Orta Asiya qəribə "plov"u xatırladır...

06 dekabr, 2021 11:04

Bütünlüklə keşmiş SSRİ-nin müttəfiq respublikalarından ibarət olan Mərkəzi (Orta) Asiya regionu bu gün diqqəti cəlb edirsə, əsasən,  hakimiyyətlərinin rusofob hoqqaları ilə əlaqədardır. Bu, demək olar ki, bütün keçmiş sovet respublikalarına aiddir, amma ən təəssüfedicisi Qazaxıstandır, orada "Hərbi icmal" saytı səbəbləri göstərmədən tam bloklanıb.

Biz çox təəssüf edirik ki, qazaxıstanlı oxucularımız sayta giriş əldə edirlərsə də, bu, böyük çətinliklərlə başa gəlir.

Regiondakı vəziyyəti nəinki rusiyalının, sağlam düşüncəli istənilən insanın nöqteyi-nəzərindən sağlam hesab etmək olmaz. Aydındır ki, hər bir ölkə öz inkişaf yolunu özü seçir və prinsipcə bu ölkəyə nəyisə diqtə etmək olmaz. Amma bunu müzakirə etmək və sanballı qiymət vermək nədən mümkün olmasın?

Beləliklə, "Azsiyaset" moderator.az-a istinadla oxucular üçün maraqlı yazının tərcüməsini təqdim edir:

Gəlin, bizim qonşumuzdan, həm də, gərək ki, Avrasiya İqtisadi Birliyi, Şanxay Əməkdaşlıq Təşkilatı, KTTM və MDB üzrə məsləkdaşımız olan Qazaxıstandan başlayaq.

Q a z a x ı s t a n 

Çox orijinal görünür, son bir neçə ildə bu ölkə regionda başlıca rola iddia edir. Niyə?

Sadəcə, ona görə ki, bunu ona etməyi heç kim qadağan etmir.

"Kimdir burada sonuncu çar? Heç kim yoxdur? O zaman mən özüməm!".

Qazaxıstan Respublikasının hazırki prezidenti Qasım-Jomart Tokayev çox maraqlı şəxsiyyətdir, bunu zaman göstərib.

Bir tərəfdən kifayət qədər səbatlı siyasətçidir, o tərəf-bu tərəfə meyllənmir, digər tərəfdən isə Vətəninin fanatı-vətənpərvəridir. Öz ölkəsindən söhbət gedəndə utanc hissindən tamamilə uzaqdır.

"Hesab edirəm ki, biz cəsarətlə özümüzün regionda xüsusi statusa malik olduğumuzu bəyan etməliyik, çünki bunun üçün bütün əsaslarımız var"-Tokayev belə deyib.

Bu sözlərinin təsdiqi üçün prezident deyib ki, Qazaxıstanın iqtisadiyyatı regionun digər ölkələrinə nisbətən qat-qat güclüdür, iqtisadiyyatımızda daimi olaraq dəyişikliklər gedir, ölkə bütövlükdə geoiqtisadi cəhətdən daha əlverişli vəziyyətdədir.

Üstəgəl unikal intellektual və insani potensialı var, buna görə də ölkə beynəlxalq arenada nüfuza malikdir. Bu səbəbdən də Qazaxıstanın regionun problemlərinin həllində rolu görünməkdədir.

Tokayevin bu bəyanatına regionun digər ölkələrindın bir nəfər də olsun siyasətçi cavab verməyib. Çöx güman ki, yerdə qalan ölkələr də özlərini "regionun lideri" adına az layiq olmadığı qənaətindədir.

Müstəqil ekspertlərin fikirlərini dinləsək, regionda liderliyi Özbəkistana vermək olardı.

Lakin Qazaxıstanın ambisiyaları onun əvvəlki rəhbəri Nursultan Nazarbayevdən qalıb. Elbası müxtəlif təşəbbüslərdə, yumşaq desək, yorulmaz idi. Lakin etiraf edək ki, onun bir sıra təşəbbüsləri kifayət qədər faydalı olmuşdu və ona böyük nüfuz qazandırmışdı.

