərdən biri 30 ildir müstəqil dövlət kimi öz mövcudluğunu qoruyub saxlamasıdır. Eləcə də regional və qlobal proseslərin əsas iştirakçılarından birinə çevrilən Azərbaycanın bugünkü mövqeyi böyük maraqların da birləşməsinə xidmət edir. Bugünkü tarixi şəraitdə Rusiya-Türkiyə yaxınlaşması Azərbaycana sərf edir, eləcə də Türk Dövlətləri Təşkilatının hərəkətlənməsi ciddi amil kimi Bakının da əhəmiyyətini artırır. Ancaq bu məsələdə risklər təhlil edilməlidir. Belə deyək, sabah Rusiya-Ukrayna, yaxud İran-İsrail müharibəsi baş versə, yaxud Putin və Ərdoğan hakimiyyətdən gedəsi olsalar, regionda hansı ciddi dəyişikliklər baş verə bilər və bu, ölkəmiz üçün hansı imkanlar və risklər yarada bilər?!

Şəksiz, 44 günlük müharibə zamanı Türkiyənin Azərbycana verdiyi tarixi dəstək 100 il öncə - Nuru Paşanın Bakını azad edən tarixi missiyası ilə eyni dərəcədə əhəmiyyət, paralellik və aktuallıq kəsb edir. Bəs Rusiyanın addımları? Rusiya-Türkiyə yaxınlaşması Azərbaycanın torpaqlarının işğaldan azad edilməsinə necə təsir göstərdi? 

Ardı var…

Müəllif: Samir Feyruzov

19 dekabr

11:07 - Erməni jurnalistin Azərbaycanla bağlı sualına Zaxarovadan cavab11:01 - Almaniya Avropa İttifaqından çıxır? - "Bloomberg" nəşri10:58 - "Suriya Əfqanıstan kimi olmayacaq" - Colani

17 dekabr

16:06 - Fəzail Ağamalıya 6 ay vaxt verilib...15:57 - Bakıdakı erməni separatçılardan xəbər var - Məhkəmələri başlayır15:49 - Boşanmaların sayı dəyişməyib - Evlənənlər azalıb

16 dekabr

13:59 - Türkiyədən Naxçıvana ikinci qaz xətti çəkiləcək13:45 - Dəməşqdə kritik toplantı... - "Yeni Şafak" yazır13:40 - Parlament gələn ilin büdcəsini qəbul etdi

13 dekabr

14:37 - Deputat tikinti şirkətlərində qanunsuzluqlardan danışdı...14:35 - Zəngəzur dəhlizi ilə bağlı ümumi anlaşma əldə olunub 14:24 - "Zəngəzuru İran qoruya bilər, o da Suriyada elə zərbə aldı ki…" - Rusiyalı politoloq14:22 - Milli Məclisin fasad örtüyünün yuyulması üçün 65 min manat ayrılıb

12 dekabr

15:05 - Ölkədə nə qədər qazi işlə təmin olunub? - VİDEO10:59 - "Bu, Ukrayna üçün xoşbəxtlik yox, xəyanətdir" - Slovakiya Baş naziri10:55 - "SSRİ sərhədlərini tanımamaq dövlətçilikdən imtinadır" - Paşinyan10:50 - Azərbaycanın Türkiyəyə yatırdığı investisiya 10 dəfə azalıb

10 dekabr

18:22 - Azərbaycan təhlükəsizlik orqanları niyə hədəfə alınıb? - VİDEO15:47 - "İran Ermənistana kömək etməyəcək" - Hrant Baqratyan 15:32 - "MİDA-nın sistemi güvən yaratmaq əvəzinə şübhələr doğurur" - Ekspert15:29 - Agentlik bu şirkətdən 567 min manata 14 ədəd minik avtomobili alır

09 dekabr

13:20 - Azərbaycan dollar satışı niyə artıb?13:14 - Rusiyadan müttəfiqlərinə çağırış - "Hazır olun"13:11 - Azərbaycanın Suriyadakı sonuncu səfiri...13:06 - Veysəloğlu Şirkətlər Qrupu ölkəmizə daha bir irihəcmli xarici investisiya cəlb etdi13:04 - Muxtar Babayev ov sezonunu niyə açmır?

06 dekabr

12:32 - Sülh danışıqları dalana dirənib?12:30 - "Ermənistan Azərbaycandan üzr istəməlidir" - Korotçenko12:25 - Fernandu Santuş Millidən göndərilir?

05 dekabr

14:35 - Fələstinlilər Qəzzadan çıxarılır? - Plan açıqlandı