Məsələn, həyatında bütün ağlasığan və ağlasığmayan mükafatlara layiq görülmüş Nazarbayev prezident postundan getdikdən sonra da diqqət mərkəzində olmaq istəyir.

Bu məqsədlə Avrasiya İqtisadi İttifaqını (etiraf edək, güclə nəfəs alır), Avropa Birliyini ( onun da işləri yaxşı getmir), ŞƏT-i (o qədər də anlaşılan təşkilat deyil) və bu yaxınlarda yaradılmış Türk Dövlətləri Təşkilatını tənqid edərək, Nazarbayev "Böyük Avrasiya" forumunu yaratmağı təklif edib. Bu forumun məğzi adları yuxarıda qeyd edilən təşkilatların nümayəndələri arasında birbaşa təmasları inkişaf etdirməkdir.

Bir sözlə, vitrin xarakterli daha bir təşkilatdan söhbət gedir. Lakin sultanın həyəti dəbdəbəli olmalıdır, yoxsa o, sultan ola bilməz.

Etiraf etmək lazımdır ki, Qazaxıstan hamı ilə, hətta öz aralarında dost olmayanlarla da dostluq edir. Buna parlaq misal respublikanın energetikasına dəstək üçün atom elektrik stansiyasının tikintisi barədə qərardır.

Maraqlıdır ki, bu məsələdə Rusiyanı ötüblər, bu məsələ ilə Qazaxıstanla Çinin birgə "Ulba-TBC" müəssisəsi məşğuldur və o, nüvə reaktorları üçün yanacağın yaradılması ilə məşğuldur. Səhmlərin 54 faizi Qazaxıstanın "KazAtomProm" konserninə, 49 faizi isə Çinin nəhəngi olan China General Nuclear Power Corporation (CGNPC) şirkətinə məxsusdur. Bu, Çinin nüvə energetikası ilə  məşğul olan dövlət şirkətidir.

Avadanlıq ABŞ, Çin, Fransa və Almaniyadan gətirilir. Burada bir məqam var: ABŞ-da CGNPC üçün radioaktiv materialların satışı qadağandır. Orada ehtyat edirlər ki, alınan materiallardan çinlilər öz nüvə potensialını artırmaq üçün istifadə edəcəklər. Ona görə də müəssisə üçün zənginləşdirilmiş uran Rusiyadan göndəriləcək.

Qaxaxıstanın nüvə energetikasına malik olan ölkələrin siyahısında olmaq istəyində pis bir şey yoxdur. Vaxtilə öz təşəbbüsü ilə Qazaxıstan öz nüvə arsenalından imtina etmişdi, lakin "kiminlə sərfəlidir, onunla da dostluq edirik" prinsipi ilə ifadə edilən Qazaxıstan metodu əvvəl-axır münaqişələrə sövq edə bilər ki, bu da Qazaxıstanın xeyrinə olmayacaq.

Bundan başqa, bəzi təşəbbüslər Rusiya-Qazaxıstan münasibətlərinin xeyrinə olmayacaq. Buraya qazax dilinin latın əlifbasına keçidi üzrə islahatları aid etmək olar.

"Söhbət təkcə kiril əlifbasından latın əlifbasına keçiddən getmir, qazax dilinin islahatı və modernləşdirilməsindən gedir. Biz alimlərimizin nüfuzlu fikirlərini gözləriyik. Bir daha bəyan edirəm ki, biz məhz qazax dilini islahata məruz qoyuruq",-Tokayev bəyan edib.

Əlbəttə, doğma dildə yazmaq və danışmaq-bunlar Qazaxıstanın öz işidir, lakin mahiyyətcə "bundan sonra kiminlə dostluq edəcəyik" fikrinin aydın nümayişidir. İstənilən halda bu həm maraqlı, həm də özünəməxsus olacaqdır. Kiril əlifbasında da qazax dili latın əlifbasdından pis görünmürdü. Kimə bundan daha yaxşı olacaq, demək çətindir.

Amma əgər bunları siyasi ambisiyalar tələb edirsə, burada heç nə demək və yazmaq olmur.

Ümumilikdə isə Qazaxıstanın Rusiyadan tələsmədən üz döndərməsi adi gözlə görünür, amma bu, Qazaxıstan Respublikasının daxili işidir.

Q I R Ğ I Z I S T A N 

SSRİ dağılanda belə təəssürat yaranmışdı ki, qırğızların böyük bir hissəsi rahat nəfəs alaraq, şəhərlərdən özləri üçün vərdiş halını almış kəndlərə dönüblər. Ölkə əsas gəlirini məhz kənd təsərrüfatı məhsullarını ixrac etməklə əldə edir. Həm də Rusiya burada İsveçrədən sonra ikinci yerdədir.

Qırğızların özünəməxsus mentaliteti var, qırğızlar ailə və evə mütləq dəyər kimi baxan millətdir. Onlar səmimi olaraq öz xalqına mənsub olduqlarına görə, yalançı vətənpərvərlikdən uzaq olaraq qürur duyurlar, ona görə də biz Qırğızıstan tərəfdən hər hansı bəyanat eşitməyəcəyik.

Seçkilər tamamilə başqa məsələdir, seçkilər zamanı iğtişaşlar normal sayılır. Hakimiyyəti zorla devirmək gerçəklikdir. Ölkə daxilində siyasi qalmaqallar adi haldır.

Özbəklərlə münasibətlərdə müəyyən gərginlik var, 2010-cu il göstərdi ki, Qırğızıstanda vəziyyət necə gərginləşdirməyi bacarırlar. Demək olar ki, prezidentlərin yarısı öz postlarını heç də öz iradəsi ilə tərk etməyib və bu da bir göstəricidir.

Lakin əgər seçkiləri hesaba almasaq, Qırğızıstan kənddə arxaik evə bənzəyir. Doğrudur, bu evin əhalisi sabit inkişaf nümayiş etdirir və qonşuları ilə münasibəti nəzakətlidir.

T A C İ K İ S T A N 

Bu ölkəni təkbaşına İmaməli Rəhmon 1992-ci ildən idarə edir. Konstitusiyada edilən dəyişikliklər bu vəzifəyə məhdudiyyətsiz seçilməyə imkan verir. Prezidentin ailəsi  müxtəlif nazirliklərdə və baş idarələrdə ölkənin mənafeyi naminə çalışır və faktiki olaraq bütöv Tacikistana nəzarət edir.

Rəhmonun siyasəti şəxsiyyətə pərəstiş şəraitində avtoritar idarəetmədən savayı bir şey deyil.

Lakin bu gün Tacikistanda əsas məsələ təbii ki, "millətin lideri" sayılan İmaməli Rəhmona harada heykəlin qoyulmasıdır.

Əgər İmaməli Rəhmonu qonşu millətlərin liderləri Nursultan Nazarbayevlə, Qurbanqulu Berdıməhəmmədovla müqayisə etsək, o zaman Tacikistan liderini nisbətən sadə hesab etmək olar. Hər halda Düşənbə şəhərini Rahmona çevirmək haqqında söhbət getmir. Lakin mahiyyətcə taciklərin lideri başqalarından pis deyil və ona da sağlığında heykəl təmin edilib.

Söhbət gəzir ki, heykəli Rəhmonun doğma kəndi Danqarda, yaxud Düşənbədə qoyulsun. Əlbəttə, paytaxtda qoymaq daha yaxşıdır, burada əhali çoxdur və öz regional liderini seyr etməkdən xoş olardı.

Sonra da paytaxtın adının dəyişilməsi haqqında da düşünmək olardı.

Bu gün Tacikistan həm də eyni millətdən olan əfqan qaçqınları üçün sığınacaqdır. Bu isə çox  mətləblərdən xəbər verir...

Xarici siyasətə gəldikdə, burada adi şeylərlə yanaşı, çox maraqlı işlər baş verir.

ABŞ Dövlət Departamentinin Tacikistanda ingilis dilində mahnı müsabiqəsinin keşirilməsinə qrantların ayırması son dərəcə ruh yüksəkliyi yaratmışdır.

Mahnılar nikbin məna daşıyan amerikalı müəlliflər və ifaçılardan tövsiyə edilir. Hesab olunur ki, belə mədəni mübadilə Tacikistanla ABŞ-ı bir-birinə yaxınlaşdıracaqdır.

Dövlət Departamenti tacik ifaçılarının öyrədilməsi və musiqinin yazılmasına 15-50 min dollar qrant ayırıb. Əfqanıstandan kütləvi qaçış, sonra isə Baydenin özünəməxsus açıqlamalarından ABŞ səfirinə təqdim edilən notanın fonunda maraqlı proqramdır.

Lakin millətin liderinə heykəlin qoyulması xarici siyasətin qəribəliklərindən daha önəmli məsələdir.

İmaməli Rəhmonun özü susur, onun bu məsələdə mövqeyi bəlli deyil. Lakin şəxsiyyətə pətəstiş şəraitində Tacikistan rəhbərinin ailəsinin fikrindən asılı olmayaraq prosesə start verilib.

T Ü R K M Ə N İ S T A N

Dünyanın ən qapalı ölkələrindəndir. Əlbəttə, Şimali Koreyaya hələ çox var.

Qapalılığın ən başlıca kompensasiyası ondan ibarətdir ki, türkmənlər həyatsevər və ruhən bayram əhvallıdır.

Noyabr ayında "Türkmənistanın dərman bitkiləri" kitabının növbəti cildinin işıq üzü görməsi ölkədə sevinc hissi yaratmışdı. Bu, sayca 13-dür. Müəllifi Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovdur.

Ümumiyyətlə, cənab prezident məhsuldardır. Stomatoloq həkimin otlardan yaxşı başı çıxır. Keçmişdə böyük ot mütəxəssisi İbn Sina bütün həyatı boyu cəmi üç cild kitab yazıb, burada isə söhbət 13 cilddən gedir...

Bir ay öncə isə millətin lideri daha bir "Müstəqillik-bizim xoşbəxtliyimizdir" adlı əsərini millətinə bəxş edib.

Ümumiyyətlə, Berdıməhəmmədovun yazdıqlarına baxdıqda, istənilən prezidentdə qısqanclıq yarana bilər, çox məhsuldardır.

Buraya onlarla yazılmış sinqlləri də əlavə etsək...

Amma yox, bizim Roqozin də nəsə oxuya bilir.

Bəli, Türkmənistanın ikinci  prezidenti bir neçə ağıllı işlər görmüşdür.

Məsələn, əvvəlki prezident Niyazovun şəxsiyyətə pərəstişinə son qoya bilmişdir. Hətta mütləq proqram üzrə imtahan edilən "Ruhnamə" kitabını da ləğv etmişdir. Əlbəttə, hamı üçün yox. Ümumiyyətlə isə, internet pisdir, heç bir foto-video, heç bir VPN ola bilməz. İstragram və Facebook şəbəkələrinin adlarını çəkmək olmaz. Hələlik buna görə həbs etmirlər, amma hələ ki...

Amma bu yaxınlarda "Poçt rabitəsi haqqında" qanunun qəbul edilməsi bəzi mətləblərdən xəbər verir. Türkmənistanda poçt daşınmalarının rus dilində yazılması qadağan edilib. Həm də türkmən dilindən başqa bütün dillərə qadağa qoyulub.

Bu, normaldır, çünki Niyazov elə etmişdi ki, yaşlı nəsil millətlərarası ünsiyyət vasitəsi olan rus dilini unutmağa başladı, gənc nəsil isə onu öyrənməyə yet tapmadı.

Amma Rusiyada Orta Asiya respublikalarından çörək pulu qazanmağa gələn vətəndaşlara da hakimiyyət buna qarşılıq verə bilər, belə ki, nəqliyyatda bütün elanları məhz Orta Asiya xalqlarını n dilində yazmaq olar.

Maraqlıdır, onlar orada hər vasitə ilə rus dilindən imtina edir, biz isə tezliklə özbək və tacik dillərini öyrənməliyik ki, gələnləri anlaya bilək?

Bəlkə bu elə mümkün variant ola bilərdi...

Ö Z B Ə K İ S T A N 

Maraqlıdır ki, Özbəkistan özünü Mərkəzi Asiyada İslamın dayağı adlandırır, amma şəxsiyyətə pərəstişdən yan keçir.

Prezident Şövkət Mirzəyev elə bir siyasi kurs sərgiləyir ki, Qırğızıstanı çıxmaq şərtilə, regionun digər dövlətlərindən xeyli fərqlidir.

Mirzəyevin fəaliyyətinin nəticələri təəccüb doğurur. Məscidlərin sayı artmış, 1998-ci ildən bəri iki mini ötüb. Dini əlamətlərə görə həbs olunanların sayı azaılıb, eyni zamanda çoxsaylı qeyri-rəsmi dini məktəblər bağlanıb və çoxlu ekstremist həbs edilib.

Bunların fonunda 4 il ərzində Rusiya ali məktəblərinin 12 filialı açılıb. Hazırda onların sayı 15-dir. Digər respublikalarda rus dilinə necə münasibət göstərilməsini nəzərə alsaq, regionda qəbul edilmiş çərçivələrdən kənara çıxır.

Aydındır ki, rus dilində təhsil və rus dilini bilmək özbəklərə lazımdır, çünki xeyi özbək Rusiyada işləyir. Özbəkistanın hər bir vətəndaşı RF-də işinə görə ayda 5600 rubl maaş alır, yaxşı gəlirdir və Rusiyada bunun əleyhinə olan yoxdur.

Hər şey qarşılıqlıdır. Başqa bir proqram çərçivəsində Rusiya Özbəkistana bir milyon hektar kənd təsərrüfatı sahələrini icarəyə verəcək. Özbəkistanda qonşulardan ərzaq asılılığı minimuma endiriləcək, bu da təəccüblü deyil.

Rusiya Özbəkistanın iqtisadiyyatına aktiv surətdə yatırım qoyur. O qədər aktivdir ki, orada Çin və ya ABŞ-la dostluq etmək barədə düşünmürlər.

Bir materialda Mərkəzi Asiya regionunun nəyə çevrilməsini qiymətləndirmək çətindir.

Qısa olaraq demək olar ki,  heç də yaxşı qarşılıqlı əlaqə yaranmır: şəxsiyyətə pərəstiş açıq-aşkar rusofobiya əhval-ruhiyyəsi yaradır və respublikaların Rusiyadan uzaqlaşmasına yönəlib.

Bəli, hər bir ölkənin öz inkişaf  yolu var. Rusiya ilə dostluğun pis və ya yaxşı olmasını deməyə şəxsən mən risk etməzdim. Lakin sezilən meyl çox kədərlidir.

Bu ölkələri rusların tərk etməsi onlar üçün dözülməz şəraitdən irəli gəlir. Demək olar ki, Baltikyanı ölkələrdə olduğu kimi. Ruslar gedir, millətlərarası ünsiyyət dili arxa plana keçir. Bunun əvəzində "millətin atalarına", "xalqların liderlərnə" möhtəşəm heykəllər icaldılır və s.

Bəlkə də burada birbaşa əlaqə yoxdur. Amma Özbəkistanda 1989-cu ildən rusların sayı 1 mln.650 mindən 720 minədək azalıb. Faiz hesabı ilə 8, 5dən 2, 1-dək. Qazaxıstanda 1989-cu ildə 6 mln. 227 mindən (37, 8 %) 2009-cu ildə 3 mln. 793 min nəfərədək azalıb (23, 7 %). İndi yəqin ki, daha azdır. Tacikistanda 1989-cu ildə 388, 5 min rus yaşayırdısa, 2000-ci ildə 68, 2 min təşkil edib.

Bütün bunlar, müstəqillik, suverenlik, özünəməxsusluq oyunları ona gətirib çıxarır ki, xalqları birləşdirən amillər aradan qalxır.

Şəxsiyyətə pərəstiş isə təkcə həmin şəxsin deyil, xalqın da deqradasiyasına səbəb olur.

Mərkəzi Asiya çox maraqlı regiondur. Üç ölkədə şəxsiyyətə pərəstiş var-Qazaxıstan, Türkmənistan, Tacikistan.

Və bu ölkələr arasındakı münasibətlər ildən-ilə pisləşir. Özbəkistan və Qırqızıstanda belə qul psixologiyası aşılanmır və bu ölkələrin Rusiya ilə münasibətləri daha perspektivli görünür.

Təsadüfdürmü? Demək çətindir. Amma istənilən halda şəxsiyyətə pərəstiş keçmişin qalığıdır. Eramızın əvvəlinin xan və sultan oyunları,

mini-imperiyalar və s.

21-ci əsrdə insanlar sultan oyunlarına girişir, özlərinə heykəllər ucaldır. Belə insanlara nə qədər ciddi yanaşmaq olar?

Yaxşı sualdır. Bəs belə insanlar tərəfindən idarə edilən ölkələrə necə münasibət sərgilənə bilər ki?

Bir sözlə, bu gün Mərkəzi Asiyada qəribə dadı olan qəribə plov dəmlənir...

Müəllif: Roman Skomoroxov.

19 dekabr

11:07 - Erməni jurnalistin Azərbaycanla bağlı sualına Zaxarovadan cavab11:01 - Almaniya Avropa İttifaqından çıxır? - "Bloomberg" nəşri10:58 - "Suriya Əfqanıstan kimi olmayacaq" - Colani

17 dekabr

16:06 - Fəzail Ağamalıya 6 ay vaxt verilib...15:57 - Bakıdakı erməni separatçılardan xəbər var - Məhkəmələri başlayır15:49 - Boşanmaların sayı dəyişməyib - Evlənənlər azalıb

16 dekabr

13:59 - Türkiyədən Naxçıvana ikinci qaz xətti çəkiləcək13:45 - Dəməşqdə kritik toplantı... - "Yeni Şafak" yazır13:40 - Parlament gələn ilin büdcəsini qəbul etdi

13 dekabr

14:37 - Deputat tikinti şirkətlərində qanunsuzluqlardan danışdı...14:35 - Zəngəzur dəhlizi ilə bağlı ümumi anlaşma əldə olunub 14:24 - "Zəngəzuru İran qoruya bilər, o da Suriyada elə zərbə aldı ki…" - Rusiyalı politoloq14:22 - Milli Məclisin fasad örtüyünün yuyulması üçün 65 min manat ayrılıb

12 dekabr

15:05 - Ölkədə nə qədər qazi işlə təmin olunub? - VİDEO10:59 - "Bu, Ukrayna üçün xoşbəxtlik yox, xəyanətdir" - Slovakiya Baş naziri10:55 - "SSRİ sərhədlərini tanımamaq dövlətçilikdən imtinadır" - Paşinyan10:50 - Azərbaycanın Türkiyəyə yatırdığı investisiya 10 dəfə azalıb

10 dekabr

18:22 - Azərbaycan təhlükəsizlik orqanları niyə hədəfə alınıb? - VİDEO15:47 - "İran Ermənistana kömək etməyəcək" - Hrant Baqratyan 15:32 - "MİDA-nın sistemi güvən yaratmaq əvəzinə şübhələr doğurur" - Ekspert15:29 - Agentlik bu şirkətdən 567 min manata 14 ədəd minik avtomobili alır

09 dekabr

13:20 - Azərbaycan dollar satışı niyə artıb?13:14 - Rusiyadan müttəfiqlərinə çağırış - "Hazır olun"13:11 - Azərbaycanın Suriyadakı sonuncu səfiri...13:06 - Veysəloğlu Şirkətlər Qrupu ölkəmizə daha bir irihəcmli xarici investisiya cəlb etdi13:04 - Muxtar Babayev ov sezonunu niyə açmır?

06 dekabr

12:32 - Sülh danışıqları dalana dirənib?12:30 - "Ermənistan Azərbaycandan üzr istəməlidir" - Korotçenko12:25 - Fernandu Santuş Millidən göndərilir?

05 dekabr

14:35 - Fələstinlilər Qəzzadan çıxarılır? - Plan açıqlandı